09 Avqust 2025 08:40
556
CƏMİYYƏT
A- A+
Neftçalada Vətən müharibəsi şəhidi baş leytenant Xalid Orucovun doğum günü qeyd olunub

Neftçalada Vətən müharibəsi şəhidi baş leytenant Xalid Orucovun doğum günü qeyd olunub


Neftçalanın Aşağı Surra kəndində Vətən müharibəsi şəhidi baş leytenant Xalid Orucovun doğum günü qeyd olunub. 

Tədbirdə rayon rəhbərliyi, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları, din xadimləri iştirak ediblər. Öncə şəhid Xalid Orucovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki,  Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, ordumuzun gücü və vətənpərvər oğullarımızın fədakarlığı sayəsində mümkün olub: "Bu Zəfərdə Xalid Orucov kimi igid zabitlərimizin rolu əvəzsizdir. Xalid öz şücaəti, əqidəsi və vətən sevgisi ilə bir gəncin nə qədər böyük tarix yaza biləcəyini sübut etdi". Qeyd olunub ki, Azərbaycan dövləti hər zaman şəhidlərin ruhuna və onların ailələrinə yüksək ehtiramla yanaşır: "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bu gün genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin əsasında şəhidlərimizin canı və qanı bahasına əldə olunmuş qələbə dayanır. Xalqımız şəhidlərimizin xatirəsini daim uca tutur. Onların qəhrəmanlıq nümunəsi isə gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyidir".

Tədbirdə şəhidin atası Saleh Orucov, bacısı Sevinc Orucova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və digərləri çıxış edərək şanlı qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq şəhid Xalid Orucovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Tədbirdə məktəblilər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiyalar dinlənilib,  Vətəni, vətənpərvərliyi vəsf edən və şəhidə həsr olunan şeir  və musiqilər səsləndirilib, şəhidin doğulub boya-başa çatdığı evin qarşısındakı xatirə bulağına gül dəstələri düzülüb.

Vətən müharibəsi şəhidi baş leytenant Xalid Saleh oğlu Orucov 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə",  "Xocavəndin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni ilə təltif edilib. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!