29 Oktyabr 2026 18:11
165
DÜNYA
A- A+
 Şimali Koreya raketləri radarları aldatdı

 Şimali Koreya raketləri radarları aldatdı


Cənubi Koreya Şimali Koreyanın 10-a yaxın ballistik raket buraxdığını açıqlayıb. “Yonhap” agentliyinin Cənubi Koreya Qərargah Rəisləri Komitəsinə (JCS) istinadən verdiyi məlumata görə, KXDR Yaponiya dənizi istiqamətində təxminən 10 qısamənzilli ballistik raket atıb. Cənubi Koreya tərəfinin məlumatına görə, raketlər Şimali Koreyanın cənub-şərqindəki Vonsan liman şəhəri ərazisindən buraxılıb. JCS hələ də raketlərin uçuş məsafəsini və digər xüsusiyyətlərini təhlil edir. Bu, Şimali Koreya tərəfindən oktyabr ayı ərzində həyata keçirilən artıq üçüncü ballistik raket buraxılışıdır. Əvvəlki iki buraxılış oktyabrın 3-də və 12-də həyata keçirilmişdi. Cari ayda Cənubi Koreya və Yaponiya raket əleyhinə müdafiə sistemlərinin radarları Şimali Koreya raketinin dəyişkən trayektoriyasını ilk dəfə faktiki olaraq gözdən itiriblər. Onun aşkar edilməsindəki çətinliklər, eləcə də uçuş məsafəsinin qiymətləndirilməsindəki fərqlər KXDR-in ələkeçirmənin dəf edilməsi vasitələrində texnoloji sıçrayış etdiyinə işarə edə bilər.

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Məşhur bitkinin çiçəklərində qocalmadan qoruyan maddələr tapılıb

18:43
29 Oktyabr

 Almaniyada intiharların sayı ən yüksək həddə çatıb

18:29
29 Oktyabr

 Şimali Koreya raketləri radarları aldatdı

18:11
29 Oktyabr

İspaniyada iki sürətli sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

18:11
29 Oktyabr

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub  

18:08
29 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

18:07
29 Oktyabr

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

18:05
29 Oktyabr

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur  

18:04
29 Oktyabr

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

18:03
29 Oktyabr

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb  

18:02
29 Oktyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

17:57
29 Oktyabr

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

17:55
29 Oktyabr

BMT münaqişə zonalarındakı mülki şəxslərin qorunması üçün çağırış edib  

17:06
29 Oktyabr

Ermənistan parlamentində söz atışması böyüdü

16:39
29 Oktyabr

ABŞ-da nüvə həyəcanı

16:10
29 Oktyabr

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB 

16:08
29 Oktyabr

Avropada qazın qiyməti son 4 ilin rekordunu vurdu  

16:05
29 Oktyabr

ÜST-dən açıqlama: Ebola virusu səbəbindən minlərlə insan həyatını itirib  

16:01
29 Oktyabr

İqlim dəyişikliyi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib

15:59
29 Oktyabr

Donald Tramp Hörmüz boğazına öz adının verilməsini istəyir

15:54
29 Oktyabr

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

15:53
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!