24 Sentyabr 2026 20:28
162
SİYASƏT
A- A+
Nazirlər Kabinetində geniş iclas keçirilib

Nazirlər Kabinetində geniş iclas keçirilib

Sentyabrın 24-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov giriş nitqi ilə çıxış edərək bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilib. Ə.Əsədov daha sonra deyib: “Bugünkü iclasımızın gündəliyində bu layihələri ətraflı müzakirə edəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır.

Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır.

2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir.

Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir.

Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir.

Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır.

Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir.

2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanıb və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir”.

Baş nazir deyib ki, Strategiyanın qəbul edildiyi 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5,1% olacağı gözlənilir.

“Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuş və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunmuşdur. 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1,2% artıb, o cümlədən, qeyri neft-qaz ÜDM-nin real artımı 2,1%, neft-qaz ÜDM-də isə 0,8% azalma olub. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb. Cari ilin ilk 8 ayında cənab Prezidentin müvafiq Fərman və sərəncamları ilə Hökumət tərəfindən kreditlər üzrə faiz subsidiyası mexanizminin ölkə üzrə tətbiqinə başlanılması və büdcədən əlavə vəsaitin ayrılması, nəqliyyat-logistika subsidiyasının verilməsi, bəzi ixrac xərclərinin kompensasiya edilməsi və digər istiqamətlərdə iqtisadi aktivliyə dəstək tədbirləri həyata keçirilib.

Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi sentyabrın 1-nə 4,5 mlrd. dollar olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. dollardan çox olub.

2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olub. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır”, - deyə Əli Əsədov bildirib.

Baş nazir deyib ki, büdcənin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və Strategiyada sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında hazırlanıb:

“2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

1. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

2. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

3. Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

4. Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

5. Rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi;

6. Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

7. Səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi;

8. Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.

Ortamüddətli dövrdə makrofiskal çərçivənin parametrləri fiskal dayanıqlığa, büdcə qaydasının hədəflərinə, xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə-borc intizamına və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb.

2027–2030-cu illər üzrə makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunması məqsədilə iqtisadi proqnozlarda və büdcə hesablamalarında (baza ssenaridə) neftin qiyməti 65 ABŞ dolları götürülüb.

Beləliklə, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,2%-dir (-3.166 mlrd. manat).

Makroiqtisadi proqnozlara əsasən 2027-ci ildə Ümumi Daxili Məhsulun 2,7% (141.0 mlrd.manat), qeyri-neft sektoru üzrə 4,4%-lik real artım tempi proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payının cari ilin sonuna gözlənilən 72,5%-dən 2030-cu ilin sonuna 82%-ə yüksələcəyi hədəflənir.

Möhtərəm cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri də ölkə əhalisinin, şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsidir.

Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılıb, əhalinin sosial müdafiəsinin və rifahının yaxşılaşması, sosial ödənişlərin, pensiyaların, əməkhaqlarının artırılması istiqamətində büdcədən əhəmiyyətli vəsait xərclənib. 2027-ci ilin dövlət büdcəsində bütün istiqamətlər üzrə bütövlükdə sosialyönlü xərclərin payı 44% proqnozlaşdırılır.

Hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq.

Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd. manat təşkil edir (xərclərin 21%-i).

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur.

2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır.

2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilmiş, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Yeri gəlmişkən, sentyabrın 22-də cənab Prezidentin birbaşa sədrliyi ilə keçirilən müzakirələrdən sonra, onun xüsusi önəm verdiyi sahələrdən birini əhatə edən “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub.

Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmini, yüksək əlavə dəyər yaradan istehsalın və ixrac potensialının genişləndirilməsi və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.

Strategiyanın və bütün sahəvi dövlət proqramlarının uğurlu icrası cənab Prezidentin Hökumət qarşısında qoyduğu sosial-iqtisadi vəzifələrin reallaşdırılmasını təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsi üçün də möhkəm zəmin yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maka Boçorişvili: Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir

21:06
24 Sentyabr

Azərbaycanın Afrika ölkələri ilə tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub

20:57
24 Sentyabr

Nazirlər Kabinetində geniş iclas keçirilib

20:28
24 Sentyabr

Si Cinpin: Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməməlidir

20:12
24 Sentyabr

Ceyhun Bayramov İƏT-in 2027-ci il sammitinə hazırlıqdan danışıb

20:00
24 Sentyabr

Bakıda “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirilib

19:48
24 Sentyabr

Azərbaycan-Moldova strateji tərəfdaşlığının gündəliyi nəzərdən keçirilib

19:17
24 Sentyabr

Azərbaycan və Albaniya XİN rəhbərləri ikitərəfli gündəliyi müzakirə ediblər

19:12
24 Sentyabr

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələrə dair Protokol imzalanıb

19:06
24 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib

19:03
24 Sentyabr

Azərbaycanın ixracında Avropa İttifaqı ölkələrinin payı 53 faizi keçib – QRAFİK

18:50
24 Sentyabr

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!