22 Fevral 2022 10:44
523
İQTİSADİYYAT
A- A+
Nazir İnam Kərimov Dubayda keçirilən “AİM for CLimate” 1-ci Nazirlər Toplantısında çıxış edib

Nazir İnam Kərimov Dubayda keçirilən “AİM for CLimate” 1-ci Nazirlər Toplantısında çıxış edib

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İqlim üçün Kənd Təsərrüfatı İnnovasiyaları Missiyası təşəbbüsünün (AİM For Climate) 1-ci Nazirlər Toplantısı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda iqlimə uyğun kənd təsərrüfatı və qida məhsullarının innovasiyaları sisteminə sərmayələri artırmaqla qlobal iqlim dəyişikliyinin aqrar sektora mənfi təsirlərinin azaldılması məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən iştirakçılar bildiriblər ki, iqlim dəyişikliyi nəticəsində havanın orta illik hərarəti artır, yağıntılar azalır, mövsümlər üçün qeyri-xarakterik hava şəraiti mövcud kənd təsərrüfatı təcrübələrini pozur. Bu amilləri nəzərə alaraq, aqrar sektor iqlim dəyişikliyindən qaynaqlanan yeni situasiyaya təcili uyğunlaşmalıdır. Bunun üçün biotexnologiyaların inkişafı və aqrar sahədə daha geniş tətbiqi zərurətə çevrilib. Mövcud çağırışlara uyğun olaraq məhsul istehsalı prosesində ənənəvi üsulların yeni yanaşmalarla əvəzlənməsi vacibdir. Zəruri məqamlardan biri də kənd təsərrüfatı və qida məhsulları istehsalında insan kapitalından düzgün istifadə etmək, yenilikləri daha sürətlə mənimsəyən gəncləri prosesə cəlb etməkdir.

Toplantıda çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, iqlim-ağıllı kənd təsərrüfatı transformasiyasında innovasiyalar və rəqəmsal həllər mühüm rol oynayır: “Azərbaycan hökuməti kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün bütün tədbirləri görür. İqlim dəyişikliyi ölkəmizə də təsirsiz ötüşmür. Bu səbəbdən aqrar sahədə innovasiyaların daha geniş şəkildə tətbiqi vacib sayılır. İqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadə genişlənir. Azərbaycan hökuməti öz növbəsində iqlimə uyğun kənd təsərrüfatı sistemlərinin inkişafına dəstək verir. İqlimə uyğun ağıllı əkinçilik və bağçılıqda müasir texnologiyalarının tətbiqi stimullaşdırılır. Hazırda əsas vəzifəmiz aqrar sahədə dayanıqlı inkişaf mexanizmlərini formalaşdırmaqla, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməkdir. Yeni çağırışlara adaptasiya siyasətimiz aqrar sahədə elmi tədqiqatların inkişafı ilə uyğunlaşdırılır. “AİM For Climate” təşəbbüsünün məqsədlərinə nail olunmasında elmi tədqiqat institutlarının üzərinə böyük iş düşür. İnstitutlar iqlim dəyişikliklərinin mənfi nəticələrini azaltmağa yönəlmiş təcrübələri araşdırmalı, innovasiyaların istifadəsini genişləndirməlidir. Dünyada tətbiq olunan müasir texnologiyalardan ölkəmizin kənd təsərrüfatında istifadə müsbət nəticələr verməkdədir. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş və Yaşıl Enerji Zonaları elan edilmiş əraziləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulur”.

Qeyd olunub ki, Azərbaycan hökuməti Paris Sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşır, bu koalisiya çərçivəsində istənilən səmərəli tərəfdaşlığa və birgə fəaliyyətə hazırdır. Bu təşəbbüs çərçivəsində gələcək konstruktiv əməkdaşlıq İqlim üçün Kənd Təsərrüfatı İnnovasiyaları Missiyasının məqsədlərinə uğurla nail olmağa kömək edəcək.

Toplantıda “AİM For Climate” məqsədləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar bu sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Nazir İnam Kərimov BƏƏ-yə səfəri çərçivəsində “Dubai Expo 2020” sərgisini ziyarət edib, Azərbaycan pavilyonunun fəaliyyəti ilə tanış olub. Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan Pavilyonu ən çox ziyarətçi qəbul edən milli pavilyonlardan biridir. Burada keçirilən təqdimatlar, konsertlər, həmçinin milli kulinariya nümunələri dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərin böyük marağına səbəb olur. Nazir sərgidə fəaliyyət göstərən digər ölkələrin milli pavilyonlarına da baş çəkib, burada sərgilənən eksponatlarla tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!