18 İyun 2025 17:57
525
CƏMİYYƏT
A- A+
Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır  

Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır  


Son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin açılışı zamanı bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsinin genişləndirilərək belə maddələrin sayının 10-a çatdırıldığını bildirib. Qeyd edilib ki, həmin maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu, həm də işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır.

Nazir əlavə olaraq bəzi inzibati cərimələrin də şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsinin hazırlanmaqda olduğunu bildirib. O, bu ilin əvvəlindən icra olunan növbəti, 2018-ci ildən 5-ci sosial islahat paketi üzrə 3 milyon insanı əhatə edən əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımlar edildiyini, həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrıldığını deyib.

Anar Əliyev Vətən müharibəsindən sonra sosial dəstək paketi üzrə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranlarından ibarət 131 minədək şəxsə 388 min sosial xidmət göstərildiyini, sosial ödənişlərin orta hesabla 2 dəfə artırıldığını qeyd edib. Son illərdə 2 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu, o cümlədən 750 mindən çox şəxsin münasib işlə təmin edildiyini, 103 mindən çox şəxsin özünüməşğulluq proqramına, 45,6 min şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib.

Nazir “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən təxminən 1,6 milyondan artıq əmək müqaviləsinin e-qaydada bağlanıldığını, bunun da mövcud əmək müqavilələrinin 87 faizini təşkil etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkə üzrə bütün vakansiyaların ƏMAS-da vahid platformada cəmlənməsi işsiz və işaxtaranların məşğulluq imkanlarını genişləndirməyə və əmək bazarında dinamikliyə müsbət təsir göstərir.

“DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün əhəmiyyətindən bəhs edən nazir bildirib ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır. Qiymətləndirmələr nəticəsində mövcud boşluqlar aşkar edildikdə onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur. Bu zaman aşkarlanan pozuntularla bağlı hər hansı bir məsuliyyət tədbiri də tətbiq edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları ƏƏSMN-in tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirdiyi sərgidə DMA ayrıca stendlə təmsil olunur. Həmçinin ƏƏSMN-in tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri də təqdim edilir.

Dövlət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları yerli şirkətlərin sərgidə nümayiş etdirilən məhsul və xidmətləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!