12 Avqust 2026 17:30
140
SİYASƏT
A- A+
Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər


Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri yalnız ayrı-ayrı infrastruktur layihələrinin təqdimatı ilə məhdudlaşmadı, muxtar respublikanın inkişafında yeni bir konseptual mərhələnin əsasını qoydu. Təhlükəsizlikdən sənayeyə, enerjidən turizmə, şəhərsalmadan kənd təsərrüfatına qədər bütün vacib istiqamətlərin vahid strategiyada birləşdirilməsi Naxçıvanın çoxsektorlu inkişaf modelinə keçdiyini göstərir. Bu modelin təməlində isə etibarlı təhlükəsizlik sistemi durur. Naxçıvanda yeni əməliyyat-komando hərbi hissələrinin yaradılması və onlara Döyüş bayraqlarının təqdim edilməsi, Əlahiddə Ümumqoşun Ordunun müasir hərbi texnika və vasitələrlə təchizatının davam etdirilməsi muxtar respublikanın strateji mövqeyinə uyğun təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

O bildirib ki, Naxçıvanın inkişafında ən böyük geoiqtisadi dəyişikliklərdən birini isə Zəngəzur dəhlizinin - TRIPP layihəsinin formalaşdırdığı yeni bağlantı sistemi yaradır. Bu layihənin əhəmiyyətini yalnız dəmir yolu və avtomobil yolunun bərpası ilə ölçmək onun strateji miqyasını məhdudlaşdırardı. Naxçıvan dəmir yolunun yeni texniki-iqtisadi əsaslandırma əsasında 194 kilometrlik xətt üzrə inkişaf etdirilməsi və perspektivdə 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılması muxtar respublikanın tranzit imkanlarını da keyfiyyətcə dəyişir. Daha mühüm məqam TRIPP-in çoxfunksiyalı kommunikasiya platformasına çevrilməsi perspektividir. Dəmir yolu və avtomobil yolu ilə yanaşı, elektrik enerjisi xətlərinin, fiber-optik rabitənin və gələcəkdə digər infrastruktur şəbəkələrinin bu marşruta inteqrasiyası Naxçıvanı nəqliyyat, enerji və rəqəmsal axınların kəsişdiyi regional qovşağa çevirə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Naxçıvan üçün sadəcə coğrafi bağlantının bərpası deyil, onun iqtisadi məkanının genişlənməsi və Avrasiya təchizat zəncirlərinə daha sıx inteqrasiyası deməkdir.

“Naxçıvanın inkişafı iqtisadi transformasiya ilə yanaşı, şəhər məkanının elmi əsaslarla yenidən təşkilini də əhatə edir. 2044-cü ilədək inkişafı nəzərdə tutan Baş Plan şəhərin inkişafını uzunmüddətli perspektivdə sistemləşdirir. Əhalinin artımla 130 min nəfər proqnozlaşdırılması, məskunlaşma ərazisinin genişlənməsi, yaşayış fondunun artırılması, yaşıllıq sahəsinin adambaşına 27 kvadratmetrədək yüksəldilməsi və 122 kilometrlik velosiped infrastrukturunun yaradılması Naxçıvanın ekoloji dayanıqlılıq, şəhər mobilliyi və insanmərkəzli planlaşdırma prinsipləri əsasında inkişaf edəcəyini göstərir. Bu, şəhərsalmanı sadəcə tikinti fəaliyyəti kimi deyil, sosial həyatın keyfiyyətini formalaşdıran strateji idarəetmə aləti kimi müəyyənləşdirir. İnkişaf modelinin sosial ölçüsü də xüsusi əhəmiyyət daşıyır. Regional DOST Mərkəzinin fəaliyyətə başlaması, sosial xidmətlərin “bir pəncərə” prinsipi ilə əlçatanlığının genişləndirilməsi, inklüziv xidmətlərin inkişaf etdirilməsi və 518 mənzildən ibarət sosial yaşayış kompleksinin yaradılması dövlət siyasətinin iqtisadi göstəricilərlə yanaşı, insan kapitalının və sosial rifahın yüksəldilməsinə istiqamətləndiyini göstərir. Beləliklə, Naxçıvanın inkişaf strategiyasında infrastruktur və iqtisadi artım sosial nəticə ilə tamamlanır”, - deyə deputat qeyd edib.

Rövşən Muradov vurğulayıb ki, Naxçıvanın qarşısında formalaşan perspektiv təkcə ayrı-ayrı layihələrin yekunu deyil. Bu, milli təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, enerji təminatından onun ixracına, tarixi irsdən müasir şəhərsalma modelinə qədər müxtəlif sahələri vahid strateji məntiqdə birləşdirən inkişaf arxitekturasıdır. Bu mənada Prezident İlham Əliyevin Naxçıvan siyasətinin əsas nəticəsi yalnız muxtar respublikanın cari problemlərinin həlli ilə ölçülmür. Başlıca nəticə Naxçıvanın gələcəkdə Azərbaycanın regional iqtisadi gücünün, enerji diplomatiyasının, Avrasiya nəqliyyat əlaqələrinin və milli-mədəni irsinin mühüm dayaqlarından birinə çevrilməsi üçün institusional, infrastruktur və strateji təməllərin paralel şəkildə formalaşdırılmasıdır. Naxçıvanın yeni inkişaf mərhələsi məhz bu çoxölçülü transformasiyanın məntiqi davamıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

18:25
12 Avqust

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

18:20
12 Avqust

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

18:15
12 Avqust

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

18:10
12 Avqust

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

18:05
12 Avqust

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

18:00
12 Avqust

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

17:55
12 Avqust

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

17:50
12 Avqust

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

17:45
12 Avqust

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər

17:40
12 Avqust

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir 

17:35
12 Avqust

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər

17:30
12 Avqust

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

17:25
12 Avqust

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

17:20
12 Avqust

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

17:15
12 Avqust

Memar: Möminə Xatun türbəsində bərpa işlərinin əsas prinsipi abidənin orijinallığının qorunmasıdır

17:10
12 Avqust

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

17:05
12 Avqust

Ötən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,75 milyon barelə çatıb

16:57
12 Avqust

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

16:49
12 Avqust

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

16:41
12 Avqust

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

16:33
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!