20 Oktyabr 2022 03:19
1111
Təhsil
A- A+
Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidən qurulub

Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidən qurulub

 

1925-ci ildən fəaliyyət göstərən 2 nömrəli tam orta məktəb zəngin təhsil ənənələrinə malikdir. Məktəb muxtar respublikada  təhsilin inkişafına töhfələr verib. Naxçıvanda təhsil quruculuğu sahəsində görülən işlər 2 nömrəli tam orta məktəbi də əhatə edib, müasir maddi-texniki baza və tədris şəraiti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, məktəbdə kompüterlər, döşəmə, istilik və elektrik sistemləri, partalar yenilənib, divar və tavanlar təmir olunub, kimya və biologiya laboratoriyaları yaradılıb, 2 elektron lövhə quraşdırılıb, tibb otağı, idman zalı və hərbi kabinə yenidən qurulub. Hazırda üçmərtəbəli 276 şagird yerlik məktəbdə 15 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kompüter, direktor, psixoloq, müəllimlər, tibb otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və idman zalı yerləşir. Təhsil ocağında 24 kompüter və 4 elektron lövhə quraşdırılıb. Məktəbin kitabxana fondunda 6562 kitab vardır.
STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları "Elektron dövriyyə və mühəndislik dəsti ilə radio", "Çaylarda su səviyyəsini ölçən cihaz" və "Sənayedə avtomatik ip sarıyan mexanizm" layihələrini təqdim ediblər.
Müəllim Nübar Sadiqova yaradılan şəraitə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında "Hüseyn Cavid-140" mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Birinci sinif şagirdi Kəmalə Qurbanlı Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.
Hərbi kabinənin lazımi vəsaitlərlə təchizatı hərbi hazırlıq və hərbi-vətənpərvərlik işinin təşkilində mühüm əhəmiyyət daşıyır. Hərbi rəhbər Novruz Novruzov bildirib ki, məktəbin 2 məzunu Heydər Əliyev adına Hərbi Liseyin ikinci kursunda təhsillərini davam etdirir. Ötən dövrdə hərbi idman oyunlarında fəal iştirak edilib, muxtar respublika və ölkə birinciliklərində nailiyyətlər qazanılıb.

 

Naxçıvanda Distant Təhsil Mərkəzi istifadəyə verilib

 

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır. Qəbul olunmuş dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açıb. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb.
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların məktəbin pedaqoji işçiləri vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsini təmin etməkdən ibarətdir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir və tədris məktəbin müəllimləri tərəfindən ibtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə aparılır. Bu da gələcəkdə onlara öz təhsillərini distant olaraq ali təhsil pilləsində davam etdirmək imkanı verəcəkdir.
Mərkəz üçün 9 sinif otağı və direktor müavini otağı ayrılıb, hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılıb. Muxtar respublika üzrə I-IX siniflər üzrə 24 şagird distant təhsilə cəlb olunub, şagirdlərin evlərinə internet xətti çəkilib, hər bir şagirdə 1 kompüter olmaqla ümumilikdə 24 kompüter, məktəbli forması, dərs ləvazimatları və dərslik verilib.
Müəllimlərdən Sərfinaz Quliyeva və Aynur Orucova, valideyn Nuriyyə Adıgözəlova yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Ali Məclisin Sədri distant tədris prosesi ilə maraqlanıb və şagirdlərlə söhbət edib. Distant təhsil alan Sənan Adıgözəlov və Hüseyn Əliyev videobağlantı vasitəsilə Ümummilli Liderimiz Heydər Əliyevə və üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev və distant təhsil üzrə direktor müavini Aynur İmamquliyeva Distant Təhsil Mərkəzinin və müvafiq kateqoriyadan olan uşaqların təhsilə cəlbinin əhəmiyyətindən danışıblar.
Sonra pedaqoji kollektivlə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və məktəbin müəllimi Günay Əliyeva çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzdində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətlə kollektivi təbrik edib, tədrisin yaradılan şəraitə uyğun qurulmasının əhəmiyyətini vurğulayıb.
Məktəb binasının həyətində də abadlıq işləri aparılıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!