08 Sentyabr 2012 01:09
491
İQTİSADİYYAT
A- A+
Naxçıvandakı Duzdağ dünyanın ən qədim duz mədənlərindəndir

Naxçıvandakı Duzdağ dünyanın ən qədim duz mədənlərindəndir

 

Xəbər verdiyimiz kimi, iyul ayının 27-28-də Naxçıvan şəhərində "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumda səslənən bir çox fikirlərdə bu bölgənin zəngin və minilliklərə gedib çıxan şəhər mədəniyyətindən söz açıldı, mülahizələr yürüdüldü. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyevlə də söhbətimiz bu barədə oldu.

- "Naxçıvan: ilkin şəhər və Duzdağ" beynəlxalq simpoziumunun keçirilməsi hansı zərurətdən yarandı?

- Əvvəla onu deyim ki,  Naxçıvanda 1996-cı ildən beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilir. İlk belə simpozium "Uluslararası qaynaqlarda Naxçıvan" adı ilə keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin təbrik etdiyi bu simpoziumun əsas məqsədi dünyanın müxtəlif arxiv, kitabxana və elmi mərkəzlərində Naxçıvanla bağlı sənəd və materialları gündəmə gətirmək və gələcəkdə onları dövriyyəyə daxil etmək idi. Sonrakı illərdə "Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri", "Naxçıvan bu gün: islahatlar, perspektivlər", "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan", "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" və başqa mövzularda simpoziumlar keçirilmişdir. Bu simpoziumların əsas məqsədi Naxçıvanın müxtəlif dövrlərdəki tarixini müzakirə mövzusuna çevirmək və obyektiv araşdırmalar aparmaqdır. 

"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpoziumun keçirilməsi də həmin tədbirlərin məntiqi nəticəsidir. İkincisi, Naxçıvanda ilkin şəhər mədəniyyətinin (protoşəhərin) yaranması haqqında hələ keçən əsrin 70-80-ci illərində söhbət getsə də, bu barədə obyektiv nəticəyə gəlmək mümkün olmamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində ciddi dəyişikliklər edilmiş, o cümlədən yeni araşdırmalara rəvac verilmişdir. Aparılan arxeoloji tədqiqatlar problemlə bağlı yeni fakt və materiallar üzə çıxarmışdır. Bütün bunlar imkan yaratmışdır ki, Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının beş min ildən artıq tarixə malik olduğunu və bu prosesdə Duzdağın oynadığı rolu gündəmə gətirsin. Xatırladım ki, arxeoloqlarımız fransız tədqiqatçıları ilə üzə çıxardılar ki, Naxçıvandakı Duzdağ dünyanın ən qədim duz mədənidir və e. ə. V-IV minillikdən başlayaraq bu ərazidən duz çıxarılmışdır.

- Simpozium iştirakçıları arasında 10-a yaxın xarici ölkənin 20-dən çox tədqiqatçı-alimi var idi. Onların simpozium, Naxçıvan, Duzdağ barədə təəssüratları haqqında nə deyə bilərsiniz?

- Beynəlxalq simpoziumda ABŞ, Fransa, Rusiya, Ukrayna, Türkiyə, İran, Gürcüstan, Macarıstan və başqa ölkələrin tədqiqatçıları iştirak edirdi. Onlar, ilk növbədə, simpoziumun hazırlığından, yüksək səviyyədə təşkilindən və keçirilməsindən çox razı qaldılar. Simpozium Naxçıvan şəhərindəki ən böyük saraylardan olan Heydər Əliyev sarayında keçirildi. Plenar iclasda 550-yə yaxın dinləyici iştirak edirdi ki, bunların böyük əksəriyyəti Naxçıvanın elm və təhsil müəssisələrinin əməkdaşları idi. "Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması" filmi iştirakçılara çox yaxşı təsir bağışladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri V.Talıbovun, AMEA-nın vitse-prezidenti, akademik N.Vəlixanlının, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İ.Həbibbəylinin, ABŞ-ın Pensilvaniya Universitetinin professoru L.Ristvetin, Ukrayna EA Arxeologiya İnstitutunun şöbə müdiri, professor V.Otroşenkonun çıxışları çox yüksək səviyyədə qarşılandı.

Xarici ölkələrdən və Bakıdan gələn nümayəndələr Naxçıvan şəhərinin tarix və mədəniyyət abidələri və Duzdağla tanış oldular. Açığını deyim ki, onlar çox vaxt heyrətlərini gizlədə bilmirdilər. Naxçıvanın gözəlliyi, abadlığı, təmizliyi, Duzdağın əsrarəngizliyi onlarda xoş təəssürat oyatmışdı.

- Çıxışlarda Naxçıvanın 5 min ildən çox yaşının olması barədə bir sıra fikirlər səsləndi. Yaxın illərdə Naxçıvan şəhərinin bu yaşının qeyd olunması mümkündürmü?

- Son illərdə keçirilən simpoziumların əsas məqsədi də elə bu - Naxçıvanda ilkin şəhər mədəniyyətinin tarixinin dəqiqləşdirilməsini üzə çıxarmaq idi. Çıxışlarda da dəfələrlə qeyd olundu ki, Naxçıvan Yaxın Şərq və Ön Asiyanın ən qədim şəhərlərindən biri olmuş, bu ərazidə insanların 500-300 min il əvvəl yaşaması təsdiq edilir. Münbit torpaqları, əlverişli coğrafi mövqeyi, bol sulu çayları, karst mağaraları, ticarət və sənətkarlıq mərkəzləri, ibadət yerləri, şəhər meydanları, şəhər qalalarının olması bu ərazidə ilkin şəhər mədəniyyətinin yaranmasına şərait yaratmışdır. İkiçayarası və Urmiya hövzəsi ilə sıx əlaqələri, Duzdağın olması, faydalı qazıntılarının zənginliyi də buna öz  təsirini göstərmişdir.

Əldə olunan fakt və materiallar yaxın illərdə Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasının beş min illiyini qeyd etməyə imkan verəcək.

- Məruzələrdə Naxçıvan Duzdağının Nuhla əlaqələndirilməsi buranın həm də ilkin şəhər mədəniyyətinin yarandığı məkan olduğunu deməyə əsas verir. Tarixçi alim, akademik kimi sizin bu məsələyə münasibətinizi öyrənmək istərdik...

- Məlumdur ki, Daş dövründən Naxçıvan ərazisində ibtidai insanlar yaşamışlar. Burada minilliklər boyu əhali  ardıcıl və intensiv həyat sürmüşdür. Naxçıvan yaxınlığında dünyanın ən qədim duz mədəni olmuşdur. Nuh peyğəmbərin məzarı Naxçıvanda "Köhnə qala" ərazisindədir. Son illərdə həmin məzar aşkar edilmiş və Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa olunmuşdur. "Naxçıvan" sözünün etimologiyası da Nuhla əlaqəlidir. "Naxçıvan" - "Nuhçıxan". Nuhun tərəfdarlarının quruya çıxdığı yer. Tarixi mənbələrdə Nuh peyğəmbərin Duzdağda duz çıxarılmasında iştirak etməsi və bunu insanlara öyrətməsi haqqında məlumatlar vardır. Hər halda, Duzdağın olması, burada insanların çalışması ilkin şəhər mədəniyyətinin yaranmasına müsbət təsir göstərmişdir. Duzun çıxarılması, daşınması, ticarət əlaqələrinin də özünəməxsus əhəmiyyəti olmuşdur.

Ümumiyyətlə desək, simpoziumun plenar və bölmə iclaslarında 70-ə qədər məruzə dinlənildi. Bu məruzələrin 60-dan çoxu bilavasitə ilkin şəhər mədəniyyəti və Naxçıvan Duzdağına, duzun əhəmiyyətinə həsr olunmuşdu. Məqsəd ilkin şəhər mədəniyyətinin yaranması və bu prosesdə Duzdağın rolunu göstərmək idi. Elə bilirik ki, qarşıya qoyulan məqsədə nail olundu.

- AMEA Naxçıvan Bölməsi bir neçə ildir ki, bu cür beynəlxalq simpoziumların keçirilməsini yüksək səviyyədə təşkil edir. Qarşıdakı illərdə  elmi toplantıların olması gözlənilirmi?

- Təbii ki, beynəlxalq simpozium keçirmək o qədər də asan məsələ deyil. Ölkə və muxtar respublika rəhbərliyinin dəstəyi olmasa, bunu keçirmək mümkün olmaz. Bu cəhətdən dövlət rəhbəri İlham Əliyevə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Ali Məclisin Sədrinin hər cür diqqət və qayğısını hiss edirik.

Dövrün və zamanın diktə etdiyi problemlərə aid elmi toplantılar keçiriləcəkdir. Fəaliyyətimizi Naxçıvanın yuxarıda qeyd olunan məsələlərinə bir daha yönəltməklə Naxçıvanın ərazi taleyi, etnik və siyasi tarixi ilə bağlı simpoziumların keçirilməsini nəzərdə tuturuq.

Qələmə aldı:

 

Elxan MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!