14 Oktyabr 2016 05:10
110
SİYASƏT
A- A+
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 14-də - Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “İgidliyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycanda dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət müstəqilliyini qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Bu fikir 1991-1993-cü illərdə Azərbaycanda öz təsdiqini tapdı. Artıq 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Həmin dövrdə xalqın çağırışına səs verən ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Azərbaycanda sabitlik yaradıldı, ölkəmizin hərtərəfli inkişafın əsası qoyuldu və dövlət müstəqilliyimiz qorunub saxlanıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edir.

Ali Məclisin Sədri deyib: Azərbaycanın dövlət müstəqilliyi Ümummilli Liderimizin siyasi xəttinin ətrafında birləşən insanların zəhməti nəticəsində qorundu və yaşadıldı. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında hər bir Azərbaycan vətəndaşının zəhməti vardır. Öz fəaliyyəti ilə seçilən, fərqlənən insanların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün dövlət mükafatları təqdim olunanlar da müxtəlif sahələrdə çalışan, öz işi ilə fərqlənən və əməyi qiymətləndirilən insanlardır.

Ali Məclisin Sədri ölkəmizin inkişafındakı xidmətlərə görə təltif olunanlara təşəkkür edib, onları Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Təltif olunanlardan Aysel Əliyeva, Zahir Fətullayev, Əhəd Cəfərli, Hüseyn Bağırov, Rafiq Novruzov, Əlövsət Baxşıyev, Niyazi Novruzov, Mənsum Əhmədov, Nəriman İbrahimov, Hafiz Yaqubov, Əbil Əbilov və Əli Həsənov minnətdarlıq edərək deyiblər ki, müstəqilliyin bəhrəsi olan inkişaf bütün sahələri əhatə edib. İnsanların rahat yaşaması və işləməsi üçün hərtərəfli şərait vardır. Bu gün müstəqil Azərbaycanın inkişafında pay sahibi olmaq hər bir vətəndaş üçün ikiqat qürur və şərəfdir. Çəkilən zəhmət müqabilində insanların əməyinin yüksək qiymətləndirilməsi, dövlət mükafatlarına layiq görülməsi onları daha da ruhlandırır. Təltif olunanlar bildiriblər ki, bundan sonra da Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalacaq, ölkəmizin, eləcə də doğma Naxçıvanın inkişafı naminə səylə çalışacaq, göstərilən etimadı doğruldacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!