19 Mart 2024 08:20
663
SİYASƏT
A- A+
NATO İlham Əliyevin yaratdığı reallıqları qəbul edir

NATO İlham Əliyevin yaratdığı reallıqları qəbul edir

 

"Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Görüşdə də vurğulandığı kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən tarixi var".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, ötən dövrlərdə Bakı bu tərəfdaşlıqda işğal və təcavüzə məruz qalmış subyekt qismində iştirak edirdi. Şimali Atlantika Alyansı ilə müzakirələrdə sülh danışıqları ilə məsələ davamlı olaraq perspektivsiz müzakirə mövzusuna çevrilirdi: "Lakin 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyünün və suverenliyinin timsalında beynəlxalq hüququn aliliyini təmin etməklə bu mövzunu qlobal tərəfdaşlarla müzakirələrin gündəliyindən çıxardı. Dövlət başçısının da bəyan etdiyi kimi, NATO-Azərbaycan müzakirələrinin mövzuları sırasında artıq bu məsələ yer almır. Bu isə Azərbaycan-NATO əlaqələrində yeni dövr deməkdir".
Deputatın sözlərinə görə, yeni dövrün mahiyyətcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhəd tamlığında, separatizmə son qoyaraq bütün ərazilərdə konstitusiya quruluşunu bərqərar etməsində ehtiva olunan epoxal mərhələ olması bəllidir. Cari reallıq, həmçinin Azərbaycanın milli prioritetlərinə yeni baxışın müəyyənləşdiyi və ənənəvi gedişatdan fərqlənən inkişaf və tərəqqi yolu olmaqla bərabər, həm də bütün tərəfdaşları, o cümlədən Şimali Atlantika Alyansı ilə münasibətlərə daha geniş rakursdan baxmaq imkanı yaradıb.
"Azərbaycanın NATO ilə tərəfdaşlıq tarixinə baxsaq, şahidi olarıq ki, Bakı bu münasibətlərə bəşəri niyyətlər və beynəlxalq hüququn aliliyinə töhfə vermək üçün uğurlu platforma kimi yanaşıb. Məhz qlobal təhlükəsizlik naminə Azərbaycan Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Cənab Stoltenberqlə görüşdə Azərbaycan rəhbərinin də ifadə etdiyi kimi, hətta "2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Əlbəttə, Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır. Sülhməramlı əməliyyatlarda iştirak dövlət başçısının da ifadə etdiyi kimi, "bizim üçün böyük təcrübə olub". Lakin, eyni zamanda Bakı həm də bütün tərəfdaşları kimi NATO-ya da bir daha sübut etmiş oldu ki, Azərbaycan beynəlxalq hüququn normalarında əksini tapan "pacta sunt servanda" prinsipinə uyğun olaraq, özünün öhdəliklərinə necə vicdanla sadiqdir", - deyə müsahibimiz bildirib.
Bəhruz Məhərrəmov əlavə edib ki, belə bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıq yaratması tərəfdaşların adekvat reaksiyasını zərurətə çevirirdi: "Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları və təcavüzkar ritorikası fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi".
Deputat vurğulayıb ki, böyük zəfərimizdən sonra məhz İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyini və Avroatlantika mühitində hesablaşıldığını göstərdi. Hətta Baş katib bəyan etdi ki, "regionda sülh yalnız bölgə xalqları, ölkələri üçün yox, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir". Bu mövqe isə, əslində, Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Prezident İlham Əliyevin daha bir qələbəsi idi.
Bəhruz Məhərrəmov Yens Stoltenberqin Azərbaycana səfəri çərçivəsində diqqət çəkən daha bir məqamı xatırladıb. O, NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini də əhatələməyə başlamasını mühüm hadisə adlandırıb. Deputat söyləyib ki, ölkə prezidentinin də vurğuladığı kimi, "Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir". İlham Əliyev haqlı olaraq bu situasiyanı "həm böyük üstünlük, həm də böyük məsuliyyət" kimi dəyərləndirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki, Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır. Üstəlik, Bakının enerji təhlükəsizliyindəki rolu yalnız karbohidrogen ehtiyatları ilə bağlı deyil və NATO Baş katibi ilə müzakirələrdə də ifadə olunduğu kimi, Azərbaycan enerji təminatçısı rolunu alternativ enerji layihələri vasitəsi ilə daha da genişləndirmək əzmindədir. Bu isə eyni zamanda NATO ilə Bakı arasında daha fərqli istiqamətdə - qlobal istiləşməyə qarşı mübarizədə birgəfəaliyyət imkanı açır ki, Azərbaycanın müəyyən etdiyi "yaşıl prioritet", habelə COP29-a evsahibliyi, heç şübhəsiz ki, ölkəmizin təşkilatla əlaqələrini yeni səviyyəyə yüksəldəcək".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!