04 Oktyabr 2025 08:35
12304
Təhsil
A- A+
NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?

NASCO XXVIII Respublika Elmi Konfransına hazırlıq necə gedir?


Azərbaycanda elmi mühitin inkişafına, gənc tədqiqatçıların özünüifadəsinə və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verən ənənəvi elmi platformalardan biri də doktorant və gənc alimlərin iştirakı ilə keçirilən NASCO - Respublika Elmi Konfransıdır. Artıq 28-ci dəfə təşkil olunacaq bu nüfuzlu tədbir 16-17 dekabr 2025-ci il tarixlərində baş tutacaq. Builki konfrans ölkə həyatında xüsusi əhəmiyyət daşıyan "Konstitusiya və Suverenlik İli"nə həsr olunub.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili siyasəti şöbəsinin baş məsləhətçisi Afət Sadıqova "Azərbaycan müəllimi"nə açıqlamasında bildirib ki, konfrans hər il ənənəvi olaraq müxtəlif ali təhsil müəssisələrinin bazasında nazirliyin təşkilatçılığı ilə reallaşır. 

Onun sözlərinə görə, tədbirin məqsədi gənc tədqiqatçıların elmi fəaliyyət nəticələrini müzakirəyə çıxarmaq, onların təşəbbüskarlığını və yaradıcılıq bacarıqlarını stimullaşdırmaqdır: "Gənclər burada yalnız öz elmi nailiyyətlərini təqdim etmir, həm də digər tədqiqatçıların işləri ilə tanış olur, fikir mübadiləsi apararaq yeni elmi əməkdaşlıqlar üçün zəmin yaradır. Konfransa həm ölkə daxilində, həm də xaricdə fəlsəfə doktoru proqramında təhsil alan doktorant və dissertantlar, eləcə də müdafiə ərəfəsində olan gənc tədqiqatçılar müraciət edə bilərlər".

Afət Sadıqova qeyd edib ki, təqdim olunan tezislər yalnız yeni elmi işlərdən ibarət olmalı, plagiatdan keçirilməsinə dair arayış əlavə edilməlidir. Seçim prosesində yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə üstünlük veriləcək. Bu il ilk dəfə olaraq fərqlənən məqalələrin "Scopus" bazasında indekslənən beynəlxalq jurnallarda dərcinə imkan yaradılacaq.

Nazirliyin nümayəndəsi əlavə edib ki, yalnız panel iclaslarda məruzə edən iştirakçılara sertifikat təqdim olunur və onların tezisləri "Konfrans materialları" toplusunda dərc edilir.

Builki tədbirə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) evsahibliyi edəcək. Universitetin tədris işləri üzrə prorektoru Rza Məmmədov vurğulayıb ki, NASCO artıq özünəməxsus ənənə və nüfuza malik elmi forum kimi formalaşıb:  "Hər il bu platformanı təkmilləşdirməyə çalışırıq. Bu il ilk dəfə olaraq yalnız çıxışçılar deyil, dinləyicilər də qeydiyyatdan keçə biləcəklər. Bu, konfransı daha geniş auditoriyaya açır və elmi müzakirələrə daha çox gənci cəlb etməyə xidmət edir. Bundan başqa, müraciət zamanı elmi istiqamətin ayrıca göstərilməsi sessiyaların təşkilini xeyli asanlaşdıracaq".

Prorektor həmçinin konfransın tanıtımının daha geniş miqyasda aparıldığını, sosial şəbəkələrdə ayrıca səhifələr yaradıldığını qeyd edib. Onun sözlərinə görə, builki yeniliklərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) konfransa inteqrasiyasıdır: "Məqalə müəlliflərindən araşdırmalarının hansı DİM-lərlə səsləşdiyini göstərmələri tələb olunur. Bu yanaşma mövzuların qlobal çağırışlarla uzlaşmasını nümayiş etdirir".

Rza Məmmədov əlavə edib ki, builki konfransa təqdim edilən məqalələrin 40 faizi ingilis dilindədir ki, bu da tədbirin artıq beynəlxalq platformaya çevrildiyini göstərir. Ən çox müraciət edilən sahə iqtisadiyyat olsa da, təbiət, texnika, İKT, mühəndislik və sosial-humanitar elmlər üzrə də çoxsaylı məruzələr qəbul edilib.

Onun sözlərinə görə, plagiat göstəricisi 25%-dən çox olan məqalələr qəbul edilməyəcək.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə builki konfransın panel sessiyalarından biri akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunacaq.


Yetər KƏRİMLİ

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal iqlim təhlükəsizliyində Azərbaycan nümunəsi  

16:17
07 Oktyabr

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının əyani göstəricisi  

16:16
07 Oktyabr

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib  

16:11
07 Oktyabr

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir  

16:10
07 Oktyabr

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  

16:07
07 Oktyabr

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

16:04
07 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:02
07 Oktyabr

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

16:01
07 Oktyabr

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir  

15:54
07 Oktyabr

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib  

15:52
07 Oktyabr

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb  

15:49
07 Oktyabr

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

15:37
07 Oktyabr

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB 

15:37
07 Oktyabr

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib 

15:33
07 Oktyabr

Öz gücünə söykənən Azərbaycan  

15:19
07 Oktyabr

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

15:14
07 Oktyabr

Ov mövsümü açıq elan edilir

15:13
07 Oktyabr

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək  

15:13
07 Oktyabr

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır  

15:10
07 Oktyabr

Yeni dövrün milli təhlükəsizlik və ideoloji doktrinası  

15:00
07 Oktyabr

Azərbaycan bütün siyasi qütblərlə təmasda olan nadir ölkədir  

14:43
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!