19 Sentyabr 2025 12:34
11712
Səhiyyə
A- A+
Mütəxəssis: Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər  

Mütəxəssis: Sümük iliyi donorluğu minlərlə insanın həyatını xilas edə bilər  


Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi vermək deməkdir. Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır. Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva bildirib.

O deyib ki, sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır. Buna talassemiya, leykoz, aplastik anemiya və digər qan xəstəliklərini misal göstərmək olar. Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan zədələnməsi ilə bağlıdır. Leykoz, limfoma, çoxsaylı miyelom və aplastik anemiya kimi xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir. Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat qurtaran müalicə üsulu rolunu oynayır. “Donorluq yalnız sümük iliyi ilə məhdudlaşmır. Qan, orqan və toxuma donorluğu da həyat xilas edən müqəddəs bir addımdır. Qan donorluğu talassemiya xəstələri, qəza qurbanları, xərçəng xəstələri və əməliyyat olunanlar üçün həyati əhəmiyyət daşıyır. 
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqan donorluğu orqan çatışmazlığı olan xəstələr üçün yeganə müalicə üsuludur. Buynuz qişa, sümük və dəri kimi toxuma donorluğu isə yanıqlardan, xəsarətlərdən və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların görmə, hərəkət və digər funksiyalarını bərpa etməyə kömək edir. Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdan əvvəl və sonra xüsusi tibbi müayinələr aparılır”, -deyə mütəxəssis vurğulayıb.

Nərgiz Əliyeva diqqətə çatdırıb ki, donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı və yaşı, ölkədən asılı olaraq, əsasən 18–44 və ya 18–60 aralığında olmalıdır. Donorun sağlam olması ilə yanaşı, alıcı ilə İnsan Leykosit Antigeni (HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu da mütləqdir. Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradan hallar müşahidə edildikdə, donor olmaq imkansız olur. Bu səbəbdən hərtərəfli tibbi yoxlanış vacibdir. “Sümük iliyi transplantasiyası üçün əsas meyar İnsan Leykosit Antigenlərinin (HLA) uyğunluğudur. Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLA uyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara və hüceyrələrin rədd olunmasına səbəb ola bilər. Bundan başqa, xəstənin qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün çarpaz uyğunluq testi də aparılır”, - deyə mütəxəssis əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!