13 Yanvar 2026 08:25
276
SİYASƏT
A- A+
Müstəqil və praqmatik xarici siyasət kursu

Müstəqil və praqmatik xarici siyasət kursu


Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yarandığını bildirən Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında qeyd edib ki, bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, dünyada mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil beynəlxalq müstəvidə də mühüm rol oynayır. "Başa vurduğumuz 2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib. Belə ki, Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Tarixi qələbəmizin 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub", - deyə o əlavə edib.

Deputat 8 avqust 2025-ci ildə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" layihəsinin paraflanması və digər razılaşmaların bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verdiyini vurğulayıb.

Sevinc Fətəliyeva xatırladıb ki, Prezident İlham Əliyev də yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dövlətimizin uğurlu xarici siyasətindən bəhs edib: "Xüsusilə, dövlətimizin başçısı ötən il Vaşinqton razılaşmalarını, o cümlədən Azərbaycan-ABŞ münaibətlərini yüksək qiymətləndirib. Dövlətimizin başçısı ötən il ərzində 20-ə yaxın xarici ölkəyə səfər etdiyini bildirib, eləcə də bir çox dövlət və hökumət başçılarının Azərbaycana səfəri baş tutub. Prezident müsahibədə ölkəmizin Çinlə olan strateji tərəfdaşlığını xüsusi vurğulayaraq deyib: "Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər". Dövlət başçısı, eyni zamanda Azərbaycanın D-8 təşkilatına üzvülüyünü böyük nailiyyət adlandırıb". 

Deputat xatırladıb ki, Azərbaycan 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu quruma üzv seçilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ötən il D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyri-rəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub, təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə olunub. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, islam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda islam həmrəyliyinin möhkəmlənməsində, islam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfədir".

Deputatın fikrincə, ötən il xarici siyasətimizdə əsas uğurlardan biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir: "Dövlət başçısı müsahibədə bu faktı nadir hadisə kimi dəyərləndirərək vurğulayıb. Deyib ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. 2025-ci il, həmçinin Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) və Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammitlərinin keçirilməsi və digər hadisələr də xarici siyasətimizin nailiyyətləri sırasındadır". 

Sevinc Fətəliyeva vurğulayıb ki, bütövlükdə, 2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib. Ötən il ölkəmiz həm də çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım, iqtisadi əməkdaşlıq və iqlim diplomatiyası istiqamətində də səmərəli fəaliyyətini davam etdirib. Beləliklə, 2025-ci ili xarici siyasətimizin uğurları baxımından çox önəmli, hətta tarixi il kimi dəyərləndirə bilərik.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

18:03
13 Yanvar

Fransada doğum səviyyəsi minimum həddə düşüb  

17:57
13 Yanvar

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

17:54
13 Yanvar

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub  

17:51
13 Yanvar

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb  

17:48
13 Yanvar

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

17:37
13 Yanvar

Xocalıda yanğın törədən şəxs saxlanılıb  

17:36
13 Yanvar

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!