13 Yanvar 2026 16:30
154
SİYASƏT
A- A+
Dövlətin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil- ŞƏRH  

Dövlətin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil- ŞƏRH  


İqlim dəyişmələri fonunda su hər bir ölkə üçün milli təhlükəsizliyin çox mühüm tərkib hissəsi qismində çıxış edir. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti vurğulanıb.

S.Vəliyev qeyd edib ki, Azərbaycan dövlətinin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil. Bu məsələnin aktuallığını artıran bir sıra ciddi amillər var. İlk növbədə onu qeyd edək ki, respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. “Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. 2004-cü ildən başlayaraq Azərbaycanda ardıcıl olaraq regional inkişaf proqramları qəbul edilib. Həmin proqramların icrası çərçivəsində bölgələrimiz də iqtisadi güc mərkəzlərinə çevrilib, regionlarda iri təsərrüfatlar yaradılıb və beləliklə də suvarma və içməli su təchizatı üzrə şəbəkələr genişləndirilib. Bütün bunların nəticəsi olaraq suya tələbat artıb. Bu kimi reallıqlar nəzərə alınmaqla son 22 ildə ölkəmizdə genişmiqyaslı su layihələrinin icrasının prioritetliyi təmin edilib”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, yeni Dövlət Proqramının təsdiqlənməsi bir sıra vacib amillərlə şərtlənir. Müşavirədə vurğulandığı kimi, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb. Buna görə də mövcud infrastruktur artan həcmləri fiziki olaraq qəbul etmək iqtidarında deyil. Eyni zamanda, əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatıb, müasir nəzarət sistemləri də standartlara cavab vermir. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilib. Bu kimi reallıqlar Dövlət Proqramının təsdiqlənməsinin zəruriliyini bütün cəhətləri ilə ortaya qoyur.

“Dövlət Proqramı müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Proqramda, həmçinin Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilib. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə həyata keçiriləcək bu proqramın perspektivi çox böyükdür”, - deyə deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

18:03
13 Yanvar

Fransada doğum səviyyəsi minimum həddə düşüb  

17:57
13 Yanvar

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

17:54
13 Yanvar

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub  

17:51
13 Yanvar

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb  

17:48
13 Yanvar

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

17:37
13 Yanvar

Xocalıda yanğın törədən şəxs saxlanılıb  

17:36
13 Yanvar

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!