04 Avqust 2024 09:15
1078
Mədəniyyət
A- A+
"Musiqi mənim həyatımdır"

"Musiqi mənim həyatımdır"

 

Fərid Əzizli musiqiçidir. Hələ kiçik yaşlarından muğama, milli vokal sənətinə maraq göstərib. Bu maraq addım-addım onu musiqi dünyasına yaxınlaşdırıb. Şirin, ürəyəyatımlı, məlahətli səsi olan Fərid xalq mahnılarımızı, muğamlarımızı böyük məharətlə ifa edir.

Ondan səsinin nə vaxt fərqli bir səsi olduğunu bildiyini soruşanda bir anlıq fikrə getdi. Ötənləri xatırlayıb dedi ki, səsimin başqalarından fərqli olduğunu hələ kiçik yaşlarımdan bildim. Bağçada tərbiyəçi-müəllimlər bizə mahnılar oxutdururdular. Uşaqlarla bərabər mən də həvəslə öyrədilən mahnıları ifa edirdim. Oxuduqca da musiqiyə həvəsim, marağım artırdı. Tərbiyəçi-müəllimlərin də səsimdən xoşları gəlirdi. Xatırlayıram ki, ilk oxuduğum "Azərbaycan oğluyam" mahnısı idi. Elə indi də həmin mahnını böyük şövqlə oxuyuram. 
Hələ kiçik yaşlarından musiqi dünyası Fəridin qarşısında qapılarını geniş açıb. 2004-cü il fevralın 13-də  Bakı şəhərində dünyaya göz açan Fərid 2010-cu ildə 215 nömrəli orta məktəbə gedib. O, musiqi dünyasından da uzaq düşməyib. Elə həmin ildən də A.İsgəndərov adına mədəniyyət sarayında xanəndəlik üzrə musiqi təhsili almağa başlayıb. 2015-ci ildə bu mədəniyyət sarayındakı musiqi təhsilini uğurla başa vuraraq müsabiqə yolu ilə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinə qəbul olub. Fərid Əzizli 2021-ci ildə həm orta məktəbi, həm də musiqi məktəbini bitirib. İmtahanlardan uğurla keçərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin xanəndə ixtisasına qəbul olub. Hazırda 4-cü kursda təhsilini uğurla davam etdirir. 
İstedadlı gənc olan Fərid Əzizli hələ orta məktəbdə oxuduğu illərdə bir çox respublika və beynəlxalq müsabiqə və festivallarda, konsert  proqramlarında iştirak edib, uğurlar qazanıb.  Musiqimizi ölkəmizdən uzaqlarda da təbliğ edib.  2017-ci ildə 13 yaşında Gürcüstanın Barjomi şəhərində keçirilən 6-cı beynəlxalq "Hormania" festivalında iştirak edib. Festvaldakı uğurlu çıxışına görə laureat adını qazanıb. 2019-cu ildə Ukraynada keçirilən 1-ci beynəlxalq incəsənət müsabiqəsində 1-ci yerə layiq görülüb və diplomla mükafatlandırılıb. 2020-ci ildə Rusiya Federasiyasında keçirilən "Yujnaya papsodiya" beynəlxalq incəsənət müsabiqəsində Qran-pri mükafatı qazanıb. 2021-ci ildə "TÜRKSOY" Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkil etdiyi  "TÜRKSOY" II Beynəlxalq Tələbə Tamaşaları festivalında fəal iştirakına görə  sertifikatla təltif olunub.  
Musiqi tariximizdə dərin izlər qoymuş hansı müğənnilərdən bəhrələndiyini, hansı sənətkarlara rəğbət bəslədiyini soruşanda Fərid dedi ki, musiqiçilərimizin hamısına böyük sevgi və hörmətlə yanaşıram. "Musiqi tariximizdə öz sözünü demiş müğənnilərdən Xan Şuşinskidən, Seyid Şuşinskidən, Alim Qasımovdan, Zeynəb Xanlarovadan, Qulu Əsgərovdan, Əlibaba Məmmədovdan, Hacıbaba Hüseynovdan, Şövkət Ələkbərovadan, eləcə də milli vokal sənətinin korifeyləri Rəşid Behbudovdan, Hüseynağa Hadıyevdən, Mirzə Babayevdən və başqalarından bəhrələnirəm. Musiqi dünyasının sirlərinə daha da dərindən vaqif olmağa çalışıram. Çünki musiqi mənim həyatımdır". 
Fəriddən bu günə qədər qazandığı uğurlara görə kimə borclu olduğunu soruşanda minnətdarlıq hissi ilə danışdı. Dedi ki, qazandığım uğrulara görə  müəllimlərim olmuş respublikanın Əməkdar artistləri İsmayıl Ələkbərova, Zakir Əliyevə, həmçinin  Ayşən Eminliyə borcluyam. Bu insanlar zaman-zaman musiqini mənə sevdiriblər və öyrədiblər. Xanəndə kimi formalaşmağımda xeyli əziyyət çəkiblər. 
Fərid hələ çox gəncdir. Onu qarşıda yeni-yeni sınaqlar gözləyir. İnanırıq ki, istedadlı gənc müğənni bu sınaqlardan uğurla keçəcək, musiqimizi dünyada həm təbliğ edəcək, həm də sevdirəcək. Qazanacağı uğurları ilə xalqımıza böyük sevinc bəxş edəcək.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib

00:16
15 İyun

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib  

23:14
14 İyun

Xəzər sahilində “Viva La Vida Longevity Camp 2025” beynəlxalq konqresinin açılışı olub

21:37
14 İyun

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

21:29
14 İyun

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:26
14 İyun

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

19:24
14 İyun

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

18:59
14 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

18:47
14 İyun

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

18:29
14 İyun

XİN: Azərbaycan ərazisindən hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə qarşı istifadə edilməsi mümkün deyil

18:23
14 İyun

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

18:09
14 İyun

Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib

18:01
14 İyun

İtaliyanın Baş naziri dünya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

17:43
14 İyun

Bu gün Bakının 550 küçəsi yuyulub

17:37
14 İyun

DGK: 207 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

17:28
14 İyun

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

16:57
14 İyun

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib

16:45
14 İyun

2000 illik nəhəng ölçülü çəkmə  

16:00
14 İyun

İtaliyada dünyanın ən böyük asma körpüsü inşa ediləcək

15:59
14 İyun

AZAL bir sıra aviareysləri ləğv edib

15:54
14 İyun

Xankəndidə 37 il əvvəlin məzunları yarımçıq qalan “Son zəng”i qeyd ediblər  

15:47
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!