17 Avqust 2024 09:03
690
İQTİSADİYYAT
A- A+
Muğan yenə biri üç edəcək

Muğan yenə biri üç edəcək

 

Biləsuvarda və Neftçalada günəş-elektrik stansiyaları tikiləcək

 

"Yaşıl enerji" layihələri getdikcə inamla bölgələrə doğru da addımlayır. O cümlədən Biləsuvarda və Neftçalada günəş-elektrik stansiyaları tikiləcək.

Keçən ilin oktyabr ayında "Qaradağ" Günəş-Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalandı. Müqavilələr Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək-elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.

İnvestisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpaolunan enerji mənbələri üzrə 4 QVt (4000 MVt) gücündə "Meqa" layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış icra müqavilələrinin birinci mərhələsini əhatə edir.

Bu ilin aprel ayında isə Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrini bərpaolunan enerji mənbələrinin əraziləri kimi müəyyənləşdirib. Bununla bağlı qərarlar imzalanıb. Qərara görə, Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş-elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, rayonun Yenikənd bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş-elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunub.

İyunun 4-də "Bakı Ekspo" Mərkəzində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir sözügedən üç stansiyanın təməlini qoydular. Təməlqoymadan öncə dövlətimizin başçısı demişdir: "Bir az sonra iştirak edəcəyimiz mərasim haqqında danışarkən qeyd etdim ki, bu, sadəcə, başlanğıcdır. Yeri gəlmişkən, ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş-elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir... Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, "Masdar" "yaşıl enerji"yə keçid sahəsində ən öndə gedən şirkətdir".

Enerji tariximizdə ilk xarici sərmayə əsaslı ən böyük günəş-elektrik stansiyasının istifadəyə verilməsi, həmçinin 1000 MVt gücündə günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması göstərir ki, ölkəmiz "yaşıl enerji" hədəflərinə doğru inamla gedir. Azərbaycan "yaşıl enerji" istehsal və ixrac edən ölkə kimi strateji hədəflərini "Masdar" şirkəti ilə reallaşdırmaqdan məmnunluq duyur və bu layihələr 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 33 faizədək yüksəlməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, "Masdar"ın əsası 2006-cı ildə qoyulub və şirkət 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.

Bu arada yeni stansiyaların tikintisi ilə bağlı hazırlıqlar davam edir. Elə bu günlərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Neftçalada "Masdar" şirkəti və beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə hazırlıq görüşü keçirilib.

Beynəlxalq maliyyə təşkilatlarından Asiya İnfrastruktur İnvestisiya Bankının,  Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, "WSP"-nin nümayəndələri günəş-elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində onları maraqlandıran fikirlər səsləndiriblər. Layihə ilə bağlı gözləntilər, ətraf mühütə təsir, tikinti işlərinə cəlb olunacaq işçilərin sosial statusu və s. haqqında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra beynəlxalq maliyyə təşkilatlarının nümayəndə heyəti bərpaolunan enerji mənbələrinin inşa ediləcəyi əraziyə baxış keçirib, yerdə mövcud vəziyyətlə tanış olublar.

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!