09 İyul 2022 01:27
1165
Mədəniyyət
A- A+
Muğamın VIII sehri

Muğamın VIII sehri

 

Bu müsabiqədə artıq kiçikyaşlı ifaçılar da iştirak edirlər

 

Həzrət "Bayatı-şiraz" oxuyurdu...

Əslində, oxuyurdu demək bəlkə də yerinə düşməz. Sanki bu balaca ifaçının ruhu dil açmışdı. Məşq zalında olanlar da bu həzin musiqinin sehrinə düşüb durduqları yerdəcə "donub" qalmışdılar. "Musiqi - insanı Tanrı ilə danışdıran dildir", - deyib müdriklər.

Həzrət üzünü göylərə tutub sanki Tanrı ilə danışırdı. Bu söhbəti duyan balabansa nalə çəkib ahu-fəğan edirdi...

Doğru deyiblər ki, musiqi təkcə hissləri ifadə etmir, həm də yeni hisslər yaradır. İnsan səsi ilə musiqi alətlərinin yaratdığı harmoniya qəlbi riqqətə gətirirdi...

Biz Beynəlxalq Muğam Mərkəzində olanda burada canlanmanın şahidi olduq. Bir azdan geniş tamaşaçı auditoriyasına çıxacaq gənc ifaçılar üzərlərində ciddi şəkildə çalışırdılar. Söhbət VIII muğam müsabiqəsinin iştirakçılarından gedir...

 

Muğama olan maraq ilbəil artır

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib.

Lahiyənin bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə ilə söhbət edirik:

- Bu il respublikamızın müxtəlif şəhər və rayonlarından müsabiqədə iştirak etmək üçün 300 nəfərə yaxın muğam həvəskarı müraciət etmişdi. Təbii ki, bu qədər adamın müsabiqədə iştirakını təmin etmək mümkün deyildi. Biz müsabiqənin qəbul olunmuş şərtləri çərçivəsində iki turdan ibarət seçimlər aparırdıq. İlk turda 74 nəfər seçildi. Son seçimlərdə 18 ifaçı müsabiqədə iştirak etmək imkanı qazandı. Builki müsabiqə əvvəlki illərdəkindən özəlliyi ilə bir qədər fərqlənir. Belə ki, bu il kiçik yaş qrupu üzrə 10 nəfər muğam ifaçısı da müsabiqədə iştirak edir. Müsabiqənin ilk həftələrində xalq mahnıları, təsniflər, zərb muğamları oxunsa da, sonrakı dövrlərdə Azərbaycan muğamının müxtəlif şöbələri ifa edilir. Artıq  müsabiqənin doqquzuncu həftəsi keçirilir. Böyük yaş qrupu üzrə 10 nəfər, kiçik yaş qrupu üzrə 5 nəfər müsabiqəni tərk edib. Onu da deyim ki, kiçik yaş qrupu üzrə ifaçılar qəzəl seçimində sərbəst olsalar da, böyük yaş qrupuna aid olanlara qəzəllər tərəfimizdən seçilib verilir. İfaçılar verilən tapşırıq üzrə hazırlaşırlar. Müsabiqənin yekun mərhələsində 3 azyaşlı, 6 nəfər isə böyük yaş qrupu üzrə ifaçı iştirak edəcək. Bura gələnlərin hamısının qalib olmaq arzusu var. Bu da olduqca təbii bir hissdir.  Onların istedadlarını nümayiş etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq.

Məşq zalında olanların üzlərində həm həyəcan, həm də inam var idi... Sözsüz ki, sənət yollarında ilk debütünü edən gənc ifaçılarda bu inamı onlarla birlikdə çalışan müəllimlər, musiqiçilər, bir də ki, muğam müsabiqəsinə təşkilatçılıq edən şəxslər yaradıblar.

Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli ilə söhbətləşirik:

- Mən yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Yarışmaya Biləsuvar rayonundan qatılmışam. Əvvəllər məni yalnız öz rayonumuzda tanıyırdılarsa, indi bütün dünyada yaşayan muğam həvəskərları ifamı dinləyirlər. Məqsədim heç də birinci olmaq deyil. Arzum yaxşı ifaçı olmaqdır. Mən burada həm öyrənirəm, həm də bacarığımı nümayiş etdirirəm. Burada musiqiçilər, muğam müsabiqəsinin musiqi rəhbəri Çingiz Abbasov bizə öz doğma övladları kimi qayğı göstərir. Zəhmət çəkib  bizi  televiziya qarşısında izləyən, bura gəlib vaxtını bizimlə keçirən hər bir tamaşaçıya, zəhmətimizi çəkən hər kəsə təşəkkür edirəm.

 

Musiqi mənəviyyatla hissiyyat arasında olan vasitədir

 

Əgər bir millətin xarakterini bilmək istəyirsənsə, o millətin musiqisini dinlə, - deyib aqillər. Bu gün bu zalda məşq edənlərin içindən gələcəyin tanınmış, Azərbaycanımızı dünyada təmsil edə biləcək xanəndələrin, muğamımızı daha da inkişaf etdirəcək sənətkarların çıxacağına inanırıq. Muğam müsabiqəsinin musiqi rəhbəri, Əməkdar incəsənət xadimi Cingiz Abbasovla da söhbətimiz bu barədə oldu:

- İllərdir ki, muğam müsabiqəsinə musiqi rəhbərliyi mənə həvalə edilir. Muğamımıza, bu qiymətli mənəvi sərvətimizə yenidən həyat verilməsində Mehriban xanımın müstəsna xidməti var. Klassik musiqi, muğam unudulub gedirdi. Yüngül, bayağı musiqilər muğamımızı küncə sıxışdırmışdı. Ruhumuza yad musiqilər meydan sulayırdı. Keçirilən muğam müsabiqələri nəticəsində yeni nəsil muğam ifaçıları yetişdi. Bu gün xanəndə sənəti arasında şöhrətlənmiş muğam ifaçılarımız var. Həmin sənətkarların tanınıb sevilməsində, uğur qazanmasında keçirilən muğam müsabiqələrinin böyük rolu olub. Gənc ifaçılarımız səhnə davranışlarını, musiqi ilə ifanın vəhdətini, obraz yaratmaq xüsiyyətlərini burada öyrəniblər. Bugünkü gənc ifaçıların sırasında gözəl səsi, ümidverici gələcəyi olan gənclərimiz var. İnanırıq ki, onlar milli sərvətimiz olan muğamı yaşadıb, gələcək nəsillərə ötürəcəklər.

Musiqi rəhbəri Çingiz Abbasov söhbət əsnasında bildirdi ki, həftənin çərşənbə axşamı və cümə axşamı günləri yarışma keçirilsə də, ifaçılar həftənin bütün günləri növbə ilə məşq edirlər. Onlara yalnız yarışma keçirilən gün məşqlər zamanı mikrofondan istifadə etmələrinə imkan verilir. Gənc xanəndələri muğam müsabiqəsinin öz ansamblı müşayiət edir. Ansamblın idarə olunmasında da qayda var. Tarla kaman ifaçıları növbə ilə bir-birilərini əvəz etsələr də, digər alətlərdə ifa edənlər növbəsiz çalışırlar.

Səhnədə yeni bir ifaçı görünür. Ağsu rayonundan gəlmiş Daşqın Kürçaylı "Şikəsteyi-fars" oxuyur. Təmkini, mükəmməl ifa tərzi, məlahətli səsi, adamı özündən alan zəngulələri ilə Daşqın həm yarışma iştirakçılarını, həm musiqiçiləri, həm də məşqdə iştirak edən azsaylı tamaşaçıları və jurnalistləri ifası ilə heyran edir. Məşqlər başa çatandan sonra Daşqınla da söhbət etmək imkanımız oldu.

- Muğam müsabiqəsinin təşkilatçılarına təşəkkürümü bildirirəm. Buraya gələndən muğamın çox sirlərini öyrənmişəm. Məsuliyyət hissim daha da artıb. Tamaşaçı tələbkarlığını hiss edirəm. Öz üzərimdə daha çox çalışıram. İnanın ki, birinciliyə o qədər də can atmıram. Hədəfim o deyil. Məqsədim yaxşı xanəndə olmaqdır. Muğamımızın yaşamasında mənim də azacıq rolum olarsa, bu, mənə bəs edər. Dostlarımdan kim uğur qazansa, onu özümünkü bilib çox sevinərəm.

Beynəlxalq Muğam Mərkəzində olduğumuz müddətdə Nərgiz Cabbarovanın, Ülkər Abdullayevanın, Fuad Əzizzadənin, Vüsal Qasımovun ifasında bir-birindən maraqlı muğamlar, təsniflər dinlədik. Musiqi bütün insanların, dünyanın anlayacağı, danışa biləcəyi dildir. Kaş ki, dünyanın hər yerində silahlar yox, musiqi alətləri dil açıb danışaydı. Körpələr  güllə səsinə yox, musiqi sədaları ilə sabahlarını açaydılar...

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!