07 May 2015 10:05
145
CƏMİYYƏT
A- A+
MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub

MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

MTN-in İctimai Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.

Akademiyanın akt zalının foyesində İkinci Dünya müharibəsindən görüntüləri əks etdirən fotosərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.

MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibətilə təbrik edib. Qeyd olunub ki, MTN-nin Heydər Əliyev adına Akademiyasında belə bir tədbirin təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var. O, ümummilli lider Heydər Əliyev “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Bu da həqiqətdir ki, İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mərdliklə döyüşən Azərbaycan oğulları və qızları öz hünərləri ilə əbədi qəhrəmanlıq dastanı yaratdılar” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, faşist Almaniyasının keçmiş Sovet İttifaqına hücum planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Bu da səbəbsiz deyildi, alman komandanlığı Bakı neftinə böyük önəm verirdi. Məhz buna görə də faşistlər Bakını 1941-ci il sentyabrın sonunadək, yəni müharibə başlanan gündən üç ay müddətində işğal etmək niyyətində idilər. Bu ərəfədə qısa müddət ərzində Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, xalqımız bu qanlı müharibənin əvvəlindən sonunadək fəal iştirak edib. Azərbaycanın bütün insan resursları və maddi sərvətləri bütünlüklə faşizmə qarşı müharibəyə cəlb edilmişdi.

İ.Allahverdiyev deyib ki, müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə gedib. Avqusta qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılmışdı. Artıq 1941-ci ilin sonunda bu dəstələrdə 187 min döyüşçü var idi. Onlardan 30 mindən çoxu qadınlar idi. Ümumilikdə isə 1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilmişdir. Müharibənin əvvəlində azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı diviziyalar formalaşdırılıb. Bundan başqa, 227-ci və 346-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil ediblər.

Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər daha çətin hərbi əməliyyatların getdiyi, odlu-alovlu cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Stalinqrad şəhərləri, Ukrayna, Belarus, Pribaltika respublikaları uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərib, onların hərbi texnikasının və canlı qüvvəsinin məhvində, yaşayış məntəqələrinin işğaldan azad olunmasında və Berlinin süqutunda fəal iştirak ediblər. Bu yolda çoxları fədakarlıqları, ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar. Azərbaycanın oğul və qızları döyüş cəbhələrinin bütün istiqamətlərində igidliklə vuruşublar. Bir faktı xatırlatmaq kifayətdir, faşistlərin ilk gündən xaincəsinə hücumlarının qarşısının alınmasında 40 azərbaycanlı Brest qalasının müdafiəsində iştirak edib və son nəfəsədək qala uğrunda mərdliklə döyüşüblər. 1941-ci ildə Novqorod yaxınlığındakı döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Müharibə dövründə 3 mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada, Yuqoslaviyada və başqa dövlətlərin ərazilərində müqavimət hərəkatına və partizan dəstələrinə qoşularaq faşistlərə qarşı igidliklə vuruşub. Onlardan Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu və başqalarını göstərmək kifayətdir.

Qeyd edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olub və itkin düşüb. Müharibədə göstərdikləri şücaətə görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Hüseynbala Əliyev, Qafur Məmmədov, İdris Süleymanov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazıblar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut ediblər.

Vurğulanıb ki, müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və hərbi texnikanın motor yağı və benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Daha dəqiq desək, o dövrdə Sovet İttifaqında istehsal edilən neftin 70-75, benzinin isə 85-90 faizi Azərbaycanın payına düşürdü.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında ümummilli lider Heydər Əliyev deyib: “Əgər Bakının nefti olmasaydı, Sovet İttifaqının qələbəsi mümkün deyildi”. Heydər Əliyev başqa bir çıxışında isə xalqımızın xidmətləri haqqında bildirib: “Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycanın xidməti, fəaliyyəti, rolu çox böyük olub”.

General-mayor İ.Allahverdiyev bildirib ki, Azərbaycan bu gün də müharibə şəraitində yaşayır, torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altındadır, bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin düşüb. Lakin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə də qələbə qazanacağına ümidlərimizi daha da artırır.

Sonra tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində keçdikləri döyüş yolundan və müharibənin fəsadlarından geniş bəhs edib, alman faşizmi üzərində qazanılmış tarixi Qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danışıblar.

Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümunələri göstəriblər. Müharibə dövründə Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı-casusu aşkara çıxarıb və həbs ediblər. Onlardan 31 nəfər Auşvis, 25 nəfər Lyukenvald, 12 nəfər Tavel, 14 nəfər Zamberq, 12 nəfər Tennel kəşfiyyat-təxribat məktəblərini bitirib, 13 nəfəri Gestaponun, 6 nəfəri isə “Dromidar-Abver” qrupunun casusları olub. Həmin vaxtda habelə döyüşən sovet ordusunun arxasında təyyarə ilə göndərilmiş və faşistlərin kəşfiyyat tapşırıqlarını əməli surətdə həyata keçirən 37 casus aşkar edilmişdi. Müharibə illərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərib. Lakin Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları daim sayıqlıq göstərək onları ifşa ediblər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın rayonlarında və Bakıda 28 belə təxribatçı-casus tutulub.

Veteranlarımız, eyni zamanda, həmin ağır müharibə illərində bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın göstərdiyi fədakarlıq nümunələrinin indiki gənc nəsil üçün Vətəni sevmək örnəyi daşıdığını bildirib, Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan torpaqlarının azad edilməsi üçün gənclərimizi daha mübariz və vətənpərvər olmağa səsləyiblər.

Akademiyanın dinləyicisi leytenant R.Musayev, kursantlar T.Nemətli və M.Məmmədov təhsil müəssisəsinin bütün gəncləri adından çıxış edərək bildiriblər ki, xalqımızın zəngin qəhrəmanlıq, igidlik və şücaət tarixinin və irsinin layiqli daşıyıcıları olaraq Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlar. Ulu öndər Heydər Əliyevin müstəqillik və dövlətçilik strateji xəttini ölkəmizin bütün gəncləri kimi dəstəkləyəcəklərini, onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda bütün qüvvə və səylərini səfərbər edəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirəcəklərini qeyd ediblər.

Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!