06 Yanvar 2026 15:53
1806
Elm və texnika
A- A+
Misirdə Şah İsmayıl Xətainin sağlığında köçürülmüş “Divan”ı aşkar edilib  

Misirdə Şah İsmayıl Xətainin sağlığında köçürülmüş “Divan”ı aşkar edilib  


Şərq ölkələrinin kitabxana və muzeylərində Azərbaycan alim və ədiblərinin əsərlərindən ibarət zəngin əlyazma kolleksiyaları mühafizə olunur. Bu baxımdan Qahirədə yerləşən Misir Milli Kitabxanası və Arxivlər Mərkəzi xüsusi əhəmiyyət daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib. Onun sözlərinə görə, Misir Milli Kitabxanasında qorunan yüzlərlə Azərbaycan əlyazması arasında görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətainin indiyədək elmə məlum olmayan bir “Divan” nüsxəsini tədqiqat zamanı aşkarlayıb.

O qeyd edib ki, Xətai irsinə aid əlyazmalar XVII-XVIII əsrlərdən etibarən tədqiq olunmağa başlanıb. XIX əsrədək Yaxın Şərq müəllifləri bu əlyazmalar haqqında əsasən səthi məlumatlarla kifayətləniblər. Sonrakı dövrdə Avropa və Rusiya şərqşünasları Xətai yaradıcılığının tədqiqində mühüm işlər görüblər. Xətainin əlyazmaları hazırda Bakı, Sankt-Peterburq, Paris, London, Berlin, Vatikan, Daşkənd, İstanbul, Tehran və Təbriz kimi mərkəzlərdə qorunur. Lakin indiyədək şairin sağlığında köçürülmüş “Divan”ının mövcudluğu elmə dəqiq məlum deyildi.

Elnur Mustafayev bildirib ki, Misirdə aşkarlanan “Divan”ın Xətainin sağlığında yazıya alındığını güman etməyə əsas verən ciddi əlamətlər mövcuddur: “Əlyazma dəri üzlüklə cildlənib, nəstəliq xətti ilə, zəngin təhzib və ornamentlərlə tərtib olunub. 39 vərəqdən ibarət nüsxədə Şah İsmayıl Xətaiyə aid 146 şeir yer alır. Əsərin katibi məşhur xəttat Sultan Əli Məşhədidir.

Tarixi mənbələrə görə, Sultan Əli Məşhədi 1520-ci ildə vəfat edib, Şah İsmayıl isə 1524-cü ildə dünyasını dəyişib. Bu fakt, eləcə də əlyazmanın yüksək bədii tərtibatı “Divan”ın Xətainin sağlığında köçürüldüyü ehtimalını gücləndirir. Bundan əlavə, Misir nüsxəsində şeirlərin sayının digər nüsxələrlə müqayisədə az olması, şairin sonralar yazdığı şeirlərin vəfatından sonra divanlara əlavə edildiyini göstərir”.

Sonda Elnur Mustafayev vurğulayıb ki, dünya kitabxana və muzeylərində saxlanılan Azərbaycan klassiklərinin əlyazmalarının aşkara çıxarılması və elmi dövriyyəyə daxil edilməsi milli mədəniyyət tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə sistemli tədqiqatlara ciddi ehtiyac var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp bütün ölkələri BCM-dən çıxmağa çağırıb

09:20
23 Oktyabr

ÇÖRƏK HAQQI

09:10
23 Oktyabr

"Şahdəniz"dən təzə xəbər var

09:00
23 Oktyabr

ZƏFƏR gündəliyi

08:50
23 Oktyabr

Putin Rusiyanın Ukrayna münaqişəsinə dair üçtərəfli danışıqlara hazır olduğunu bildirib  

08:46
23 Oktyabr

İtkin düşmüş şəxslər üzrə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması zəruridir

08:40
23 Oktyabr

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib

08:30
23 Oktyabr

İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli

08:20
23 Oktyabr

Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir

08:10
23 Oktyabr

Ölkəmiz regionda sabitliyi təmin edib

08:00
23 Oktyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!