31 Oktyabr 2024 09:30
4571
Səhiyyə
A- A+
Miopiya niyə artır?

Miopiya niyə artır?


2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmə yaxındangörmə problemi ilə üzləşəcək


Göz orqanizmin ən həssas üzvlərindən biridir. İnsan həyatı boyunca müxtəlif göz xəstəlikləri ilə üzləşir. Miopiya ən geniş yayılan görmə problemidir. Gözün bülluru fokuslana bilmədikdə insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir.

Son illər yaxındangörmə probleminin artdığı müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, mövcud tendensiyalar davam edərsə, 25 il sonra dünya əhalisinin yarısından çoxu miopiyadan əziyyət çəkəcək. Miopiya hallarına xüsusilə uşaqlarda daha çox  rast gəlinir. Araşdırmalara görə, 2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmənin bu problemlə mübarizə aparacağı proqnozlaşdırılır. Bu da valideynləri və səhiyyə işçilərini tədbir görməyə sövq edir.


Qızlarda risk oğlanlara nisbətən daha yüksəkdir


Vəziyyətin belə acınacaqlı hal almasının bir sıra səbəbləri var. Mütəxəssislər uşaqların açıq havada daha az vaxt keçirməsinin, televiziya və video oyunlarına isə daha çox meyilli  olmalarının miopiya riskini artırdığını bildirirlər. Covid-19 pandemiyası və bunun nəticəsində evdəqalma müddətinin artması bu problemi daha da sürətləndirib.

Miopiya problemi Asiya ölkələrində daha çox yayılıb. Yaponiya, Cənubi Koreya və Çin kimi ölkələrdə uşaqların əksəriyyəti bu problemlə üzləşib. Bunun uşaqların erkən yaşda məktəbə başlaması və intensiv təhsil sistemi kimi amillər ilə əlaqəli olduğu düşünülür.

Miopiyanın yaranmasında genetika önəmli faktordur. Valideynlərindən biri miopik olan uşaqlarda göz zəifliyi ehtimalı təxminən 3 dəfə, hər ikisi miopik olanlarda isə təxminən 6 dəfə yüksəkdir. 

Tədqiqatların nəticələrinə görə, qızlarda miopiya riski oğlanlara nisbətən daha yüksəkdir. Bunun səbəbi qızların daha az sosiallaşması, məktəbdə və evdə fiziki fəaliyyətlə az məşğul olmalarıdır.


Xəstəlik uzun müddət simptomsuz keçir


Mütəxəssislər bildirirlər ki, uşaqlarda miopiya uzun müddət simptomsuz gedir və əksər hallarda profilaktik oftalmoloji baxış zamanı təsadüfən aşkarlanır. Yaxındangörmə, adətən məktəb illərində inkişaf edir və ya proqressivləşir. Bu da uşaqların intensiv vizual yüklənmələrlə qarşılaşması ilə əlaqədardır. Uşaqlar lövhədəki yazıları aydın seçə bilmədiklərindən ora yaxınlaşır və ya gözlərini qıyırlar. Miopiyalı insanlarda qaranlıqda görmə pozulduğundan, axşam toran düşən vaxtda çətinliklə hərəkət edirlər.

Uşaqlar və yeniyetmələr yaxındangörmənin qarşısını almaq üçün görmə gigiyenasına riayət etməli, ekranlı vasitələrlə uzun müddət məşğul olmamalı, vaxtaşırı göz üçün idmanlar etməlidirlər. 

Miopiyanın müalicəsi onun şiddətindən, fərdin yaşından və digər amillərdən asılı olaraq dəyişə bilər. Xəstəliyin müalicəsində eynək, kontakt linzalar, lazer əməliyyatı, göziçi linzalardan istifadə edilir.

Ən çox istifadə olunan müalicə üsulu eynəkdir. Kontakt linzalar eynəkdən daha təbii görünüş təmin edir. Bu, idman və ya digər fəaliyyətlər zamanı daha rahat ola bilər. Lakin əksər hallarda ciddi göz quruluğuna səbəb olduğu üçün oftalmoloqlar onu tövsiyə etmirlər. Belə ki, bu linzaların istifadəsi zamanı yaranan göz quruluğundan sonra gözlərə eksimer lazer əməliyyatı tətbiq edilmir. Lazer əməliyyatı isə birbaşa və birdəfəlik müalicə variantıdır.

Eksimer lazer əməliyyatı, adətən 18 yaşdan sonra edilir. Belə ki, insanların 80 faizində bu yaşda artıq orqanizm inkişafının formalaşması tamamlanmış olur. O zamana qədər isə uşaq və yeniyetmələrə optik eynək taxılması tövsiyə edilir. Həkimlər valideynlərə bu mövzuya daha ciddi yanaşmağı məsləhət görürlər. Çünki orqanizmdəki qoşa orqanlardan biri hər zaman daha dominant olur. Gözlər də istisna deyil. Uşaqlar sağ gözün hesabına rahat görə bildikləri üçün eynək taxmağa çox da can atmırlar. Eynək taxmadıqda isə digər göz tənbəlləşir, bu da daha ciddi problemlərə gətirib çıxara bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!