Tender iştirakçılarına
təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet
Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında
ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları
lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak
etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba
"ASAN ödəniş” sistemi ilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə
təqdim edə bilərlər.
İştirak haqqı:
- 440 (dörd yüz qırx manat) manat
VÖEN:
2701171541
Bank: Kapital
Bank ASC Mingəçevir filialı
Kod:
200297
VÖEN:
9900003611
M/hesab: AZ37NABZ01350100000000001944
Hesab: AZ15AIIB38060019440133314129
S.W.I.F.T:
AIIBAZ2X
Ünvan: Mingəçevir
şəhəri, 20 Yanvar pr. 12
İştirak haqqı
heç bir halda geri qaytarılmır.
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə
iştirak etmək üçün yazılı müraciət;
- tenderdə
iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi
(zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi
dəyərinin 1 faizi həcmində bank təminatı
(zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan
Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı
keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının
son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə
hesabatının surəti;
- iddiaçının
son bır ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının
tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlərı;
- iddiaçının
müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan
dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender
təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları
haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda
göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)
15.07.2020-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə
23.07.2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların
təklifləri 24.07.2020-ci il saat 12:00-da açılacaqdır.
QEYD. Tenderdə
iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada
Portal vasitəsilə aparılacaqdır.
Tender komissiyası