26 Oktyabr 2018 02:36
2389
İQTİSADİYYAT
A- A+
Mingəçevir Sənaye Parkı “Made in Azerbaijan” markası ilə beynəlxalq bazara çıxır

Mingəçevir Sənaye Parkı “Made in Azerbaijan” markası ilə beynəlxalq bazara çıxır


Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək üçün iqtisadi resurslardan, mütərəqqi texnologiyalardan, əmək ehtiyatlarından səmərəli istifadə etmək zərurətini vurğulamış, qeyri-neft sektorunun uğurlu nəticələrindən söz açanda Mingəçevir Sənaye Parkı barədə demişdir: "Bu parkda 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac imkanlarımızı genişləndirir və biz mahlıcı orada ipə çevirərək artıq daha da valyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək”.

Mingəçevir Sənaye Parkı ilk addımlarını çox inamla atır. 2018-ci ilin fevral ayında fəaliyyətə başlayan Mingəçevir Tekstil MMC-nin hələlik 2 iplik fabriki işə düşüb. Fabriklərin ümumi dəyəri 144 milyon manatdır. İplik fabriklərinin qurulmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit imkanlarından da istifadə edilmişdir. Müasir tələblərə cavab verən ən son texnologiyalar əsasında yaradılmış bu fabriklər Almaniya, İsverçə, Türkiyə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən gətirilən avadanlıqlarla təchiz olunmuşdur. Fabriklərdə 10 min ton "Rinq”, 10 min ton isə "Open End” üsulu ilə müxtəlif cür iplik istehsalı nəzərdə tutulub.

Sənaye parkının direktoru, gənc mütəxəssis Mehman Hüseynov söhbət zamanı dedi:

- Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə imzaladığı sənədlər, verdiyi tapşırıq və tövsiyələr, sahibkarlara böyük və davamlı dövlət qayğısı qazanılan uğurların əsas şərtidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının üçüncüsünün də icrası başa çatmaq üzrədir. "Mingəçevir Tekstil”də istehsal edilən yüksəkkeyfiyyətli pambıq ipliyi "Made in Azerbaijan” markası ilə artıq beynəlxalq bazara çıxarılır. Türkiyə, Rusiya şirkətləri ilə uğurlu ticarət əlaqələri qurmuşuq. Çin sənayeçiləri ilə işgüzar danışıqlar aparırıq. Əminik ki, yaxın günlərdə Çinə ilk iplik karvanı yola salacağıq.

Mingəçevir Sənaye Parkı ilk addımlarını atır. Qarşıda görüləsi işlər daha çoxdur. Sənaye parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrik fəaliyyət göstərəcəkdir. Bu məqsədlə 150-200 milyon ABŞ dolları həcmində investisiya qoyulacağı, 5.500-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulub.

İnsan resursları departamentinin direktoru Habil Salmanovla birlikdə parkın ayrı-ayrı sahələrini gəzib fabriklərdə iş prosesi ilə tanış olduq. Hər yerdə səliqə-sahman, işlərin səmərəli təşkili diqqət çəkirdi. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

Nofəl Salmanov fabrikin qayğılarından söz düşəndə dedi:

- Əsas qayğımız kadr ehtiyatı yaratmaqla bağlıdır. Xüsusi hazırlıq keçmədən fabrikdəki yeni nəsil avadanlıqları idarə etmək qeyri-mümkündür. Hansı xarici şirkətlərdən avadanlıqlar almışıqsa, onlarla əvvəlcədən razılaşmamız olub. Həmin şirkətlər öz mütəxəssislərini göndərir, onlar da burada işə götürülənlərə yeni dəzgahlarda işləməyi öyrədirlər. Bacarıqlı kadrlar hazırlamaq üçün Gəncə Texnologiya Universiteti ilə də müqavilə bağlamışıq. Orada bizim istəyimizlə yeni kafedra yaradılmışdır. Tələbələrin istehsalat təcrübəsini bizim fabrikdə keçəcəkləri nəzərdə tutulub.

Fabrikdə Türkiyədən gələn təcrübəli mütəxəssislər də çalışır. Onlardan birinin - İbrahim Kalaylının Türkiyə iplik sənayesində 30 ildən çox təcrübəsi var. Mingəçevir Sənaye Parkının bünövrəsi qoyulandan buradadır. Azərbaycanlı qızla ailə qurub. Ayişənur Səlvər adlı bir qızları var.

Fabrik müdiri İbrahim Kalaylı təcrübəsi, bilik və bacarığı, başlıcası hər kəsdə xoş ovqat yaradan səmimiyyəti ilə kollektivin hörmətini qazanmışdır. Öz təcrübəsini də gənclərə həvəslə öyrədir.

Üç növbə işləyən fabrikdə çalışanlar qayğı ilə əhatə olunublar. Hər növbədə işçilərə bir dəfə fabrikin hesabına yemək verilir. Burada həkim məntəqəsi də var.

Bir sözlə, "Mingəçevir tekstil” hələ ilk addımlarını atır. Həftələr, aylar ötdükcə bu addım daha möhkəm olur.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib  

12:09
16 İyun

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir  

12:08
16 İyun

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir  

12:07
16 İyun

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

12:06
16 İyun

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb  

11:58
16 İyun

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

11:57
16 İyun

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

11:48
16 İyun

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək  

11:42
16 İyun

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq  

11:41
16 İyun

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

11:38
16 İyun

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır  

11:31
16 İyun

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

11:26
16 İyun

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir  

11:16
16 İyun

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur  

11:11
16 İyun

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir 

11:07
16 İyun

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb  

11:01
16 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:58
16 İyun

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

10:47
16 İyun

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

10:46
16 İyun

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

10:41
16 İyun

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

10:39
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!