02 İyun 2019 00:37
2366
Elm və texnika
A- A+
Milyonların zəkasına işıq saçan əlifba

Milyonların zəkasına işıq saçan əlifba


Lui Brayl. Bu ad sizə nəsə deyirmi? Yəqin çoxunuza tanış gəlmədi heç. Halbuki bu şəxs milyonların oxuyub-yaza bilməsinə, təhsil almasına vəsilə olub. Məhz bu şəxsin yaratdığı əlifba sayəsində gözdən əlillər cəmiyyətdən təcrid olunmadan maariflənmə imkanlarını genişləndiriblər. İstedadlarını üzə çıxarıblar, sevdikləri sahənin peşəkarına çevriliblər...

Lui Brayl bütün dünyada gözdən əlillərin istifadə etdiyi Brayl əlifbasının yaradıcısıdır. Əlifba Asiya xalqlarından başqa, dünyanın bütün ölkələrinin əlifbalarına tətbiq edilib. Bəs bu əlifba necə yaranıb? Gəlin əvvəlcə Lui Braylın həyatına nəzər salaq.

Lui Brayl 1809-cu il yanvarın 4-də Fransanın Kopvrey şəhərində dünyaya gəlib. Atası Simon Rene Brayl çəkməçi idi. Lui üç yaşı olanda atasının emalatxanasında sol gözünü bizlə zədələyir. Bu hadisə uşağın sol gözünün görmə qabiliyyətini itirməsinə səbəb olur. Zamanla simpatik oftalmiya xəstəliyi uşağın sağ gözünə də təsir edir. Nəticədə Lui 5 yaşında tamamilə kor olur. Lakin valideynləri onun təhsil alması və cəmiyyətdə müəyyən mövqe tutması üçün əlindən gələni edirlər. Lui əlifbanı yerli məktəbdə çöplər vasitəsilə öyrənir. Skripka təhsili almaq üçün evə musiqi müəllimi gəlir. Parlaq zəkasına və çalışqanlığına görə 10 yaşında Kor Uşaqlar üçün Kral İnstitutunda təhsil almaq şansı qazanır. Bu institutda aldığı təhsil Braylın həyatında böyük rol oynayır. Burada bəzi kitablar relyef-xətli şriftlərlə çap olunmuşdu. Lakin bu cür kitablar az idi, üstəlik əksər fənlərin kitabları çatışmırdı. Ona görə də tədris metodikası dinləyib-qavrama əsasında qurulmuşdu. Lui Brayl institutun ən parlaq tələbələrindən idi. Dərsləri ilə yanaşı, piano və orqanda da çalmağı öyrənmişdi.

Təhsil müddətində Lui "gecə əlifbası” ilə tanış olur. Bəzi dərsliklər artilleriya zabiti Şarl Barbyenin tərtib etdiyi bu əlifba ilə hazırlanırdı. Əlifbanın yaranması 1821-ci ilə, müharibə vaxtına təsadüf edir. Belə ki, gecə vaxtı əsgərlər pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşla məlumatları bir-birlərinə ötürə bilmələri üçün Fransa imperatoru Napoleon Bonapart Şarl Barbyeyə relyef-xətli şrift sifariş edir. Bu şriftdə hərflər kartonda açılmış dəliklər vasitəsilə təsvir edilirdi, məlumat isə barmaqları bu işarələrə toxundurmaqla oxunurdu. Əlifbanın bu mürəkkəb quruluşu onun praktik cəhətdən öyrənilməsinə əngəl törədirdi. Hərflər uşaq barmaqları üçün həddindən artıq böyük idi, bu isə sözləri oxumaqda çətinlik yaradırdı. Lui bu şriftlərlə tanış olduqdan sonra əsas çatışmazlığı tapır. Belə ki, Barbyenin şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etmək qəliz idi. Nöqtə və tirelərdən ibarət olan bu sistem çətin olsa da, Braylı ruhlandırır. 15 yaşlı oğlan nöqtələrin sayını azaldaraq, 12-dən 6-ya endirir, şrifti sadələşdirir və relyef-nöqtəli yazı sistemini yaradır. Bu, daha asan və tez öyrənilən idi.

Brayl daha bir neçə il bu şriftin təkmilləşməsi üzərində çalışır. Şriftin ilkin variantını 1829-cu ildə bitirdiyi və çalışdığı institutun idarə heyətinə təqdim edir. Lakin heyət bu şriftin görmə qabiliyyəti olan müəllimlər üçün narahat olduğunu əsas gətirir. Yalnız 1837-ci ildə gözdən əlil və görmə qabiliyyəti zəif olan şəxslərin israrı ilə idarə heyəti yenidən bu məsələyə baxır. Beləliklə, Lui Braylın yaratdığı şrift bütün dünyada istifadə olunan gözdən əlil və görmə qabiliyyəti zəif olan şəxslər üçün Brayl əlifbası kimi tarixə düşür.

Qeyd edək ki, Lui Brayl 1828-ci ildə təhsilini başa vuranda oxuduğu kral institutunda kiçik müəllim-repetitor kimi çalışmaq təklifi alır. 1833-cü ildən isə müəllim işləyir. Bütün həyatı boyu orada tarix, cəbr və həndəsədən dərs deyir. O, həm də istedadlı musiqiçi idi. Odur ki, hərf və rəqəmlərdən başqa, not üçün də şrift yaradaraq gözdən əlil və görmə qabiliyyəti zəif şəxslərə musiqini tədris edirdi.

Lui Brayl 1852-ci ildə 43 yaşı tamam olandan 2 gün sonra Parisdə uzun illərdir onunla birlikdə "addımlayan” vərəm xəstəliyindən vəfat edir və doğulduğu Kopvrey şəhərində dəfn olunur. 100 illik yubileyi ərəfəsində - 1952-ci ildə nəşi təntənəli şəkildə Panteona köçürülür. Hazırda Lui Braylın uşaqlıq illərinin keçdiyi Kopvreydəki evi muzey kimi fəaliyyət göstərir. Həmin ev-muzeyə aparan küçəyə Lui Braylın adı verilib. Kopvreydən başqa, Fransanın bir neçə başqa şəhərlərində də büstü ucaldılıb. Bu görkəmli şəxsin doğum günü - 4 yanvar isə bütün dünyada Brayl əlifbası günü kimi qeyd olunur.

Məlumat üçün bildirək ki, ənənəvi altınöqtəli Brayl əlifbasına 64 simvol daxil edilib. Bu əlifba ilə dəqiqədə 150 söz oxumaq mümkündür və bu, normal görmə qabiliyyəti olanların oxunma tezliyinin təxminən yarısını təşkil edir.

Brayl əlifbası əsasında ilk kitab 1837-ci ildə nəşr edilmiş "Fransa tarixi” kitabıdır. Brayl əlifbası ilə kitab buraxan bir sıra nəşriyyatlar var. Onlardan ən böyüyü Londonda korlar üçün Kral İnstitutudur. Həmin nəşriyyat qəzet və kitablardan başqa imtahan sənədləri və hətta bank bildirişləri də çap edir.

Azərbaycanda 1981-ci ildən Gözdən Əlillər üçün Respublika Kitabxanası fəaliyyət göstərir. Kitabxananın fondunu Brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir.

Dünyada təxminən 124 milyon görmə qabiliyyəti olmayan insan yaşayır. Müasir informasiya texnologiyaları inkişaf etdikcə Brayl tipli texnologiya da inkişaf edir. Azərbaycanlı mütəxəssislər bu zərurəti nəzərə alaraq Brayl pad yaradıblar. Bu qurğunun geniş istehsalına hələ başlanmasa da, bir neçə xarici ölkənin marağına səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!