21 Sentyabr 2025 08:00
1633
SİYASƏT
A- A+
Milli qürurun, dövlət iradəsinin təntənəsi

Milli qürurun, dövlət iradəsinin təntənəsi


Bu, Qarabağda keçirilən şəhər günlərində nümayiş olunur


Azərbaycan Ordusu 2023-cü il  sentyabrın 20-də tarixin ən şanlı səhifəsini yazdı. Qazanılan bu qələbə ilə ölkəmiz suverenliyini tam bərpa etdi. Bu gün yalnız qələbə günü deyil - 30 ildən çox həsrətində olduğumuz torpaqlara qayıdışın, milli qürurun və dövlət iradəsinin təntənəsidir. Bu gün xalqımızın həyatında tamam yeni bir gün, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azadlıq günüdür.

İki il əvvəl biz bu yerlərə yalnız uzaqdan tamaşa edirdik. Düşmən illərlə qurub yaratdıqlarımızı dağıtmaqla kifayətlənməyib, həm də yurdumuzun təbiətinə də qəsd etmişdi. Meşələr, bağlar, ormanlar yandırılmış, kəndlər xarabalığa çevrilmişdi. O zaman Qarabağdan qalxan acı tüstü yalnız gözlərimizi yaşartmırdı, ürəyimizi də sızladırdı. Bu gün həmin yerlərdə bayram tonqalları yandırılır. İndi Xankəndidə, Xocalıda, Xocavəndə, Ağdərədə güllə səsi deyil, körpə gülüşü, musiqi sədaları eşidilir. Hər qarışı üçün igidlərimizin can verib qan tökdükləri bu torpaqlarda həyat yenidən qaynayır, hər qarış torpaq dirçələrək gülüstana dönür. Dövlətimizin işğaldan azad olunmuş ərazilərdə apardığı misilsiz quruculuq və bərpa işləri sayəsində Qarabağın hər qarışı cənnətə dönür. Müasir yol və körpülər salınır, hava limanları inşa olunur, yeni iş yerləri açılır. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində artıq minlərlə ailə doğma yurduna dönüb, minlərlə sakinimiz bu xoşbəxt həyata  qayıtmaq üçün günlərini sayır.

Bu sətirləri qeyd edərkən 2020-ci il dekabırın 10-da Bakının Azadlıq meydanında keçirilən, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirən Zəfər Paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi tarixi çıxışını yada salmamaq mümkün deyil: "Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram... Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik".

Xilaskar Prezidentimizin dediyi bu sözlər sadəcə, siyasi bəyanat deyil, gələcəyə verilmiş bir vəd idi. Beş il ərzində Azərbaycan dövləti həmin vədi gerçəkləşdirdi: bu gün Qarabağ sürətlə bərpa olunur, müasir standartlara uyğun şəhər və kəndlər salınır, yeni məktəblər, xəstəxanalar, elektrik stansiyaları tikilir.

Bu gün 4 şəhərin - Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin şəhər günü kimi qeyd olunması həm də bir siyasi mesajdır: Qarabağ Azərbaycanındır və əbədi Azərbaycan olaraq qalacaq!

Bu gün hər bir azərbaycanlının ürəyində qürur, şəhidlərimizin ruhuna sonsuz ehtiram var. Onların qanı bahasına azad edilmiş bu torpaqlar artıq milli iradənin, birliyin, gücün rəmzidir. Qarabağ yalnız coğrafi məkan deyil, həm də milli identiklik və milli qürur məbədi, dövlətçiliyimizin rəmzidir. İftixarla deyə bilərik ki, bir zamanlar separatçıların məskən saldığı Xankəndi şəhəri indi qələbəmizin, mənəvi ruhumuzun mərkəzinə çevrilib.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev iştirak edirdilər. Keçirilən parad güc nümayişi yox, dünyaya verilən sülh mesajı idi. Bundan bir neçə gün əvvəl Qarabağda lokal xarakterli, cəmi 23 saatlıq antiterror əməliyyatı zamanı qarşı tərəfdən  bir nəfər də olsun dinc sakin, uşaq, qadın, qoca zərər çəkməmişdi. Əksinə, ordumuzun əsgər və zabitləri, polisimiz, Azərbaycanı könüllü tərk edənlərə dünyada analoqu olmayan mərhəmət nümayiş etdirib, təhlküəsizliklərini qorumuşdur. Budur, Azərbaycan dövlətinin mahiyyəti: aman diləyənə imkan vermək, günahkarı bağışlamaq, qaçanı qovmamaq... 

Bu gün Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkan, ən ali qonaqların qəbul olunduğu bir mərkəzdir. Separatçıların gənclərin beynini zəhərləyib düşmənçilik toxumu səpdiyi Xankəndidə indi Qarabağ Universiteti gənclərimizi işıqlı gələcəyə, quruculuğa hazırlayır. Sevindiricidir ki, bir zamanalar separatçıların yuvası hesab edilən Xankəndi tezliklə "Tələbələr şəhəri" statusu alacaq. Bu, həm də şəhərin təhsil infrastrukturunun, tələbə yataqxanalarının və bununla bağlı obyektlərin inkişafı deməkdir. Şəhərdə baş verən yeniliklər, abadlıq və quruculuq prosesi Prezident İlham Əliyevin tam nəzarəti altında həyata keçirilir. 2024-cü ildə Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra şəhərə qayıdan şagirdlərə təhvil verilib. Bu gün Xankəndi sülhün, sabitliyin mərkəzi olmaqla xoş arzular və niyyətlərin mərkəzi kimi dünyaya açılan bir pəncərədir. İndi bu torpaqlarda sülh nəğmələri oxunur. Müharibə, ölüm çağrışları futbol, musiqi yarışmaları ilə əvəz edilib. Burada insanlarla bərabər sanki şəhərin daşı, divarı da sevinir. Bir zamanlar Xankəndiyə dünyanın müxtəlif yerlərindən gəlmiş terrorçuları, muzdlu döyüşçüləri indi turistlər, səyyahlar, fəxri qonaqlar əvəz edir. Əsgər kazarmaları əvəzinə, bu gözəl yerləri görməyə gələn qonaqlar üçün hotellər tikilir. Yeri gəlmişkən qeyd edək ki, Xankəndidə "Bulud" hoteli bərpa edilərək istifadəyə verilib, həmçinin "Qarabağ" və "Palace" hotelləri yenidən qurularaq fəaliyyətə başlayıb.

İllərlə dərdlərimizin ünvanı olan Xocalı şəhəri bu gün Zəfərimizin, qururumuzun, sevincimizin ünvanına çevrilib. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarımızda erməni separatizminə son qoyulduqdan sonra Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncamla xocalılılara  azadlığın təntənə gününü - Xocalı Şəhər Gününü hədiyyə etdi. 

Xocalı azad edildikdən sonra çox qısa zamanda şəhər böyük tikinti meydanına, qaynar həyatın ünvanına çevrildi. Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulan şəhərdə qısa müddətdə abadlıq, quruculuq işləri həyata keçirilib. Şəhər gözəlliyi ilə gələn qonaqları heyran edir. Bu gün Xocalının gözəlliyini real həyatdan  çox rəssamın yaratdığı ecazkar tablo ilə müqayisə etmək olar. Sığıncaqlarda dünyaya gəlib valideynlərinin danışdıqları qorxulu nağıllardan Xocalını tanıyan uşaqlar indi öz doğma torpaqlarında, ata yurdlarında məktəbə, bağçaya gedirlər. Şəhər işğaldan azad edildikdən sonra infrastruktur tam bərpa edilib, yeni iş yerləri açılıb. İaşə obyektləri fəaliyyət göstərir. 

Azərbaycan dövləti hər zaman mənəvi dəyərlərə yüksək qiymət verib. İşğaldan azad olunmuş torpaqlarda məscidlərin, tarixi abidələrin, ziyarətgahların və dini ocaqların bərpası qeydlərimizi təsdiq edən ən ideal nümunədir. 2020-ci il Zəfərindən sonra Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri - məscidlərin təmiri, yeni ibadət yerlərinin inşası, qədim məzarlıqların bərpası - dövlətimizin milli-mənəvi irsə verdiyi dəyərin real ifadəsidir. Bu addımlar həm tariximizə, həm də gələcək nəsillərə böyük hörmətin göstəricisidir. Prezident İlham Əliyevin bu il sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak etməsi çoxsaylı nümunələrdən biridir. Xatırladaq ki,  məscidin təməli dövlətimizin başçısı tərəfindən 2021-ci ilin oktyabrında qoyulub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində skinlərin Hadrut qəsəbəsinə və digər  kəndlərə qaydışına start verilib.

Ağdərə rayonunun Talış kəndi yurda qayıdışın ilk ünvanlarındandır. Suqovşan və Həsənriz kəndlərində də sakinlər öz xoşbəxt həyatlarını yaşayırlar. Ömürlərinin ən yaddaqalan günlərini məcburi köçkünlərlə, doğma yurdunu tərk etmiş ailələrlə keçirməyə üstünlük verən dövlətimizin başçısı bu il Novruz Bayaramını Həsənriz kəndində, doğma yurda qayıdan sakinlərlə birgə keçirdi. Sakinlərlə görüş zamanı cənab Prezident demişdir: "Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq".

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bayramdır. İnsanlar illərlə həsrətlərini çəkdikləri doğma yurda qaydışın bayram sevincini yaşayırlar. Şəhərlər də insanlar kimidir, öz talelərini yaşayırlar. Bəxtlisi də olur, bəxtsizi də... Nə xoş ki, Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan, qurucu Prezident İlham Əliyev illərdir qara günlərini qeyd etdiyimiz şəhərlərimizi də sevindirdi. İndi minillik tarixi yurdlarımız  da qürurla öz bayramlarını qeyd edirlər.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb

22:47
01 İyul

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib  

22:46
01 İyul

Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb

21:55
01 İyul

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edilib 

21:45
01 İyul

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

20:07
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

19:52
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

Almaniya “Volkswagen”in zavodları bağlamaq planının qarşısını almaq istəyir

19:43
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!