02 Aprel 2024 18:49
2241
PARLAMENT
A- A+
Milli Məclisin sədri Sankt-Peterburq qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sankt-Peterburq qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya əsaslandığı, əlaqələrimizin bir çox sahələri əhatə etdiyi qeyd olunub. Bu səfərin də ölkələrimiz arasında əlaqələrin bir göstəricisi olduğu bildirilib. Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu xüsusi vurğulanıb.

Milli Məclisin sədri xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafında parlamentlərin mühüm rolu vurğulanıb. Qeyd olunub ki, Milli Məclis həm Federasiya Şurası, həm də Dövlət Duması ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, tərəflər arasında müsbət dialoq bu əlaqələrin daha da inkişafına töhfə verir. Dostluq qruplarının qarşılıqlı fəaliyyətinin münasibətlərimizin dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

S.Qafarova Milli Məclislə Rusiya Federal Məclisinin Dövlət Duması arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun bu əlaqələrin daha da inkişafına imkanlar yaratdığını vurğulayıb.

Milli Məclisin Sankt-Peterburq Qanunvericilik Məclisi ilə əlaqələrinin olduğu, bu qurumun üzvlərinin ölkəmizə səfər etdiyi də xatırlanıb.

Qubernator Aleksandr Beqlov Azərbaycan ilə Sankt-Peterburq şəhəri arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə ölkəmizə səfər etdiyini xatırladıb.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi xoş xatirələrlə yad edən qubernator deyib ki, bu müdrik şəxsiyyətin əsasını qoyduğu siyasi kursu bu gün Prezident İlham Əliyev böyük uğurla davam etdirir. O, ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğunu xatırladaraq, Sankt-Peterburq şəhərində də geniş tədbirlərin keçirildiyini bildirib.

Qonaq söhbət zamanı, həmçinin paytaxt Bakı şəhəri haqqında da xoş xatirələrini bölüşüb və şəhərimizin inkişafının qonaqlarda dərin təəssüratlar yaratdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!