Milli Məclisin sədri İordaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sədr qonağı salamlayaraq, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi ölkəmizin İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasındakı səmimi dostluq münasibətləri, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi, aparılan danışıqlar və tərəflər arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Siyasi müstəvidəki müsbət dialoq digər sahələrdə də, intensiv əlaqələrin qurulmasına şərait yaradır. Heç də təsadüfi deyil ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi sahədə əlaqələrimizi daha da dərinləşdirmək üçün geniş imkanlar var.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq platformalarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu, bölgə həqiqətlərinin, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.
Sədr qonağa diplomatik fəaliyyətində uğurlar arzulayaraq, onun səfir kimi iki ölkə arasında əməkdaşlığın inkişafına layiqli töhfələr verəcəyinə inamını ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Göşeh deyib: “Azərbaycanı sevməmək mümkün deyil”. Qeyd edilib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Səfir deyib ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında ətraflı məlumat verərək, nümayəndə heyətlərinin səfərlərinin və deputatların mütəmadi təmaslarının əhəmiyyətindən danışıb. Bildirilib ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir.
Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!