28 Avqust 2026 18:01
160
SİYASƏT
A- A+
Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Pnompen şəhərində keçirilən “Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli” mövzusuna həsr olunan İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova müraciətində 2025-ci ildə yaradılan gənc parlament təşkilatı olan Parlamentlərarası Spikerlər Konfransının parlament liderləri üçün açıq və səmərəli platforma kimi inkişafını davam etdirəcəyinə inamını ifadə edib. O, bu təşkilatın parlament diplomatiyasının inkişafına və konfransın mərkəzində duran məqsədlərə – sülh, beynəlxalq hüquqa hörmət, münaqişələrin sülh yolu ilə həlli və ümumi rifaha effektiv töhfə verə biləcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatına təhlükə yaradır, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir. Heç bir ölkə təkbaşına davamlı sülhü təmin edə bilməz və heç bir cəmiyyət təcrid şəraitində çiçəklənə bilməz.

Sülhün beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ardıcıl olaraq hörmət edilməli, mübahisələr dialoq, danışıqlar və digər sülh vasitələri ilə həll olunmalıdır.

Videomüraciətində parlamentlərin bu prosesdə praktiki məsuliyyətinə toxunan Sahibə Qafarova parlament diplomatiyasının bu gərginliyi azalda, inamı gücləndirə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verə biləcəyinə inamını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

18:16
28 Avqust

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

18:01
28 Avqust

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

17:53
28 Avqust

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

17:48
28 Avqust

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

17:41
28 Avqust

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib  

17:37
28 Avqust

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb  

17:15
28 Avqust

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

17:11
28 Avqust

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı

17:09
28 Avqust

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb  

17:08
28 Avqust

Norveçdə taxt dəyişdi - bir dövr sona çatdı, yenisi başladı  

17:05
28 Avqust

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

17:04
28 Avqust

Ölkəmizin turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub  

16:20
28 Avqust

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib  

16:17
28 Avqust

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb  

16:13
28 Avqust

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib  

15:45
28 Avqust

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

15:36
28 Avqust

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

15:34
28 Avqust

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

15:26
28 Avqust

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

15:24
28 Avqust

Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

14:52
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!