28 Avqust 2026 14:52
115
CƏMİYYƏT
A- A+
Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

İllərlə doğma torpağın həsrətini çəkən 86 nəfətdən ibarət 15 ailə  bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli kəndinə qayıdıb. Ailələrə evlərinin açarları təqdim olunub və onlar doğma yurdda yeni həyatlarına qədəm qoyublar.

Səhər yola çıxan ailələr günün sonunda doğma yurdun qapısından içəri keçib. Onları burada yenidən qurulan evlər, abad küçələr və illərin həsrətindən sonra qovuşulan yurd havası qarşılayıb. Açarların təqdim olunması ilə ailələr üçün təkcə yeni evin deyil, yeni həyatın qapısı açılıb. Şükürbəylidə qayıdan ailələrin rahat və təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılıb. Kənddə məktəb, iki uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və digər sosial obyektlər inşa edilib. Elektrik, qaz, içməli su, rabitə və internet şəbəkələri qurulub, yollar yenilənib. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib.

Bir vaxtlar sükuta bürünmüş bu torpaqlarda indi uşaqların səsi, evlərin işığı və həyatın nəfəsi duyulur. Şükürbəyli bu gün yalnız sakinlərini qəbul etmir, illərin ayrılığından sonra öz övladlarına qucaq açır. Doğma yurda qayıdan sakinlər bu günün onlar üçün sadəcə köç deyil, tarixi bir qovuşma olduğunu deyirlər. İndi kənddə başlanan həyat, əslində, illər əvvəl yarımçıq qalmış bir arzunun davamıdır.  Hər açılan qapı bir həsrətin sonu, hər yanan işıq isə Zəfərdən sonra başlayan yeni həyatın rəmzidir.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

15:36
28 Avqust

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

15:34
28 Avqust

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

15:26
28 Avqust

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

15:24
28 Avqust

Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

14:52
28 Avqust

Böyük Britaniyada yeniyetməyə orqanizmdə tədricən həll olan ürək implantı yerləşdirilib

14:23
28 Avqust

Baş Prokurorluq: Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

14:20
28 Avqust

Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

14:18
28 Avqust

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

14:15
28 Avqust

Alimlər autizmin müalicəsində yeniliyə imza atıblar   

14:14
28 Avqust

AQTA-nın və DMA-nın nümayəndələri peşə hazırlığı layihəsini nəzərdən keçiriblər

14:13
28 Avqust

CENTCOM: ABŞ Hörmüz boğazını minalardan təmizləyib  

14:01
28 Avqust

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir  

14:00
28 Avqust

Qlobal şirkətlərdən kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı  

13:50
28 Avqust

Torpağın altındakı sərvətlər hərəkətə gəlir

13:25
28 Avqust

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

13:20
28 Avqust

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:16
28 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq  

13:15
28 Avqust

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

13:15
28 Avqust

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

13:10
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü  

13:08
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!