28 Avqust 2026 15:24
177
CƏMİYYƏT
A- A+
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Zimbra Collaboration Suite” (ZCS) istifadə edən təşkilatların elektron poçt sistemlərinə qarşı müşahidə olunan hədəfli kibertəhdidlərlə bağlı xəbərdarlıq edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq kibertəhlükəsizlik qurumlarının məlumatlarına əsasən, 2025-ci ilin iyul ayından “Zimbra” istifadə edən bir sıra təşkilatlara qarşı fişinq kampaniyaları həyata keçirilib. Hücumlarda “Zimbra Collaboration Suite”in müəyyən versiyalarında mövcud olmuş “CVE-2025-66376” zəifliyindən istifadə edildiyi bildirilir.

Zəiflikdən istifadə zamanı istifadəçiyə legitim elektron məktub təsiri bağışlayan zərərli mesaj göndərilir. Zəifliyə məruz qalan “Zimbra” sistemlərində belə məktubun istifadəçi tərəfindən görüntülənməsi zərərli kodun icrasına imkan verə bilər. Nəticədə elektron poçt yazışmalarının və digər həssas məlumatların ələ keçirilməsi, istifadəçi hesablarına icazəsiz giriş əldə edilməsi və həmin hesabların sonrakı hücumlarda istifadəsi riski yaranır.

Bununla əlaqədar, MKA “Zimbra Collaboration Suite” istifadə edən təşkilatları öz informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini nəzərdən keçirməyə və aşağıdakı zəruri tədbirləri vaxtında həyata keçirməyə çağırır:

- istifadə etdikləri “Zimbra” versiyasını müəyyənləşdirmək və son təhlükəsizlik yeniləmələrinin tətbiq edildiyini yoxlamaq;

- “CVE-2025-66376” zəifliyinin aradan qaldırıldığı təhlükəsizlik yeniləmələrinin tətbiqini təmin etmək;

- elektron poçt serverlərində şübhəli girişləri və qeyri-adi istifadəçi fəaliyyətini mütəmadi izləmək;

- istifadəçi hesablarında gözlənilməyən parol, sessiya və poçt qutusu konfiqurasiya dəyişikliklərini yoxlamaq;

- şübhəli fəaliyyət aşkar edildikdə müvafiq hesabların giriş imkanlarını məhdudlaşdırmaq, aktiv sessiyaları ləğv etmək və insidenti araşdırmaq;

- elektron poçt sistemlərinin ehtiyat nüsxələnməsini və insident zamanı bərpa imkanlarını təmin etmək;

- əməkdaşların fişinq və sosial mühəndislik üsulları ilə bağlı məlumatlılığını artırmaq.

Bütün bunlarla yanaşı, Milli Kibertəhlükəsizlik Agentliyi təşkilatları elektron poçt sistemlərinin təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etməyə, sistemlərin təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamağa və şübhəli fəaliyyətləri erkən aşkarlamaq üçün monitorinqi gücləndirməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib  

15:45
28 Avqust

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

15:36
28 Avqust

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

15:34
28 Avqust

ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb

15:26
28 Avqust

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə xəbərdarlıq edib

15:24
28 Avqust

Şükürbəylidə həsrət bitdi: 86 nəfər doğma yurda qovuşdu

14:52
28 Avqust

Böyük Britaniyada yeniyetməyə orqanizmdə tədricən həll olan ürək implantı yerləşdirilib

14:23
28 Avqust

Baş Prokurorluq: Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

14:20
28 Avqust

Azərbaycan idmançıları Avropa çempionatında mübarizə aparacaqlar

14:18
28 Avqust

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

14:15
28 Avqust

Alimlər autizmin müalicəsində yeniliyə imza atıblar   

14:14
28 Avqust

AQTA-nın və DMA-nın nümayəndələri peşə hazırlığı layihəsini nəzərdən keçiriblər

14:13
28 Avqust

CENTCOM: ABŞ Hörmüz boğazını minalardan təmizləyib  

14:01
28 Avqust

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir  

14:00
28 Avqust

Qlobal şirkətlərdən kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı  

13:50
28 Avqust

Torpağın altındakı sərvətlər hərəkətə gəlir

13:25
28 Avqust

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

13:20
28 Avqust

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:16
28 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq  

13:15
28 Avqust

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

13:15
28 Avqust

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

13:10
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!