21 Noyabr 2023 13:16
1184
PARLAMENT
A- A+

Milli Məclisin sədri: Azərbaycan qadınların idarəçilikdə rolunda uğurlu nəticələr sərgiləyib

 

Dünya ciddi münaqişə və böhranlarla üzləşir və bunlar qadınların həyatına ciddi təsir edir. Gender bərabərliyi, qadınların bərabər imkanlara çıxışı daha yaxşı dünya üçün vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Qadınlar: Parlaq gələcəyə aparan yol” mövzusunda panel müzakirədə deyib.

Qadınların səlahiyyətlərinin artırılmasının vacibliyinə toxunan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan qadınların cəmiyyətdə və idarəçilikdə rolunda uğurlu nəticələr sərgiləyib.

Azərbaycan ötən əsrdə qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.

Parlamentin sədri qeyd edib ki, qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə siyasətin formalaşması bizim milli prioritetlərimizdən biridir. Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəaldırlar.
Qadınların cəmiyyətdə rolu daha da güclənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video