30 Noyabr 2023 23:32
648
PARLAMENT
A- A+
Milli Məclisin sədri: Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq dəstək alır

Milli Məclisin sədri: Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq dəstək alır

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Milli Məclis sədrinin səfəri ilə bağlı qəbul təşkil olunub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Almaniya Bundestaqının üzvləri, xarici ölkələrin səfirləri, Almaniya XİN-in və digər dövlət qurumlarının yüksəkvəzifəli təmsilçiləri, o cümlədən elm, mədəniyyət xadimləri, müxtəlif şirkətlərin nümayəndələri, iş adamları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış edərək, parlament nümayəndə heyətini və qonaqları salamlayaraq, iki ölkə arasındakı münasibətlər, bu səfərin əhəmiyyəti barədə fikirlərini bildirib.

Tədbir iştirakçılarını salamlayan parlamentin spikeri, bu ölkəyə rəsmi səfərini dövlətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi adlandırıb. O, keçən il Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, ötən dövrdə müxtəlif sahələrdə fəal və səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.

Tədbirdə ölkələrimiz arasında davamlı siyasi dialoqun mövcud olduğu, yalnız bu il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya iki səfərinin baş tutduğu, bu səfərlər çərçivəsində Prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla görüşlərinin əməkdaşlıq əlaqələrinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb. İki ölkə arasında uzun illər ərzində müxtəlif sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlığa toxunan Sahibə Qafarova bildirib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Alman şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir, müxtəlif layihələrin icrasında iştirak edirlər. Vurğulanıb ki, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin şaxələndirilməsi və genişləndirilməsi üçün daha geniş imkanlar mövcuddur.

Çıxışda təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı anlaşmanın təşviqində mühüm rolu qeyd olunub. XIX əsrin əvvəllərində Azərbaycanda məskunlaşmış alman mühacirlərinin tarixi-mədəni irsinin dövlət səviyyəsində qorunduğunu deyən parlamentin spikeri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi həm Azərbaycanda, həm də Almaniyada çoxsaylı tədbirlərin keçirilməsi ilə qeyd olunub.

Sahibə Qafarova qeyd edib ki, bugünkü Azərbaycan xalqımızın qədim dövlətçilik ənənələrinin uğurlu varisidir. Azərbaycan xalqı bu ənənələrə əsaslanaraq 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratik respublika qurub. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə mühüm tədbirlər həyata keçirərək, vətəndaşlara irqi, etnik, dini ayrı-seçkilik olmadan bərabər hüquqlar verib, müsəlman Şərqində ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verib.

Spiker bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin daxili və xarici təhlükələrdən qorunmasında, müasir dövlətçiliyimizin inkişafında müstəsna rolunu xüsusi vurğulayıb.

Milli Məclisin sədri Azərbaycanın bu gün ən müxtəlif sahələrdə qazandığı nailiyyətlər barədə də tədbir iştirakçılarına məlumat verib. Çıxışda ölkəmizin son 20 ildə mühüm iqtisadi tərəqqiyə nail olduğu qeyd edilib, ÜDM-in dörd dəfə, büdcə gəlirlərinin 30 dəfə, xarici ticarət dövriyyəsinin 10 dəfədən çox artması diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 5,5 faizə düşüb. Ötən 20 il ərzində Azərbaycana 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub ki, bunun da 200 milyarda yaxın hissəsi iqtisadiyyatın qeyri-neft sektoruna yatırılıb.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.

İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.

Milli Məclisin sədri təəssüflə xatırladıb ki, işğal illərində Ermənistanın bu ərazilərdə 1 milyondan çox mina basdırması yenidənqurma işlərini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını ləngidir. 2020-ci ildə müharibə başa çatdıqdan sonra 340-dan çox azərbaycanlı mina partlayışlarının qurbanı olub. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, minatəmizləmə fəaliyyətlərində ən az beynəlxalq dəstək alır. Sahibə Qafarova Almaniya hökumətinin Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləmək qərarını yüksək qiymətləndirib.

Çıxışının yekununda Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır - hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!