Milli Məclisdə Azərbaycan-ABŞ əlaqələri müzakirə olunmuşdur
Noyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Valeh Ələsgərov ABŞ-ın Arizona ştatının Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə V.Ələsgərov qonaqlara Azərbaycan haqqında ətraflı məlumat vermiş, ölkəmizin qısa müddətdə inkişaf edərək regionda aparıcı dövlətə çevrildiyini bildirmişdir. V.Ələsgərov demişdir ki, bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda böyük layihələr həyata keçirilir.
Azərbaycanın terrorizmə qarşı mübarizədə hər zaman fəallıq göstərdiyini deyən Milli Məclis Sədrinin müavini sülhməramlılarımızın Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etdiklərini vurğulamışdır.
Azərbaycan - ABŞ münasibətlərindən danışan V.Ələsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Azərbaycanda neft sektorunda və digər sahələrdə çoxlu Amerika şirkətləri və iş adamları fəaliyyət göstərirlər.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Milli Məclisin Sədr müavini bildirmişdir ki, bu problemin həll olunmaması bütünlükdə regionun inkişafı üçün ciddi maneələr yaradır.
Nümayəndə heyətinin üzvü, Senatda respublikaçı çoxluğun rəhbəri Con Makkomiş Azərbaycanın terrorizmlə mübarizədə hər zaman fəallıq göstərməsinin yüksək qiymətləndirildiyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!