22 Sentyabr 2023 15:25
1267
PARLAMENT
A- A+
Parlamentdə görüşlər keçirilib

Parlamentdə görüşlər keçirilib

 

Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Milli Məclisin inzibati binasında keçirilən iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın və Türkiyənin APA-dakı nümayəndə heyətləri arasındakı görüşdə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, dövlət başçılarımızın dostluğu sayəsində bu gün strateji tərəfdaşlığımız və müttəfiqliyimiz ən yüksək səviyyəyə çatıb. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. 
O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərindən, insanların sevinclə öz doğma yurdlarına qayıtmasından söz açıb. Qənirə Paşayeva APA çərçivəsində və digər beynəlxalq qurumlarda deputatlarımızın birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb, APA-nın komitə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub. 
***
Milli Məclisin Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Tailandın APA-dakı nümayəndə heyəti ilə görüşü də keçirilib.
Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev ölkəmizdə keçirilən APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edən Tailand nümayəndə heyətinin üzvlərini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyindən söz açaraq, bu istiqamətdə dostluq qruplarının rolunu xüsusi qeyd edib. O, ölkələrimizin iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığının potensial imkanlarından bəhs edib.
Tailand nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakul dövlətlərimizin ikitərəfli münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, eyni zamanda parlamentlərarası əlaqələrin gücləndirilməsinin böyük önəm daşıdığını bildirib.
***
Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak edən İndoneziya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycan Respublikasının 2024-2025-ci illər üçün APA sədrliyinə namizədliyi, APA çərçivəsində Asiya qitəsində və dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər məsələlər müzakirə olunub.
***
Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani,  Kamboca nümayəndə heyətinin rəhbəri Sokun Ti və Tayland nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakulun başçılıq etdikləri nümayəndə heyətləri  ilə ikitərəfli görüşlər olub.   
Görüşlərdə Qənirə Paşayeva APA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən, beynəlxalq təşkilatlarda əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi potensialından, parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışıb.
Söhbətlərdə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilmiş iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub, APA çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu "Qadınlar üzrə Komissiya haqqında" qərar layihəsinin qəbul olunmasından məmnunluq bildirilib. 
İkitərəfli görüşlər zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 
***
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sentyabrın 22-də APA-nın Bakıda keçirilən daimi komitə iclasında iştirak edən İran parlamentinin üzvü Zahedi Mohəmməd Mehdinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər görüşdə Azərbaycanla İran arasında ortaq tarixi, dini, mədəni dəyərlərdən bəhs ediblər, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərindən danışıblar, iki ölkə arasında müxtəlif sahələrdə, əsasən də elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Asiya qitəsindəki problemlərin aradan qaldırılmasında APA çərçivəsindəki birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb, Azərbaycanla İran arasında parlamentlərarası və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb.

"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

Tarixi keçmişimizin əzəmətini daş yaddaşında yaşadan Əsgəran qalası

09:30
22 İyun

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olmuş bir nəslin üç nümayəndəsi

09:25
22 İyun

Qələbənin sərhədsiz gücü 

09:20
22 İyun

Olimpiya hərəkatında Azərbaycan nümunəsi

09:15
22 İyun

Göygöl rayonunda yeni turizm obyekti açılıb

09:10
22 İyun

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

09:07
22 İyun

Qazaxda arpa biçini davam edir

09:05
22 İyun

Bu il Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında ümumilikdə 72 min hektardan çox sahədə taxıl əkilib

09:02
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!