01 İyul 2026 11:08
178
Təhsil
A- A+
Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Məktubu Akademiyanın iqtisadi və sosial məsələlər üzrə prorektoru, dosent Gülnarə Əhmədova səsləndirib.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycanda mülki aviasiya sahəsinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən, nəqliyyat infrastrukturunun modernləşdirilməsindən, aviasiya təhsilinin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasından danışıb.

Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev çıxış edərək müasir aviasiya sənayesində peşəkar kadr hazırlığının əhəmiyyətini vurğulayıb, Milli Aviasiya Akademiyasının ölkənin aviasiya sisteminə yüksəkixtisaslı mütəxəssislər qazandırdığını bildirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov və Milli Məclisin deputatı Cavanşir Feyziyev də çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasim çərçivəsində Akademiyanın ictimai və elmi həyatında fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. Təqdimat mərasimini Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov həyata keçirib.

Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Milli rəqs nümunələri, musiqi nömrələri, tələbələrin səhnə çıxışları və tanınmış incəsənət nümayəndələrinin ifaları mərasimə xüsusi rəng qatıb.

Tədbirin ən yaddaqalan anlarından biri isə məzunların ənənəvi olaraq papaqlarını havaya atması olub.

Qeyd edək ki, Milli Aviasiya Akademiyası uzun illərdir Azərbaycanın mülki aviasiyası, aerokosmik sənayesi, informasiya texnologiyaları və digər mühüm sahələr üçün yüksəkixtisaslı kadrlar hazırlayaraq ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısına ev sahibliyi edir - YENİLƏNİB  

11:43
01 İyul

Məhkəmə-Hüquq Şurası məhkəmə fəaliyyətinə dair layihələri təsdiq edib

11:29
01 İyul

Ötən gün 57 cinayətin açılması təmin olunub

11:26
01 İyul

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Luiza Arbura  

11:25
01 İyul

Somali Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Şeyx Mahmuda

11:24
01 İyul

Dünya çempionatında 1/8 finalın daha üç iştirakçısı müəyyənləşir

11:13
01 İyul

Azərbaycan nefti 75 dollara satılır 

11:11
01 İyul

Milli Aviasiya Akademiyasında “Məzun günü”nə həsr olunmuş təntənəli mərasim olub

11:08
01 İyul

Dünya bazarında qızıl 51 dollar ucuzlaşıb

10:47
01 İyul

Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub  

10:19
01 İyul

Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub

09:56
01 İyul

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

09:46
01 İyul

Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib

09:41
01 İyul

Dünya çempionatı: Meksika millisi 1/8 finala vəsiqə qazanıb

09:26
01 İyul

“Bloomberg”: ABŞ İranla bağlı danışıqlarda əldə olunan nəticələri müsbət qiymətləndirir  

09:13
01 İyul

DÇ-2026: Fransa millisi inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb

09:07
01 İyul

Azərbaycan Milli Xalça Muzeyində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi açılıb

09:02
01 İyul

O taylı-bu taylı Azərbaycanın şairi

09:00
01 İyul

Atası onu həkim, anası isə hüquqşünas görmək istəyirdi

08:55
01 İyul

Samux taxılçıları daha çox məhsuldarlığa fikir verirlər

08:50
01 İyul

Ağstafada meyvə istehsalı ilə məşğul olan şirkətin sorağı uzaq ölkələrdən gəlir

08:45
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!