28 Noyabr 2021 00:35
780
CƏMİYYƏT
A- A+
Mərhəmətin növbəti təzahürü

Mərhəmətin növbəti təzahürü


Müstəqilliyini elan etdiyi qısa zaman ərzində əsrə bərabər inkişaf yolu keçən Azərbaycan Respublikası beynəlxalq birliyin tamhüquqlu subyekti kimi daim səylərini dövlətçiliyini şərtləndirən amillərin möhkəmləndirilməsinə yönəltmiş, suverenliyinə xələl gətirə biləcək hər hansı təhdidə qarşı sistemli mübarizə aparmış və bütün bu səylərin məntiqi nəticəsi tam olaraq ötən ildə öz bəhrəsini verməklə, 2020-ci il milli-tarixi yaddaşımıza xalqla dövlətin sarsılmaz birliyi timsalında şanlı qələbə ili kimi əbədi həkk edilmişdir.


Qalibiyyət şərəfini daşıyan bir ölkə kimi Azərbaycan üçün hazırda əsas məqsəd qazanılan tərəqqinin davamlı xarakter alması, islahat və nailiyyətlər hesabına əldə edilən uğurların miqyasının daha da genişləndirilməsidir. Ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə də sürətli yüksəliş qeydə alınır. Bu nailiyyətlərin davamlı olması üçün müxtəlif strateji amillərlə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir. 
Ölkə həyatının digər sahələrində olduğu kimi, cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dəstəklənərək, 2021-ci il 5 noyabr tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edilmişdir. 
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmiş, məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən ümumilikdə 67 əfv fərmanı və sərəncamı qəbul edilmiş, bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır. Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bunlardan sonuncuları fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın deputat fəaliyyəti dövründə təqdim edilmiş, nəticədə sözügedən dövr ərzində bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunmuşdur. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə və yaxud əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. 
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul olunmuş 5 noyabr 2021-ci il tarixli amnistiya qərarı ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Xüsusilə vurğulanmalıdır ki, bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sırasında öz əhatə dairəsinə görə ən genişidir. Həmin qərarın nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud cəza çəkməkdə olan məhkumlar barəsində, həmçinin təhqiqat, ibtidai istintaq orqanlarının icraatlarındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunması nəzərdə tutulmuşdur. 
Bundan fərqli olaraq əvvəlki bir sıra amnistiya aktlarının həmin aktlar qüvvəyə minənədək cinayət törətmiş şəxslər barəsində deyil, yalnız qanuni qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilməsi, təhqiqat və ibtidai istintaq orqanlarının isə amnistiyanı tətbiq edən orqanlar sırasında nəzərdə tutulmaması bu sahədə Cinayət-Prosessual Məcəllənin 39, 40 və 41-ci maddələrinin qüvvəsini məhdudlaşdırır, bəzi hallarda eyni dövrdə (məsələn, amnistiya aktı qüvvəyə minənədək) cinayət hadisəsi törətmiş şəxslərdən bir qrupunun amnistiya aktından yararlana bildiyi halda, digər qrupun bu imkandan məhrum olması ilə nəticələnə bilirdi. Belə ki, Cinayət-Prosessual Məcəllənin 39-cu maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olması cinayət təqibini istisna edən hal olduğu üçün o, cinayət məsuliyyətindən azad olunmalıdır. 
Cinayət işləri üzrə məhkəmə icraatının sadələşdirilməsi istiqamətində zəruri işlər aparıldığı hazırkı dövrdə 2021-ci il 5 noyabr tarixli amnistiya aktında onun tətbiqi dairəsinin Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq genişləndirilməsi eyni zaman kəsiyində cinayət törətmiş şəxslərə dövlətin qəbul etdiyi amnistiya kimi humanist tədbirdən bərabər surətdə yararlanmaq imkanı verməklə insanların qanun və məhkəmə qarşısında bərabərlik hüququnun təmin edilməsinə xidmət etmişdir. Bu mənada amnistiya aktının yalnız haqqında qanuni qüvvəyə minmiş hökmlər olan şəxslər barəsində deyil, amnistiya aktı qüvvəyə minən vaxta qədər cinayət hadisəsi törətmiş şəxslər barəsində tətbiq edilməsi amnistiyanın mahiyyəti və tətbiqi ilə bağlı cinayət-hüquq nəzəriyyəsinin müddəalarına uyğun olaraq, həm şübhəli və təqsirləndirilən şəxslərə, həm də məhkumlara dövlətin həyata keçirdiyi humanist tədbirdən bərabər surətdə yararlanmaq imkanı vermiş, cinayət mühakimə icraatının bütün mərhələlərində şəxs haqqında amnistiya tətbiq edilməsinin mümkünlüyü ədalət və bərabərlik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Təhqiqat və ibtidai istintaq orqanlarının amnistiya aktlarını tətbiq edən orqanlar sırasında nəzərdə tutulması bu sahədə cinayət-prosessual qanun normalarına dəqiq əməl edilməsinə, nəticədə həmin orqanların iş yükünün azaldılmasına, dövlət vəsaitinə qənaət edilməsinə də xidmət edir. 
Qərara əsasən təhqiqat və ya ibtidai istintaq orqanları amnistiya tətbiq edərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Cinayət-Prosessual Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq barəsində amnistiya tətbiq olunacaq şəxslərin razılığını almalı, habelə amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.
Cinayət mühakimə icraatında prokuror nəzarəti müasir beynəlxalq hüquqla müəyyən edilmiş mənada hüquqi dövlət prinsipi əsasında dövlət quruculuğuna malik əksər dövlətlərdə prokurorluğun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti qanunla nəzərdə tutulan maddi və prosessual hüquq normalarına, onların rəsmi şərhinə, formalaşmış məhkəmə təcrübəsinə riayət edilməsinin davamlılığını təmin edərək, cinayət təqibini həyata keçirən orqanların fəaliyyətində və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqları ilə bağlı beynəlxalq və konstitusion prinsiplərin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınaraq tətbiqinə və ictimai münasibətlərin nizama salınmasında hüquq normalarının tənzimləyici rolunun artırılmasına xidmət etməklə, insan hüquq və azadlıqlarının səmərəli hüquqi müdafiə mexanizmi kimi çıxış edir.
Hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların davamı və ölkə həyatının digər sahələrində olduğu kimi, cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarı və həmin qərardan irəli gələn, o cümlədən prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında, dürüst və səmərəli yerinə yetirilməsi, bu sahədə işin daha da təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmaqla sosial adaptasiyasına, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına, cəza siyasətinin humanistləşdirilməsinə, bununla da insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə 
olacaqdır.

Aynur OSMANOVA,
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi, baş ədliyyə müşaviri
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!