25 İyun 2026 08:15
193
CƏMİYYƏT
A- A+
Məram bəlli, məqsəd aydın

Məram bəlli, məqsəd aydın


Eyni məqsədə xidmət edən adamların bir araya gəlməsi dövlət proqramının icrası üçün xüsusi əhəmiyyətə malikdir


Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar bölgələrdə müşavirələr keçirilir. Xəbər verdiyimiz kimi, Qax rayonunda da Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından olan fermer və sahibkarların iştirakı ilə belə tədbir keçirilib.

Müşavirəni Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov açaraq dövlət proqramının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə aqrar sahənin inkişafı istiqamətində qarşıda duran əsas prioritetlər və dövlət proqramında nəzərdə tutulan hədəflər barədə müşavirə iştirakçılarına məlumat verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışında dövlət proqramının kənd təsərrüfatının inkişafında çox mühüm bir mərhələ olacağından və bu istiqamətdə qarşıda duran vəzifələrdən  bəhs edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov isə çıxışında kənd təsərrüfatının dinamik inkişafının regionların sosial-iqtisadi yüksəlişinə əlavə təkan verəcəyini bildirib. 

Müşavirədə çıxış edən fermerlər və sahibkarlardan Oğuz rayonundakı "Eden Agro" MMC-nin rəhbəri İbrahim Mehdiyev, Şəkidəki "Aqroinkişaf 2017" MMC-nin nümayəndəsi Nicat Əliyev, Zaqataladakı "Aqrarco" MMC-nin rəhbəri Vüqar Muhumayev, Balakəndəki "Balakən Toxum" MMC-nin rəhbəri Serhan Keltere, Qax rayonundakı "Tam Aqro" MMC-nin rəhbəri Tamerlan Musayev və "Ulu Aqro" MMC-nin rəhbəri Vüqar Xəlilov gələcəkdə həyata keçirəcəkləri layihələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər, dövlət proqramının əhəmiyyətini qeyd ediblər.

Müşavirə başa çatdıqdan sonra kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev  mətbuata müsahibəsində bildirib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" kənd təsərrüfatının inkişafı üçün əlverişli zəmin yaradan əsas sənəddir: "Bu sənəd Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanmışdır. Sənəd özündə sektorun əsas hədəflərini və bu hədəflərə xidmət edəcək tədbirlərin müvafiq dövlət dəstək mexanizmlərini əhatə edir. Sənədin səciyyəvi xüsusiyyəti həm istehsal, həm emal, həm də dəyər zəncirinin digər halqaları üzrə əsas istiqamətlərə yönləmiş tədbirləri və dəstək mexanizmini özündə əks etdirməsindədir. Burada hədəf istehsal artımına nail olmaqdır. İstehsal artımına nail olmaq üçün isə daha çox intensivləşmə usullarından istifadə etmək lazımdır".      

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov da mətbuata açıqlamasında görüləcək işlərdən söz açdı. Dedi ki, əsas hədəf, əsas məqsəd kənd təsərrüfatını dayanıqlı və davamlı model üzərində qurmaqdır: "Belə müşavirələrin keçirilməsi çox önəmlidir. Çünki eyni məqsədə xidmət edən adamlar bir yerə toplaşırlar, başqa sözlə, həm dövlət qurumlarının nümayəndələri, həm fermerlər, həm də sahibkarlar bir araya gəlirlər. Bu da bizə ünsiyyət yaratmaq, dialoq qurmaq, həlli vacib olan hansısa bir məsələni müzakirə etmək üçün əlverişli imkan yaradır. Dövlət proqramının uğurla həyata keçirilməsində belə müşavirələrin çox böyük əhəmiyyəti var".    


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

Məram bəlli, məqsəd aydın

08:15
25 İyun

Ənənədən innovasiyaya

08:10
25 İyun

Pambıqçılıq: dirçəlişdən inkişafa

08:05
25 İyun

“Milli yaddaş"ın yaddaşındakılar

08:00
25 İyun

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!