25 İyun 2026 08:40
195
SİYASƏT
A- A+
Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi


"Parlament diplomatiyası milli maraqların dünyaya çatdırılmasında ən etibarlı vasitələrdən biridir"


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyasət strategiyasının tərkib hissəsi kimi parlament diplomatiyası artıq, sadəcə, təmsilçilik funksiyası daşımır, o, milli maraqların qlobal müstəvidə müdafiəsi üçün çevik və effektiv bir alətə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və müstəqil dövlətçilik xətti, siyasi sabitlik və Ulu Öndərin milli parlamentarizm fəlsəfəsi ölkəmizin parlament diplomatiyası üçün yeni, fundamental keyfiyyət mərhələsini müəyyən etmişdir. Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın son üç onillikdə əldə etdiyi tarixi nailiyyətlərin, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin əsasında dayanan ən mühüm amil məhz Ulu Öndər Heydər Əliyev siyasi kursu əsasında Prezident İlham Əliyevin yaratdığı sarsılmaz siyasi sabitlikdir: "Prezident 

İlham Əliyevin dövlət idarəçiliyinə dərin strateji yanaşması parlamentarizm ənənələrinin möhkəmlənməsinə, qanunverici orqanın dövlətçilik maraqlarının təminatçısı qismində çıxış etməsinə yeni təkan verib. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın özlərinin zəngin parlament təcrübəsi - həm Milli Məclis, həm də beynəlxalq parlament qurumları çərçivəsindəki fəaliyyətləri  bu gün Azərbaycan diplomatiyasının "parlament" qanadı üçün müsbət impulsdur. Bu təcrübə institusional yaddaşın və dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayıb".

Deputat qeyd edib ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi dövründə Prezident İlham Əliyevin parlamentarizm vizyonu rəhbər tutulmaqla parlament diplomatiyası institusional və hüquqi baxımdan daha çevik xarakter alıb: "Bu dövr ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda öz mövqeyini qətiyyətlə müdafiə etməsi ilə səciyyələnir. Parlament rəhbərliyi dövlət başçısının direktivləri əsasında islam dünyasının həmrəyliyi, dini tolerantlıq və mədəniyyətlərarası dialoq prinsiplərinə sadiqliyi beynəlxalq platformaların gündəliyinə Azərbaycanın milli maraqlarını uğurla inteqrasiya edib. Bu, sadəcə, ritorik bir dəstək deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə söykənən diplomatik fəaliyyətdir".

B.Məhərrəmov bildirib ki, Bakının İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 20-ci sessiyasına evsahibliyi etməsi təsadüfi deyil və bu, Azərbaycanın islam dünyasındakı artan nüfuzunun növbəti təsdiqidir: "40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox spikerin və nüfuzlu beynəlxalq təşkilatların bir araya gəldiyi bu tədbir bir neçə mühüm strateji hədəfə xidmət edir. Heç şübhəsiz ki, Bakının islam dünyasının parlamentarizm mərkəzi kimi çıxış etməsi ilk növbədə qlobal həmrəyliyin institusionallaşması yolunda mühüm mərhələdir. Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən bu sessiya "Parlament əməkdaşlığı vasitəsilə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" kimi qlobal gündəliyi müəyyən edir. Bu, islam dünyasının qarşılaşdığı müharibələr, humanitar böhranlar və iqtisadi çağırışlar qarşısında vahid hüquqi və siyasi platformanın yaradılması deməkdir. Daha dəqiq desək, Azərbaycanın evsahibliyi etdiyi bu konfrans, sadəcə, bir toplantı deyil, həm də islam ölkələri arasında parlament diplomatiyası sahəsində yeni bir "Bakı formatı"nın formalaşmasıdır. Beynəlxalq hüquqi legitimlik baxımdan təhlil etdikdə isə konfrans çərçivəsində keçirilən müxtəlif komitə iclasları Azərbaycanın beynəlxalq hüquq müstəvisindəki tezislərinin geniş coğrafiyada dəstəklənməsi üçün mükəmməl zəmin, habelə beynəlxalq hüququn aliliyi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə parlament töhfəsidir".

Milli Məclisin üzvü vurğulayıb ki, Bakı konfransı mahiyyət etibarilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ruhuna və məqsədlərinə, eləcə də beynəlxalq hüququn imperativ normalarına sadiqliyin qlobal tribunadan ifadəsidir: "Konfransın gündəliyindəki məsələlərin də dövlətlərin suveren bərabərliyi, güc tətbiq etməmək və mübahisələrin dinc yolla həlli kimi təməl prinsiplərin parlamentarizm vasitəsilə bərqərar olunmasını nəzərdə tutması Bakının regional təhlükəsizlik arxitekturasındakı rolunu önəmli dərəcədə möhkəmləndirir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə konfransda müzakirə edilən məsələlər BMT-nin Nizamnaməsinin 1-ci maddəsində təsbit olunmuş beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə bilavasitə uzlaşır. Parlamentlər səviyyəsində dialoqun təşviqi Azərbaycan Prezidentinin təşəbbüskarı və mütləq memarı kimi çıxış etdiyi yeni sülh konfiqurasiyasının ruhuna uyğun olaraq dövlətlərarası münasibətlərdə yaranan gərginliklərin siyasi və hüquqi müstəvidə, qarşılıqlı etimad şəraitində həllinə yol açır".

B.Məhərrəmov deyib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransı parlamentarilərin qətnamələr vasitəsilə beynəlxalq hüquqi normalara dəstək verməsi üçün ən geniş platformalardan biridir: "Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yeni geosiyasi şəraitdə formalaşan təcrübəsi göstərir ki, işğala və separatizmə son qoyulması, beynəlxalq hüququn aliliyinin təmin edilməsi istiqamətində qanunverici orqanlar birgə mövqe nümayiş etdirməlidirlər. İnklüziv inkişaf və beynəlxalq əməkdaşlığa böyük önəm verən Azərbaycan hesab edir ki, BMT-nin Nizamnaməsində göstərilən dövlətlər arasında dostluq münasibətlərinin inkişafı məhz iqtisadi, sosial və mədəni problemlərin həllində beynəlxalq əməkdaşlıqla mümkündür. Bakı konfransı islam dünyasını bu qlobal missiyaya səfərbər edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə parlamentarizm arasında körpü yaradır".

Deputatın fikrincə, Azərbaycanın parlament diplomatiyası Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun icrasında məsuliyyətli, proaktiv və hüquqi əsaslara söykənən bir missiyanı yerinə yetirməklə Bakının qlobal təhlükəsizlik və rifah naminə səyləri üçün yeni bir dövr başladır: "İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Bakıda keçirilməsi bir daha təsdiq edir ki, parlamentarizm ölkəmizin dövlət maraqlarını, milli dəyərlərini və qlobal sülhə olan töhfəsini beynəlxalq tribunaların ən yüksək kürsülərindən dünyaya çatdırmaq üçün ən etibarlı vasitələrdən birinə, siyasi sabitlik, peşəkar idarəetmə və dövlətçilik təcrübəsi isə Azərbaycanı dünyada söz sahibinə çevirməkdədir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

10:06
25 İyun

Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı

10:04
25 İyun

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

10:02
25 İyun

DÇ-2026: CAR millisi Cənubi Koreya üzərində minimal hesablı qələbə qazanıb

09:56
25 İyun

Futbol üzrə dünya çempionatı: Meksika millisi Çexiya üzərində qələbə qazanıb

09:54
25 İyun

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

09:53
25 İyun

Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

09:50
25 İyun

DÇ 2026: Braziliya C qrupunu lider kimi başa vurub

09:49
25 İyun

Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik və zorakılıq halları artmaqdadır

09:47
25 İyun

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

09:45
25 İyun

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

09:44
25 İyun

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb

09:40
25 İyun

“Sağlam məhəllə” layihəsi çərçivəsində yeni idman zonaları istifadəyə verilib

09:38
25 İyun

Qocalmaya qarşı mübarizədə yeni mərhələ

08:55
25 İyun

Bir arzunun izi ilə...

08:50
25 İyun

Türkmənbaşı limanı Orta dəhliz üzərindən daha çox yükün daşınmasına imkan verir

08:45
25 İyun

Azərbaycanın islam dünyasındakı yüksək nüfuzunun növbəti təsdiqi

08:40
25 İyun

Avropa Məhkəməsinin ədalətsiz qərarı erməni lobbisinin maraqlarına xidmət edir

08:35
25 İyun

Qlobal internet şəbəkəsi təhdidlərdən sığortalanmayıb

08:30
25 İyun

"Rəsmi İrəvanın atacağı addımlar Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amil olacaq"

08:25
25 İyun

Xəzərin birləşdirdiyi dost və qardaş ölkə

08:20
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!