30 İyun 2025 18:31
475
SİYASƏT
A- A+
Mərakeş Krallığının parlament nümayəndə heyəti Milli Məclisdə olub

Mərakeş Krallığının parlament nümayəndə heyəti Milli Məclisdə olub

İyunun 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fazil Mustafa ölkələrimiz arasında münasibətlərdən söz açıb, Azərbaycan və Mərakeş ali rəhbərlərinin səyləri ilə bu dostluğun, əməkdaşlığın daim inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Komitə sədri parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Mərakeş Krallığı Parlamentinin nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının tematik parlament qrupu sədrinin müavini Hasan Umribt Azərbaycanla Mərakeşin dostluq və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərini yüksək dəyərləndirib. Beynəlxalq arenada parlament diplomatiyasının artan nüfuzunu qeyd edən qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İlham Məmmədov və Pərvanə Vəliyeva, Mərakeş Parlamentinin nümayəndə heyətinin üzvü Fatima Yasin çıxış ediblər, Azərbaycan ilə Mərakeşin həm ikitərəfli formatda, həm parlamentlər səviyyəsində, həm də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının bundan sonra da davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə elm, təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparılıb.


X X X


Həmçinin Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Mərakeş nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan və Mərakeş arasında uzun illərə söykənən dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. Komitə sədri qeyd edib ki, Mərakeş Krallığı daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu mövqeyi beynəlxalq müstəvidə də dəstəkləyib. Bu gün müxtəlif sahələrdə əlaqələrimizin dərinləşməsi üçün geniş imkanlar var.

Mərakeş Krallığı Nümayəndələr Palatasının tematik qrup sədrinin müavini Hasan Umribt iki ölkə arasındakı siyasi və humanitar əlaqələrin yüksək səviyyədə davam etdiyini deyib. O, Mərakeşin təhsil sahəsində Azərbaycanın əldə etdiyi uğurlu təcrübədən faydalanmaq niyyətində olduğunu bildirib.

Söhbətdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Mərakeş parlamentariləri Xadduj Slassi, El Ayaçi El Farfar, Yussef Çirri çıxış edərək təhsil sahəsində həyata keçirilən islahatlardan, təcrübə və informasiya mübadiləsinin əhəmiyyətindən, habelə bu sahədə gələcək əməkdaşlıq imkanlarından bəhs ediblər.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, təhsildə birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin bu sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətindən danışılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!