19 Yanvar 2025 10:00
11999
Hüquq məsləhəti
A- A+
Mənim sualım var

Mənim sualım var


- Vərəsəlik məsələsi ilə bağlı "ASAN xidmət"də notarius xidmətinə müraciət etdim. Doğum haqqında şəhadətnamələrin əsli ilə sistemdəki məlumatları tutuşduranda dedilər ki, sizin adınızda bir hərf fərqlidir (u-ü), bacınızın da soyadının sonuna uyğunsuz iki hərf yazılıb (Səlimli əvəzinə Səlimlitd gedib), bunları düzəltdirin. Sonra məni başqa xidmətə yönləndirdilər. Bu nə dərəcədə doğrudur? Sənədin əslini təqdim etdiyimiz halda kiminsə məsuliyyətsizliyi ucbatından sistemə hansısa məlumat düzgün yazılmayıbsa, bunun əziyyətini biz niyə çəkməliyik, buna görə əlavə vaxt itirməliyik? Hələ üstəlik kimin sənədində səhv gedibsə, sistemdə düzəliş üçün şəxsən özü müraciət etməlidir. Belədirsə, şəxsiyyət vəsiqələrimizi, doğum haqqında şəhadətnamələrin əslini bizdən nə üçün tələb edirlər? İstəyirəm öyrənim ki, bu məsələlər, əslində, necə yoluna qoyulmalıdır, qanun nə deyir? Axı o sənədlərə birinci dəfə deyildi ki, baxılırdı. Bu il nə dəyişib? 


Rufiz SƏLİMLİ,

Sulutəpə qəsəbəsi


- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum haqqında şəhadətnamə vətəndaşlıq vəziyyəti aktı hesab olunur. Sizin halınızda adınızda hərf dəyişikliyi ilə bağlı müraciətinizin təmin edilməsi öhdəliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının üzərindədir. Belə ki, Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktı (doğum şəhadətnaməsi) qeydində sizin ərizəniz əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda sizin seçdiyiniz yer üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən həyata keçirilir. Əgər qeydiyyat orqanı hər hansı səbəbdən müvafiq dəyişikliyin edilməsindən imtina edərsə, məsələni mübahisələndirməklə qeydiyyat orqanının üzərinə dəyişiklik edilməsi öhdəliyi qoyulması barədə məhkəmə qərarının çıxarılmasına nail ola bilərsiniz.

Bacınızın şəhadətnaməsindəki yanlışlığa gəldikdə isə həmin sənəddəki çatışmazlıq maraqlarınıza toxunduğu üçün siz "İnzibati icraat haqqında" qanunun 20-ci maddəsini rəhbər tutmaqla qeydiyyat orqanına həmin dəyişikliyin edilməsi ilə bağlı müraciət edə bilərsiniz. Əgər müraciətinizlə dəyişiklik edilməsi təmin olunmasa, eyni qaydada məsələni mübahisələndirməklə qeydiyyat orqanının üzərinə dəyişiklik edilməsi öhdəliyi qoyulması barədə məhkəmə qərarının çıxarılmasına nail ola bilərsiniz.


- 57 yaşındayam. I qrup əlil övladım var, 29 yaşındadır. Ana-bala əlilliyə görə verilən pulla dolanırıq. On il əvvəl 6 ilə yaxın işləmişəm. Pensiyaya nə vaxt çıxacam?


Pakizə BƏKİROVA,

Şirvan şəhəri


- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onu da qeyd edək ki, adıçəkilən qanunun 21.2.4-cü maddəsi ilə sizin sığorta stajınıza orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş  şəxsə qulluq edilməsi müddəti əlavə edilməlidir. 

Həmin qanunun 7-ci maddəsinin "qeyd" hissəsinə əsasən, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıldığı və hazırda 57 yaşında olduğunz üçün sizin əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməyiniz də nəzərə alınaraq, yaşa görə əmək pensiyası hüququnuz 60 yaşınıza çatdıqda yaranacaqdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!