08 Avqust 2026 22:00
404
Təhsil
A- A+
MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan olunur.

MDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində regional sənayenin və əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanması nəzərdə tutulur. Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki ixtisası əhatə edir. Energetika mühəndisliyi ixtisası üzrə 40, elektrik və elektronika mühəndisliyi ixtisası üzrə isə 30 plan yeri ayrılıb. Tədris modeli tələbələrin üç il MDU-da, bir il isə AzTU-da təhsil almasını nəzərdə tutur. Tələbələr təhsil müddətində həm MDU-nun müasir akademik mühitindən, həm də AzTU-nun mühəndislik sahəsindəki zəngin təcrübəsi, praktiki təhsil imkanları və laboratoriya bazasından faydalanacaqlar. Təlim prosesinə hər iki ali təhsil müəssisəsinin sənaye təcrübəsinə malik peşəkar professor-müəllim heyəti və sahə mütəxəssisləri cəlb olunacaq. Tədris proqramı nəzəri biliklərlə yanaşı, sənaye müəssisələrində praktiki vərdişlərin mənimsənilməsinə xüsusi üstünlük verir. Proqram çərçivəsində təhsil alan tələbələr mühəndislik sahəsində müasir texnologiyaları mənimsəyərək rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq imkanı əldə edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

22:10
08 Avqust

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

22:00
08 Avqust

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

21:45
08 Avqust

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

21:30
08 Avqust

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

21:15
08 Avqust

Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb 

21:00
08 Avqust

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli

20:30
08 Avqust

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

20:15
08 Avqust

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

20:00
08 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı 

19:45
08 Avqust

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

19:30
08 Avqust

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

19:15
08 Avqust

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

18:45
08 Avqust

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır

18:30
08 Avqust

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

18:15
08 Avqust

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

18:00
08 Avqust

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

17:45
08 Avqust

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH  

17:30
08 Avqust

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb  

17:25
08 Avqust

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb  

17:20
08 Avqust

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası  

17:15
08 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!