08 Avqust 2026 22:10
437
SİYASƏT
A- A+
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Perunun aparıcı elektrik enerjisi istehsalçılarından biri olan “Inkia Energy” şirkətinə sərmayə yatırması iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Perunun “Larazon.pe” portalında Rikardo Sançez Serranın “Azərbaycan Peruda strateji sərmayə ilə yeni əməkdaşlıq mərhələsinə yol açır” sərlövhəli məqaləsində bildirilir. Müəllif bəzi məlumatları AZƏRTAC-a istinadla verib.

Müəllif qeyd edir ki, ARDNF dünyanın aparıcı infrastruktur investisiya şirkətlərindən biri olan “I Squared Capital” ilə tərəfdaşlıq çərçivəsində “Inkia Energy”yə investor kimi daxil olub. Əməliyyat 2026-cı ilin fevralında Kanadanın “Canada Pension Plan Investment Board” fondunun “Inkia”nın 50 faizini əldə etməsi ilə bağlı razılaşma ilə əlaqələndirilir. Qalan 50 faiz isə SOCAR-ın da iştirak etdiyi “I Squared Capital” tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə əldə edilib.

Vurğulanır ki, “Inkia Energy” hidroenergetika, təbii qaz, günəş və külək enerjisi sahələrində fəaliyyət göstərən, geniş və şaxələndirilmiş enerji portfelinə malik strateji şirkətdir. Onun ümumi effektiv istehsal gücü 2,6 giqavat təşkil edir və şirkət Peru elektrik enerjisinin təxminən 22 faizini təmin edir. Bundan başqa, “Inkia”nın əsasən bərpaolunan enerji layihələrindən ibarət 4 giqavatdan artıq inkişaf portfeli mövcuddur.

Müəllifin fikrincə, investisiya ARDNF üçün də strateji əhəmiyyət daşıyır. Fond bununla investisiya portfelini coğrafi baxımdan şaxələndirir, dayanıqlı aktivlər və infrastruktur layihələrində iştirakını genişləndirir, eyni zamanda, Latın Amerikası bazarına çıxışını gücləndirir.

Həmçinin Azərbaycanın enerji sektorundakı təcrübəsi ilə yanaşı, beynəlxalq investisiyalarda artan roluna diqqət çəkilir. Karbohidrogenlərlə zəngin ölkənin bu dəfə təbii qazla yanaşı hidro, günəş və külək enerjisini birləşdirən şirkətə sərmayə yatırması Azərbaycanın investisiya strategiyasının şaxələndirilməsini nümayiş etdirir.


Diplomatik əlaqələr üçün yeni imkan

Məqalədə Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 30 illiyinə yaxınlaşdığı bir vaxtda bu investisiyanın xüsusi əhəmiyyət daşıdığı qeyd olunur. İki ölkə arasında dostluq münasibətləri mövcud olsa da, iqtisadi əməkdaşlıq potensialının hələ tam reallaşdırılmadığı bildirilir.

Müəllif hesab edir ki, ARDNF-nin “Inkia Energy”yə sərmayəsi gələcəkdə Azərbaycan investisiyalarının Peruya cəlb olunmasına və Peru şirkətlərinin Azərbaycan və daha geniş Avrasiya bazarlarına çıxış imkanlarını araşdırmasına təkan verə bilər. ARDNF-nin “Inkia Energy”yə investisiyası Peru-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcına çevrilə bilər. Bakı Peru ilə bağlı maraq və etimad nümayiş etdirib. Növbəti addımın isə bu iqtisadi siqnala cavab olaraq Lima tərəfindən atılması və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin uzunmüddətli siyasət çərçivəsində genişləndirilməsi olduğu bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

22:10
08 Avqust

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

22:00
08 Avqust

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

21:45
08 Avqust

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

21:30
08 Avqust

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

21:15
08 Avqust

Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb 

21:00
08 Avqust

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli

20:30
08 Avqust

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

20:15
08 Avqust

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

20:00
08 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı 

19:45
08 Avqust

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

19:30
08 Avqust

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb

19:15
08 Avqust

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

18:45
08 Avqust

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır

18:30
08 Avqust

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

18:15
08 Avqust

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

18:00
08 Avqust

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

17:45
08 Avqust

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH  

17:30
08 Avqust

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb  

17:25
08 Avqust

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb  

17:20
08 Avqust

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası  

17:15
08 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!