23 Dekabr 2019 17:54
689
SİYASƏT
A- A+
Masallıda bələdiyyə seçkiləri seçici fəallığı şəraitində keçir

Masallıda bələdiyyə seçkiləri seçici fəallığı şəraitində keçir


Masallı rayonunda 4 dairə seçki komissiyası - 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar və 72 saylı Yardımlı-Masallı Dairə Seçki komissiyaları fəaliyyət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 70 saylı Masallı şəhər seçki dairəsinə 42 seçki məntəqəsi daxiildir. Qasımlı kənd seçki məntəqəsi kənddəki tam orta məktəbin binasında yerləşir. Məntəqədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, burada 1249 nəfər seçici qeydiyyata alınıb.

Seçici Rəzzaq Məmmədov səsvermə ilə bağlı təəssüratını bölüşərək deyib: "60 yaşım var, çox seçkilərdə iştirak etmişəm. Parlament, bələdiyyə və prezident seçkilərində qəlbimin istəyinə uyğun səs vermişəm. Bugünkü səsvermə də çox yaxşı təşkil olunub, hamı sərbəst şəkildə istədiyi namizədə səs verir. Yaşadığım kəndi daha abad görmək istəyirəm. İnanıram ki, səs verdiyim namizədlər etimadımızı doğruldacaqlar.”

Müstəqil müşahidəçilərin də seçkinin gedişi ilə bağlı fikirlərini öyrəndik. Onlar bildirdilər ki, seçki məntəqəsi açılandan bəri proses Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir. Səsvermə zamanı hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb. Məntəqələrdə seçkinin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, seçicilər sərbəst şəkildə gəlib öz namizədlərinə səs verirlər.

70 saylı Masallı Şəhər Dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov dairə seçki komissiyasının digər məntəqələrində də seçicilərin fəallığının hiss olunduğunu bildirdi: "Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 11 bələdiyyəyə 117 nəfər üzv seçilməlidir. Qeydə alınmış namizədlərin sayı isə 273 nəfərdir. Onların 148 nəfəri namizədliyini özü irəli sürüb, digərlərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.”

71 saylı Masallı Kənd Dairə Seçki Komissiyasının sədri Loğman Şahbazovun verdiyi məlumata əsasən, dairə üzrə 42 məntəqədə 35 min 233 nəfər seçici qeydə alınıb. Seçicilərin 636 nəfəri ilk dəfə səs verən gənclərdir. Ən yaşlı seçici Qızılağac sakini 101 yaşlı Ağanənə Abbasovadır. 80-100 yaş arasında olan seçicilərin sayı isə 862 nəfərdir.

Dairə üzrə 12 bələdiyyəyə 124 nəfər üzv seçilməlidir. Namizədliyi irəli sürülənlərin əksəriyyəti siyasi partiyaların təmsilçiləridirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!