08 Noyabr 2026 15:59
103
İDMAN
A- A+
“Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib  

“Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib  


Masallıda Zəfər Gününə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib.

Yarımarafonun start nöqtəsində iştirakçıları salamlayan rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O bu kimi kütləvi idman tədbirlərinin sağlam həyat tərzinin təşviqində, gənclərin idmana marağının artırılmasında və Zəfər ruhunun yaşadılmasında mühüm rol oynadığını vurğulayıb.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarımarafona start verilib. İştirakçılar rayon icra hakimiyyətinin qarşısındakı meydandan start götürərək Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçən marşrut üzrə hərəkət ediblər. 21 kilometrlik məsafəni qət edən idmançılar yarışı Masallı şəhərində yerləşən Heydər Əliyev Parkında başa vurublar.

Yarışın sonunda qaliblərə rayon icra hakimiyyəti tərəfindən kuboklar, Fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə medal və sertifikatlarla təltif ediliblər.

“Masallı Zəfər qaçışı 2026” yarımarafonu Zəfər Gününün mənəvi dəyərlərinin təbliği, şəhidlərimizin xatirəsinin yaşadılması, eləcə də rayonda idmanın və sağlam həyat tərzinin təşviqi baxımından əlamətdar idman tədbiri kimi yadda qalıb. 

Seyran CAVADOV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız”  

16:13
08 Noyabr

Müstəqil dövlətimizin etibarlı dayağı 

16:09
08 Noyabr

Energetika Nazirliyinin kollektivi Zəfər Parkını ziyarət edib

16:09
08 Noyabr

NASA Ayın dərinliklərində gizlənən sərvətləri üzə çıxarmaq istəyir

16:06
08 Noyabr

Salyanda Zəfər Gününə həsr olunmuş bədii-musiqili bayram tədbiri keçirilib  

16:05
08 Noyabr

“Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib  

15:59
08 Noyabr

Keçmişə səyahət mümkünsüz ola bilər

15:58
08 Noyabr

Ağcabədidə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib  

15:47
08 Noyabr

Xalqın Zəfər salnaməsinin 44 günü

15:44
08 Noyabr

Astarada yeni içməli su xəttinin açılışı olub  

15:43
08 Noyabr

 Ağdamda sevinc yaşanır

15:39
08 Noyabr

Mingəçevirdə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib  

15:29
08 Noyabr

Tərtərdə bayram ovqatı

15:25
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib 

15:23
08 Noyabr

Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib

15:17
08 Noyabr

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

15:10
08 Noyabr

Şanlı Zəfərin 6-cı ildönümü Vyetnamda qeyd olunub

15:08
08 Noyabr

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

15:06
08 Noyabr

Şimali Kipr XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

15:04
08 Noyabr

Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb

14:40
08 Noyabr

“Həqiqətən də həsəd aparılası bir yerdir” - Türk jurnalistlər Şuşada 

14:35
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!