03 Fevral 2026 19:57
1250
CƏMİYYƏT
A- A+
Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir  

Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir  


Heydər Əliyev Fondunun dəstəyi və bp-nin sponsorluğu ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir.

bp-dən AZƏRTAC-a bildiriblər ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən keçirilən festival 2025-ci ilin noyabrında başlayıb və 2026-cı ilin fevralınadək davam edir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.

Yazıçının çoxşaxəli yaradıcılıq irsinə həsr olunan genişmiqyaslı mədəni, maarifləndirici və bədii tədbirlərdən ibarət festival proqramına aşağıdakılar daxildir:

• Maqsud İbrahimbəyovun pyeslərinin və digər əsərlərinin səhnə qiraəti;

• “Neft bumu hamıya gülümsəyir” pyesinin Azərbaycan, ingilis və rus dillərində yeni nəşrinin təqdimatı;

• Tədqiqatçı Fuad Axundov tərəfindən Bakının neft dövrü tarixini əhatə edən açıq mühazirə;

• Bakının teatr mühiti üçün yeni format olan və tamaşanın pərdəarxası yaradıcılıq prosesi ilə tanışlıq imkanı yaradan açıq məşq;

• Maqsud İbrahimbəyovun əsərləri əsasında üç fərqli rejissor yanaşmasını təqdim edən yaradıcılıq seminarı və sonda ən güclü konsepsiyanın açıq səsvermə yolu ilə seçilməsi;

• 17 yanvar-28 fevral tarixlərində Bakı Müasir İncəsənət Muzeyində çağdaş Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən və neft bumunu rəssamlıq, heykəltaraşlıq və audio-video instalyasiyalar vasitəsilə fərqli rakursdan təqdim edən “Qeyzer” müasir incəsənət sərgisi;

• Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçının məşhur “Neft bumu hamıya gülümsəyir” pyesinin müasir yozumda tamaşasının premyerası.

Tədbirlə bağlı fikirlərini bölüşən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bunları bildirib: “Biz fəxr edirik ki, Maqsud İbrahimbəyovun onilliklər boyu Azərbaycanın neft dövrünün mədəni salnaməsini formalaşdıran zəngin irsinə həsr olunmuş bu festivala dəstək veririk. Bu layihə bp-nin Azərbaycanın tarixi və mədəni irsinin qorunması və təşviqini dəstəkləməyə dair uzunmüddətli öhdəliyini əks etdirir. Məmnunuq ki, bu tədbirlər sayəsində sənət adamları, tədqiqatçılar, tələbələr və geniş ictimaiyyət bir araya gələrək ölkənin mədəni həyatında əlamətdar bir hadisəni qeyd etmək imkanı qazanıblar”.

Ümumilikdə, festival çərçivəsində keçirilən tədbirlərdə müxtəlif nəsilləri və peşə sahələrini təmsil edən elmi-mədəni ictimaiyyətin 700-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!