06 İyun 2025 00:12
564
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

İyunun 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2024-cü ildə görülmüş işlər, əhalinin sağlamlığının qorunması sahəsində ötən il həyata keçirilmiş tədbirlər, cari məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət 2024-cü ildə ölkənin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verib. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradıb.

Kollegiya iclasında 2024-cü ilin dövlət büdcəsinin icrası məsələlərinə toxunulub, dövlət büdcəsinin mədaxilinin 37,2 milyard manat olmaqla, proqnoza qarşı 774 milyon manat və ya 2,1 faiz çox icra edildiyini bildirilib. Ötən ilin dövlət büdcəsinin xərcləri isə proqnozun 95 faizi həcmində və ya 37,7 milyard manat icra edilib. Dövlət büdcəsinin kəsiri nəzərdə tutulan proqnozdan 2,8 milyard manat və ya 83,5 faiz az olub.

Maliyyə naziri bildirib ki, il ərzində dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən müdafiə, milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, sosial təminat və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, biznesə iqtisadi dəstək tədbirləri, habelə təhsil, səhiyyə, investisiya, mədəniyyət, idman və digər sahələrdə zəruri xərclərin maliyyələşdirilməsi tam və vaxtında təmin edilib.

Qeyd olunub ki, dövlət büdcəsinin icrası çərçivəsində il ərzində xəzinədarlıq orqanları tərəfindən ümumilikdə 1 milyon 587 min ödəniş sənədi icra olunub.

S.Babayev dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb, Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xəzinə xidmətlərinin keyfiyyətinin və operativliyinin artırılması, risk əsaslı avtomatik ödəniş sisteminin qurulması, ödəniş prosesinin sadələşdirilməsi və elektronlaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Eyni zamanda, nazir risk əsaslı qiymətləndirmə meyarları əsasında ödənişlərin icrasını təmin etmək məqsədilə Dövlət Maliyyə Nəzarəti Xidməti ilə birgə fəaliyyətin təşkil edilməsinin zəruriliyini qeyd edib, bu mexanizmin tətbiqi nəticəsində büdcə vəsaitləri üzərində nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Kollegiya iclasında 2024-cü ildə əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən də bəhs olunub. Qeyd edilib ki, dövlət büdcəsinin imkanlarının genişlənməsi nəticəsində səhiyyə sahəsinə ayrılan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Son 5 il ərzində səhiyyə xərclərində 2,1 dəfə artım olub. 2024-cü ilin dövlət büdcəsində “Səhiyyə” bölməsi üzrə xərclərin icrası 1 milyard 828,8 milyon manat təşkil edib. Bu vəsaitin əsas hissəsi əhalinin büdcə vəsaiti hesabına icbari tibbi sığorta ilə əhatə olunmasına və bir sıra dövlət proqramlarının maliyyələşdirilməsinə sərf olunub.

Kollegiyanın sədri əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən islahatlar üzrə Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində qarşıda duran vəzifələrin operativ icrasının davam etdirilməsi, həyata keçirilən islahatların maliyyə təminatı ilə bağlı zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verib.

Kollegiya iclasında Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti, eləcə də nazirlik sistemində çalışan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mövcud vəziyyətin təhlilinə dair təqdimatlar nümayiş etdirilib və müvafiq məruzələr dinlənilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasının qiymətləndirilməsi sisteminin tətbiq olunduğu son 3 il ərzində Maliyyə Nazirliyi üzrə icra göstəricisi 97 faizdən yuxarı olub.

Sahil Babayev 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin tərtib olunaraq aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!