07 Yanvar 2023 00:32
515
SİYASƏT
A- A+
Makrona bu dəfə diplomatik şillə dəydi

Makrona bu dəfə diplomatik şillə dəydi

 

Azərbaycan Fransanın ermənipərəst və riyakar diplomatiyasını BMT platformasında darmadağın etdi

 

2022-ci il Azərbaycan üçün xarici siyasət baxımından mühüm uğurlarla yadda qaldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dediyi kimi, iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik.  
Həm bu fakt, həm Bakının qonşu dövlətlərlə münasibətlərdə öz milli maraqlarını qətiyyətlə təmin etməsi, beynəlxalq enerji,  iqtisadi və nəqliyyat əməkdaşlığı sahəsində baş verən yeniliklər Azərbaycanın qlobal mövqelərini daha da gücləndirən amillər oldu.

 

Erməni təəssübkeşlərinin növbəti rüsvayçılığı

 

Ötən ilin sonuna doğru Azərbaycan növbəti siyasi-diplomatik qələbəsinə BMT müstəvisində imza atdı. Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında (TŞ) qətnamə qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvayçılığa uğradı və hazırladığı riyakar mətni geri götürməyə məcbur oldu. Beləliklə, bu,  BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.
Xatırladaq ki, Fransa Azərbaycana qarşı qlobal təzyiq cəhdlərini hələ Vətən müharibəsi günlərindən işə salıb. Həmin günlərdə maskası cırılan və fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədri olmasına rəğmən əslində riyakarlıqla məşğul olduğunu gizlədə bilməyən Fransa BMT səviyyəsində Azərbaycana qarşı sənəd qəbuluna çalışmışdı. 
Belə ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra məhz Fransanın təşəbbüsü ilə TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad yer almamışdı.
Azərbaycanın milli maraqlarına zidd olan, Ermənistana dəstək ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən layihəyə BMT TŞ-nin qətnamələrinə istinadın daxil olunması da tələb edilmişdi. Bundan sonra bəyanat layihəsinin müəllifləri rüsvayçılıqla onu geri çəkməyə məcbur olmuşdular. 
Bir məsələni də xatırladaq ki, BMT TŞ-nin Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən 4 qətnaməsinin olduğu halda bu qurum 30 ilə yaxın müddətdə həmin qətnamələrin yerinə yetirilməməsi ilə bağlı bir dəfə də olsun toplantı keçirməmişdir. Belə toplantının qarşısını alanlardan biri də məhz riyakar Fransa idi. 
Fransa 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə də bağlı Azərbaycan əleyhinə BMT TŞ-də sənəd qəbul etdirmək istəyirdi. O vaxt Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Onda da Fransa niyyətinə çata bilməmişdi.

 

Fransa BMT TŞ-ni senatla səhv salmışdı

 

Parisin 2022-ci ilin dekabr rüsvayçılığına gəldikdə, Fransa və Ermənistan öncə ötən ayın 20-21-də Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasını çağırmışdılar. Həmin günlərdə gedən müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və E.Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdılar. Rəsmi Paris hesab edirdi ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Müzakirələrin getdiyi günlərdə Ermənistan rəsmiləri TŞ-də qətnamə qəbul edilməsini Azərbaycan əleyhinə əsas məqsədlərdən biri kimi müəyyən etmişdilər. Amma Azərbaycan onların niyyətlərini gözlərində qoydu.
10 gün davam edən müzakirələrdə bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Belə ki, ermənipərəst tərzdə yazılmış mətndə "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı. Həmçinin  "humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Həmçinin Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn dekabrın 30-da BMT Təhlükəsizlik Şurasının qaydalarına uyğun olaraq yenidən sükut proseduruna qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi. 
Bununla da Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında sözün bütün mənalarında məğlubiyyətə düçar etdi. Bu ölkə BMT TŞ-nin daimi üzvü olsa da, qlobal miqyasda özünü nüfuzlu dövlət hesab etsə də,  bütün resurslarını işə salmasına rəğmən, hazırladığı riyakar bəyanatı qəbul etdirə bilmədi. İndi həm Makron, həm Fransa senatı və milli assambleyası pərt vəziyyətdədirlər.
Ötən ilin noyabr ayında özünün qanunvericilik orqanlarında Azərbaycan əleyhinə heç bir mənası və əhəmiyyəti olmayan sənədləri qəbul edən Fransa BMT TŞ-nin deyəsən öz parlamenti ilə səhv salmışdı. Bu baxımdan E.Makron başda olmaqla Fransanın bütün siyasi dairələri, bu ölkənin senatı və milli assambleyası dərk etdilər ki, dünya onlar kimi düşünmür. Bütün ermənipərəst fransalı siyasətçilərə çatdı ki, beynəlxalq ictimaiyyət onların erməni sevgisini bölüşmür. Bütövlükdə isə, bu proses Fransa siyasəti üçün böyük rüsvayçılıq oldu. İlham Əliyev Fransanın ermənipərəst və riyakar diplomatiyasına BMT platformasında sarsıdıcı zərbə vurdu. Tez-tez fransızlar tərəfindən sifətindən şillələnən E.Makrona isə bu dəfə tutarlı diplomatik şillə dəydi.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!