18 İyun 2023 10:15
1194
Mədəniyyət
A- A+
Mahnıları ilə ölməzlik qazanan bəstəkar

Mahnıları ilə ölməzlik qazanan bəstəkar

 

Onun əsərlərini “XX əsrin şedevr mahnıları” adlandırırlar. Xalq artisti Elza İbrahimova sevgi, qürur, məğrurluq dolu, eyni zamanda yüksək lirika ilə zəngin olan musiqi yaradıcılığının sahibi, görkəmli bəstəkar idi. 
O, 1938-ci ildə dünyaya gəlib. Valideynləri o zaman Hacıqabul şəhərində yaşayırdılar. Atası İmadəddin İbrahimov ixtisasca dəmiryolçu idi. Dəmir yolu sahəsində yüksək vəzifədə çalışırdı. Anası Sona xanım isə həkim idi. 1940-cı ildə - Elza xanımın 3 yaşı olanda ailəsi Bakıya gəlir.
Elza İbrahimovanın valideynləri başqa ixtisas sahibi olsalar da, musiqi duyumları güclü idi. Ancaq ailədə hər kəs bu fikirdə idi ki, Elza xanıma musiqi istedadı ana nənəsindən keçib. Nənəsinin çox gözəl səsi vardı, həm də mahir qarmon ifaçısı olmuşdu. 
Ata-anası Elza xanımı Bakıdakı 8 saylı musiqi məktəbinə aparırlar. Atası onun pianoçu olmasını istəyirdi. Elza İbrahimova artıq 11-12 yaşlarında fortepianoda məharətlə ifa etməyi bacarırdı.
Həyat ona ilk hicran ağrısını 1954-cü ildə yaşatdı. Atası qəflətən vəfat etdi. Ailənin bütün yükü anasının çiyinlərinə düşdü. 16 yaşlı Elza xanım anasının təkidi və köməyi ilə musiqi təhsilini davam etdirdi. Təhsilini başa vurduqdan sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil oldu. 1957-ci ildə həmin məktəbin bəstəkarlıq sinfini bitirdi.
Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) oxumaq arzusu birinci il gerçəkləşmədi. İkinci il konservatoriyada qəbul imtahanlarında iştirak etmək istəmədiyini, dərzi olmağa qərar verdiyini anasına söylədi. Onu bu fikirdən anası daşındırdı. Elza İbrahimova 1958-ci ildə konservatoriyanın bəstəkarlıq şöbəsinə, professor Cövdət Hacıyevin sinfinə daxil oldu. Orada iki-üç il oxuduqdan sonra anasının israrı ilə təhsilini Qara Qarayevin sinfində davam etdirdi. 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova professorlar Q.Qarayev, O.Taktakişvili və Q.Dombayevin rəhbərlik etdikləri komissiyanın qərarı ilə Dağıstana göndərildi. O, Dağıstanın ilk peşəkar qadın bəstəkarı kimi tanındı. Ancaq Bakıdan kənarda bircə il yaşaya bildi. Geri döndü.
İlk mahnısını 1969-cu ildə bəstələdi. Məmməd Rahimin “Yalan ha deyil” şeirini seçdi. Mahnını Şövkət Ələkbərova ifa etdi. Bir il sonra əsər milli radioda səsləndi. Sonra ikinci mahnısını - “Bakının işıqları”nı bəstələdi. Yenə böyük uğur qazandı.
Əmək fəaliyyətinə 1957-ci ildən ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza xanım 1970-1972-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində redaktor işlədi. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1985-1993-cü illərdə Asəf Zeynallı adına musiqi kollecində çalışdı. Bəstəkar uzun müddət Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbəri olduğu “Dan ulduzu” vokal-instrumental ansamblı ilə sıx əməkdaşlıq etdi.
Mahnıları onu tanıtdı, sevdirdi. Elza İbrahimovanın “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Qayıt”, “Ötən günlər”, “Ey Vətən”, “Ana laylası”, “Yoxluğunu bilə-bilə”, “Ağlamasın salxım söyüd”, “Peşmanam”, “Mehribanım” və başqa sevilən mahnıları Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Gülağa Ağayev, İslam Rzayev, Akif İslamzadə, İlhamə Quliyeva kimi məşhur müğənnilərin repertuarından düşmədi.
Simfonik poema, orotoriya, vokal instrumental və kamera əsərləri, Hüseyn Cavidin pyesi əsasında “Afət”, “Yanan laylalar”, “Şeyx Şamil” operalarını yazan bəstəkarın ən böyük arzusu Qarabağ mövzusunda olan “Yanan laylalar” əsərini Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində görmək idi. 1988-ci ildə yazmağa başladığı, 1991-ci ildə tamamladığı Qarabağ faciəsinə həsr olunan əsərin tamaşaya qoyulacağını ümidlə gözləyirdi. Ancaq arzusuna çata bilmədi. Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında vəfat etdi.
50 ildən artıq davam edən yaradıcılığı boyu musiqinin müxtəlif janrlarında əsərlər yaradan bəstəkarın xatirəsi unudulmur. Bu günlər Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın xatirəsi ona həsr olunmuş - rus dilində yazıldıqdan sonra tərcümə edilərək qurumun dəstəyilə ərsəyə gələn “Sən yadıma düşəndə” kitabının təqdimat mərasimi ilə yenidən anıldı. Kitabın müəllifi bəstəkarın qızı Zəhra İbrahimova (Ələkbərova), tərcüməçisi Gültəkin İbrahimovadır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə tədbiri giriş sözü ilə açdı. O, gənc ikən bir ulduz kimi parlayan Elza xanımın bənzərsiz yaradıcılığından, bir-birindən gözəl, dillər əzbəri olan mahnılarından, ömrü boyu şövqlə çalışaraq milli musiqimizi zənginləşdirməsindən söz açdı. 
Daha sonra sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Elza İbrahimovanın yaradıcılıq yolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Elza İbrahimovanın mahnılarında söz və musiqinin vəhdəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Yeni nəşr olunmuş “Sən yadıma düşəndə”  kitabı (Bakı, “Renessans-A”, 2023) haqqında” məruzələrlə çıxış etdilər. 
Elza İbrahimova tanqoda burjua ahənginin olduğunu və sovet ruhuna uyğun gəlmədiyini iddia edən bədii şuranın əksinə gedərək Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biridir. Bəstəkarın “Qurban verərdim” (sözləri Rəfiq Zəkanındır), “Sən mənə lazımsan” (sözləri Əliağa Kürçaylınındır), “Bağçadan keçmisən” (sözləri Ənvər Əlibəylinindir) və digər mahnıları tanqo ritmində yazılıb. Tədbirdə bu məqamlardan söz açıldı və uzun illərdir bəstəkarın yaradıcılığının təbliğinə çalışan Çingiz İbrahimovun böyük əməyi qeyd olundu. Milli Məclisin deputatı Hikmət Babaoğlunun bir musiqisevər kimi Elza İbrahimovaya verdiyi dəyər, dilə gətirdiyi məqamlar yadda qaldı.
Tədbirin bədii hissəsində Elza İbrahimovanın mahnıları - müğənni Rövşən Əziz Əməkdar artist Fəridə Hüseynovanın müşayiəti ilə “Gecələr bulaq başı” (sözləri Bəxtiyar Vahabzadənindir), “Təki sən səslə məni” (sözləri Əliağa Kürçaylınındır), Əməkdar artist Arzu Əliyeva “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” (hər iki mahnının sözləri Dəmir Gədəbəylinindir) və digər əsərləri ifa olundu.

Z.FƏRƏCOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə

02:09
16 Dekabr

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!