16 Fevral 2023 01:29
1553
İQTİSADİYYAT
A- A+
Mağazalarda polietilen torbalar artıq ödənişlə veriləcək

Mağazalarda polietilen torbalar artıq ödənişlə veriləcək

 

Ölkəmizdə ekologiyanın qorunması əsas prioritetlərdən biridir. Bir çox amillər ətraf mühitin çirklənməsinə səbəb olur ki, bunlardan biri  də polietilen torbalardır. Təbiətdə yüz illər ərzində parçalanmayan sellofanlardan istifadə isə ilbəil artır.
Elmi araşdırmalar  göstərir ki, plastik  tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, dəniz və okeanlarda iri plastik tullantısı adaları yaradır ki, bu da dəniz canlılarının, o cümlədən balıq populyasiyalarının zəhərlənməsinə və tələfinə səbəb olur. Digər tərəfdən, torpağın dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yandırıldığı halda isə atmosferə yayılan zəhərli qaz tullantılarının həcmini artıraraq təbiətdə bərpası mümkün olmayan fəsadlar yaradır.
Statistikaya əsasən, dünyada hər il təxminən 4 trilyon polietilen torba istifadə olunur, hər bir dəqiqədə 1 milyon sellofan tullantı qutusuna atılır. Marketlərin böyüklüyündən asılı olaraq gün ərzində 15-40 kq plastik torba alıcılar tərəfindən istehlak edilir.
Ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq məqsədilə  Azərbaycanda bu il fevralın 15-dən etibarən, qalınlığı 15-20 mikron olan yüngülçəkili polietilen torbalar müştərilərə ödənişli qaydada və nəzarət-kassa aparatlarında ayrıca məhsul növü kimi təqdim edilir.

 

Qiymət bazar prinsipləri əsasında formalaşacaq

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən qəzetimizə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.
 "Sahibkarlıq fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.
Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən, istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər.

 

Plastik vasitələrin dövriyyəsini azaltmaq üçün uğurlu addım

 

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyir ki, bu tədbirlərin görülməsi polietilen torbalardan istifadəni azaldacaq: "Digər ölkələrin, habelə qardaş Türkiyənin təcrübələrindən bunu aydın görə bilərik. Bu ölkələrdə polietilen torbalardan istifadə ilk yarımildə 40-70 faiz azalmışdır".
R.Səttarzadə bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15-50 mikron qalınlığında yüngülçəkili polietilən torbaların istehlakçılara ayrıca məhsul kimi ödənişli təqdim edilməsi plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədi daşıyır: "Eyni zamanda alternativ məhsullardan istifadəyə də təşviq edir. Bu, plastik vasitələrin dövriyyəsini mərhələlərlə azaltmaq üçün uğurlu addımdır".
"Bu sahədə müsbət təcrübələrimiz var. Bir neçə il öncə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların istifadəsi ilə bağlı mahdudlaşdırma mərhələlərlə həyata keçirildi. Artıq biz deyə bilərik ki, bu ən yüngül və təkrar emala yararsız olan sellofanlardan istifadə təxminən sıfra enib. Bu da ətraf mühitə müsbət təsir ilə nəticələnib. İndi də əsas məqsəd ətraf mühitə mənfi təsirin azaldılmasıdır. Həm də bu layihə alış-veriş mədəniyyətini formalaşdıracaq, biznes qurumlarının da məsuliyyətini artıracaq. Birgə səylərlə ətraf mühitə mənfi təsirlər azalacaq", - deyə müşavir bildirib.

 

Yeni qayda qalınlığından asılı olmayaraq bütün torbalara şamil olunmalıdır

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, polietilen torbaların ödənişli olması birliyin hələ 10 il öncə qaldırdığı məsələdir: "Bu, dünya təcrübəsidir. Onlardan istifadəni azaltmağa təşviqetmə yollarından biridir. Ekologiyaya ziyan vuran polietilen torbalarla hər hansı formada mübarizə aparmaq lazımdır".
Bu addımın yalnız qalınlığı 15-50 mikron olan torbalara şamil edilməsini düzgün hesab etməyən E.Hüseynov vurğulayıb ki, əslində, bu, ölçüsündən və qalınlığından asılı olmadan bütün torbaları əhatə etməlidir: "Belə ki, qalın və üstüyazılı polietilen torbalar ekologiya üçün daha təhlükəlidir. Onların yazılarında belə ağır metallardan, rənglərdən istifadə olunur ki, bu da xüsusilə uşaqların tədricən zəhərlənməsinə səbəb olur".
Polietilən torbaların ödənişli olmasının müsbət hal olduğunu vurğulayan ekspert deyir ki, AİB alternativ variantlar təklif edir: "Biz layihəyə dəstək olaraq 500 ekoçanta hazırlayaraq vətəndaşlara ödənişsiz payladıq. İnsanlar bunu məmnuniyyətlə qarşıladılar. Çantalara alternativ olaraq ekoloji təmiz həsir zənbillərdən də istifadə etmək olar. Əhalinin çoxistifadəli torbalara keçməsi vacibdir".
"Dövlətimiz tərəfindən vətəndaşlar üçün bir sıra faydalı layihə həyata keçirilir. Lakin bir çox hallarda insanlar buna laqeyd yanaşır, dəstəklənmir", - deyə o bildirib.

 

Alıcıların fikirləri fərqlidir

 

Məsələ ilə bağlı alıcıların fikirlərini öyrənmək üçün bir neçə mağazaya üz tutduq. Paytaxt sakini Nərgiz Soltanova deyir ki, marketlərdə sellofan torbaların pullu olması ekoloji baxımdan vacibdir: "Ekologiyanın qayğısına qalmaq hər birimizin borcudur. Hamımız bu planetdə yaşayırıq. Ödənişli olmağının müsbət tərəfi odur ki, dəfələrlə ekoçantalardan istifadə etmək istəsəm də, hər dəfə ya unutmuşam, ya da təxirə salmışam. Bu qərar isə bizi buna bir növ məcbur edir. İlk baxışdan polietilen çantaların qiyməti çox münasib görünsə də, gündə bir neçə dəfə ödəniş etsək, ay ərzində xeyli vəsait xərclədiyimizi görəcəyik".
Bu layihənin tətbiqi ilə razılaşmayanlar da az deyil. Esmira Məmmədova deyir ki, qayda əksər insanlar üçün əlverişli deyil: "Kimyəvi məhsullarla qida məhsullarını, yaxud ət məhsulları ilə un məmulatlarını eyni ekoçantaya qoymaq alınmayacaq. O zaman belə çıxır ki, biz yanımızda bir neçə kağız, parça torba gəzdirməliyik. Həftəlik, aylıq bazarlıq zamanı isə tamamilə əlverişsizdir".
Mağazada alış-veriş edən Kəmalə Əhmədova deyir ki, yeni qaydanın tətbiqindən sevinsə də, bu onun həyatında heç bir dəyişiklik etməyəcək, çünki o, həmişə həsir zənbildən istifadə edib: "Əvvəllər ya kağız torbalardan, ya da zənbillərdən istifadə edirdik. Mən də elə o vaxtdan bazarlığa zənbillə gedirəm. Amma qəribə odur ki, sellofanlara stabil qiymət qoyulmayıb. Eyni sellofan hər marketdə bir qiymətədir. Hətta bəzi marketlər onları bir neçə günlük endirimlə 1 qəpiyə satır".
Gənclərin də bu layihəyə fikri müsbətdir. Həmsöhbət olduğumuz İlahə İsmayılova deyir ki, ekologiyanın qorunması üçün xüsusən Avropa ölkələrində atılan addımlara həmişə qibtə ilə baxıb: "Uzun zamandır istəyirdim ki, ölkəmizdə də bu qayda tətbiq edilsin. Müasir, estetik ekoçantalardan istifadə edərək həm planetimizi qoruyaq, həm də dəbli görünək. Ümid edirəm ki, dizaynerlər hər yaşa və zövqə uyğun çantalar hazırlayacaqlar".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!