06 İyul 2022 01:35
709
DÜNYA
A- A+
Liviya ağır siyasi-iqtisadi böhrandan qurtula bilmir

Liviya ağır siyasi-iqtisadi böhrandan qurtula bilmir

 

Siyasilər vəziyyətdən çıxış yolunu prezident və parlament seçkilərinin keçirilməsində görürlər

 

Liviyada baş vermiş kütləvi etiraz aksiyalarından sonra Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi və ABŞ-ın Trablisdəki səfiri Riçard Norland ölkədə sabitliyin yaradılmasına diqqət çəkiblər. Prezident Şurasının məlumatına görə, əl-Mənfi və Norland telefon danışığı zamanı ölkədəki siyasi dalandan çıxmaq və seçkilərin tez bir zamanda təşkili üçün mövcud vəziyyətdə sakitliyin qorunmasının vacibliyini qeyd ediblər.

 

Etirazçılar icra hakimiyyəti orqanlarının ləğv edilməsini tələb edirlər

 

ABŞ-ın Trablisdəki səfirliyi Liviyada ümummilli qeyri-sabitliyə səbəb olan siyasi, iqtisadi və maliyyə böhranı ilə bağlı dərin narahatlığını açıqlayıb.

Səfirlikdən bildiriblər ki, ölkədə seçkilərə və siyasi sabitliyə aparan yol tərəflər arasında dialoq və barışıqdan keçir.

Xatırladaq ki, bu günlərdə ölkənin Trablis, Tobruk, Siirt, Derna və Benqazi şəhərlərində etiraz aksiyaları keçirilib. Benqazidə etirazçılar dükanları və avtomobil təkərlərini yandırıblar. Tobrukda Nümayəndələr Palatasının binasına basqın edən fəallar girişdə yanğın törədiblər.

Aksiya iştirakçıları elektrik enerjisi, neft məhsulları ilə bağlı problemin tezliklə həllini və çörəyin qiymətinin aşağı salınmasını tələb ediblər. Etirazçılar qanunvericilik və icra hakimiyyəti orqanlarının ləğvini, ölkədə fövqəladə vəziyyət elan olunmasını və tez bir zamanda seçkilərin keçirilməsini tələb ediblər.

 

Liviyada  seçkilər siyasi dalana dirənib

 

BMT-nin himayəsi altında Liviyada Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında baş tutan iclaslarında ölkədə prezident və parlament seçkilərinin 2021-ci il dekabrın 24-də keçirilməsi qərara alınıb, lakin təyin olunmuş vaxtda seçkilərin keçirilməsi mümkün olmayıb.

Tobruk Nümayəndələr Palatası fevralın 10-da keçirdiyi iclasda ölkənin qərbini təmsil edən deputatların əksəriyyətinin iştirak etməməsinə baxmayaraq, hazırkı milli birlik hökumətinin mandatının dekabrın 24-də bitdiyini əsas gətirərək, Fəthi Başağanı Baş nazir seçib.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe Nümayəndələr Palatasını Cenevrə razılaşmasında nəzərdə tutulan "yol xəritəsindən" geri çəkilməkdə ittiham edərək, üzərinə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyini və postunu yalnız xalq tərəfindən seçilmiş hökumətə təhvil verəcəyini bildirib.

Dibeybe həm də ölkədəki etirazlara dəstək ifadə edib: "Mən ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyirəm. Ölkədə hökumətin başçılıq etdiyi bütün birləşmələr getməlidir. Amma bu, yalnız seçki yolu ilə mümkündür. Liviya xalqı neft yataqlarını kimin bağladığından xəbərdardır. Bunun nəticəsində dövlət büdcəsinə ziyan vurulub və əhalinin həyat şəraiti pisləşib".

 

Əl-Mənfi Misir Prezidenti ilə danışıqlar aparıb

 

Dünən Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında ölkəsindəki siyasi vəziyyəti müzakirə ediblər. "Anadolu" agentliyinin xəbərinə görə, Misir lideri əl-Mənfini əmin edib ki, Qahirə Liviyada milli barışığa nail olmaq üçün hər cür səy göstərəcək.

Əl-Mənfi və əs-Sisi Liviyada siyasi böhrandan yeganə çıxış yolunu seçkilərin keçirilməsində görüblər.

Misir Prezidentinin Mətbuat xidmətinin yaydığı  məlumatda deyilir ki, Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı həmsöhbətini əmin edib ki, Qahirə Liviyada milli barışığa nail olmaq üçün əlindən gələni edəcək.

Əl-Mənfi və əs-Sisi siyasi razılaşmaların yerinə yetirilməsi üçün xarici qüvvələrin ölkədən çıxarılmasının zəruriliyini də qeyd ediblər.

Liviya Prezident Şurasının Mətbuat xidməti Misir lideri Əbdülfəttah əs-Sisinin Liviyanın birliyinə diqqət çəkdiyini və xarici qüvvələri dialoqa çağırdığını bildirib.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!