10 Aprel 2024 10:00
2683
Oxucu məktubları
A- A+

Liftimiz nə vaxt işləyəcək?

 

Şəmkirin ən böyük yaşayış məntəqələrindən biri də Kür qəsəbəsidir. Son illər aparılan abadlıq və quruculuq işləri qəsəbənin simasını tamamilə dəyişmişdir. Abad məhəllələr, asfalt küçələr sakinlərə rahatlıq gətirmişdir. Qəsəbədə qaz, işıq və su problemi birdəfəlik həll edilmişdir. 
Lakin bir məsələ bizi çox narahat edir ki, o da yaşadığımız çoxmərtəbəli binada liftin işləməməsidir. Uzun illərdir ailəmiz qəsəbə mərkəzində inşa edilən 9 mərtəbəli binada yaşayır. Binada yaşayan sakinlərin, demək olar, əksəriyyəti yaşlı insanlardır. 3 il əvvəl istismar vaxtı bitdiyi üçün binadakı lift yenisi ilə əvəz edildi. Lakin onu işə salmaq mümkün olmadı. Həmin vaxtdan indiyədək liftsiz qalmışıq. Bu, biz yaşlı nəslin ağ gününü, necə deyərlər, qara edib. Hətta təcili yardım çağıranda liftin işləməməsini əsas gətirib gəlməkdən imtina edirlər. Dəfələrlə aidiyyəti idarələrə müraciət etsək də, nəticəsi olmayıb.
Hörmətli redaksiya, ümidimiz sizədir. Yalnız siz bu işdə bina sakinlərinə kömək edə bilərsiniz.

Nazim BAĞIROV,
Şəmkir rayonunun Kür qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video